.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » HACI İLQAR

    Hacı İlqar İbrahimoğlunun İP-in 8 yanvar tarixli sessiyasındakı çıxışı
    Deyerler.org: Yanvar ayının 8-də İctimai Palatanın 2012-ci ildə ilk sessiyası keçirilib. Sessiyanın gündəliyində duran əsas məsələ ölkə və dünyada baş verən son ictimai-siyasi vəziyyət, Koordinasiya Şurasının üzvlərinin seçkisi olub.

    Tədbirdə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu çıxış etmişdir. Hacı İlqarın çıxışını sizlərə təqdim edirik:

    "Bismilləhir-Rahmənir-Rahim. Mən keçən dəfə çıxışıma belə başlamamışdım. Ölkədə bir aydır gedən müzakirələri nəzərə alaraq, hesab elədim ki, bu ölkədə bəzi prinsipial məsələlərdə mövqe sərgiləməyin görünür, vaxtı çatıb. Çünki bəzən elə başa düşülür ki, "Bismillah”la başlamaq, inanclı olmaq əskik, minnətli bir işdir. Mən çox təəssüf edirəm ki, son bir ayda dini cameəyə çoxlu həqarətlər oldu. İrad tuturlar ki, birdən İctimai Palatada Quran ayəsi səslənər. Mən fikirləşdim ki, yanlışlıq olub. Gərək keçən dəfə də Quran ayəsi səsləndirəydim. Bu dəfə bir Quran ayəsi də səsləndirəcəyəm. Qurani-Kərimdə Allah Təala buyurur: "Cahillərlə qarşı-qarşıya gəldiyiniz zaman səlamə tərzində, helmlə, qanacaqla, mərifətlə rəftar edin”.

    Bu bir ayda, bu qırx gündə inanclı mühit bütün bu mənəvi terrorun müqabilində məhz bu cür rəftar elədi. Bu cür də rəftarını davam etdirəcək. Nəhayətdə, hər kəs öz fikrində qala bilər.

    Bəzən insanlar Sovet dönəmindəki kimi "Balaş sindromu” yaşayırlar. Təəssüflər olsun ki, atasını üzə çıxarmaqdan utanan Balaşlıq təhlükəsi var.

    Bir daha uca və mehriban Allahın adı ilə başlayıram. O, Allahın ki, bizə ağıl verib, bizə şüur verib, bizə iradə, seçim verib, bizə şəxsiyyət və ləyaqət verib. Bütün beynəlxalq sənədlərdə də insanların hüquq və azadlıqlarından danışılan zaman bu vurğulanıb. İnsanlara Allah tərəfindən bəxş edilən bir ləyaqət var, insanın ləyaqətlə yaşamaq haqqı var. Ləyaqətlə mövcud olma haqqı var. Bu gün İctimai Palatada olan insanlar həmin ləyaqəti daşıyan, həmin ləyaqətlə yaşamaq istəyən insanlardır. Burada olan insanların bu amalı var. Biz ləyaqətlə yaşamaq istəyirik. İnsan haqq və azadlıqları hədiyyə olaraq deyil, kiminsə kefinə, əhval-ruhiyyəsinə, hansısa öz düşüncələrinə görə deyil, Allahın insana verdiyi müqəddəs ləyaqət hissinin təzahürü kimi təmin olunmalıdır.

    Son bir ay çətin aylardan oldu. Ölkədə mülkiyyət hüququ ilə bağlı vəziyyət acınacaqlıdır. Əfsuslar olsun ki, keçən ilin sonlarında yalnız bir vicdan məhbusu azad olundu. Hesab edirik ki, bu ildə vicdan məhbuslarının azad edilməsi ən prioritet mövzulardan biri olmalıdır. Ümumiyyətlə, bütün insan haqq və azadlıqları İctimai Palatanın ən prioritet mövzusu olmalıdır. Sözsüz ki, İctimai Palata son bir ayda gedən söz-söhbətlərə də münasibət bildirdi.

    Biz plüralistik toplum istəyirik. Biz bir toplum istəyirik ki, hər kəs fikirlərini desin. Biz bir toplum istəyirik ki, hər bir mövzu müzakirə edilsin. Amma bu müzakirələrin əlifbası var.

     

    1. İstənilən məsələ tənqid edilə bilinər. Elə bir mövzu ola bilməz ki, tənqid edilməsin. Elə bir şəxsiyyət ola bilməz ki, tənqidə tuş gəlməsin.

     

    2. Heç bir əqidə, heç bir düşüncə, heç bir dəyər həqarət edilə, aşağılana bilməz. Xüsusən də bu millətin əsrlər boyu qanıyla, canıyla, mövcudiyyətilə çar imperiyasından keçirdilib gətirilən, Sovetin 70 ilindən keçirdilib gətirilən və xalqın dünyagörüşünün, mədəniyyətinin əsas sütunlarından olan inancımızla bağlı, İslamla bağlı da heç kəs təhqir ünvanlaya bilməz.

    Mən bunu Koordinasiya Şurasının iclasında da demişəm, burada da təkrarlayıram. İlqar İbrahimoğlu Koordinasiya Şurasında ola da bilər, olmaya da. İlqar İbrahimoğlu İctimai Palatada ola da bilərdi, olmaya da bilərdi. Amma bundan asılı olmayaraq, bu məmləkətdə bu məmləkətin insanının inancına ünvalanaraq, həqarət edilirsə, o palatada fərdlərdən asılı olmayaraq, mütləq mövqe bildirilməliydi. Hesab edirəm ki, biz bu imtahandan da uğurla çıxdıq.

    Bu ölkədə milli cameə ilə, milli-demokratik cameə ilə inanc çevrəsinin ilk ünsiyyət və ilk tanışlığı 2003-cü ildə Bayıl türməsində, "Ölüm korpusu”nda olub. Bu gün türmədə olan Arif Hacılılar, bu gün burada olan və bəzən birilərinin istehza ilə yanaşdığı fərdlər var ki, həmin insanlar ölüm korpusunda fədakarlıq simvolları olublar. Mən Arif Hacılını ilk dəfə olaraq "Ölüm korpusun"da dəhlizdə görmüşəm. Digər dostların da çoxu ilə orada tanış olmuşuq. Azərbaycanın gələcəyi - ləyaqətlə, şərəflə yaşamaq istəyənlərin birgə olmasındadır. 2003-cü ildən başlayaraq məmləkətdə bu proses getməkdədir. İnteqrasiya baş verməkdədir. Hərə öz anlayışlarında müəyyən təftişlər etməkdədir. Çünki biz Sovetdən çıxmışıq. Hərəmiz bir düşüncəylə, bir tərbiyə ilə, bir baxışla gəlmişik.

    Sonda iki mühüm ibarələri çatdırmaq istərdim ki, bəzən insan unudur. Bəzən insan öz kimliyi ilə bağlı unutqanlığa doğru gedir. Sayın Məmmədəmin Rəsulzadənin bir buyuruşunu çatdırmaq istəyirəm: "İslamdan kənar düşsək, bizi fəlakət gözləyir. Nə sosializmin, nə də demokratizmin öndə əqidələri İslamla müxalif deyil. Əksinə, İslamın müqəddəs qaydaları ilə eyni uyğunluqdadır. Hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu, eyni insaniyyətdir”. Yəni, bu gün yaşanan bu fikir böhranı, görünür, o dövrdə də mövcud olub. O zaman da inanca qarşı da, İslama qarşı cürbəcür fikirlər səsləndirilib. Bu fikirlər içərisində pozitiv ruhiyyəli fikirlər olub və gerçək İslam anlayışı gündəmə gətirilib.

    Və yaxud bu günlərdə mətbuata çıxan sayın Əbülfəz Elçibəyin İslamla bağlı yeganə yazısına diqqət edək: "AXC vətəndaşların dini inanclarına hörmətlə yanaşır, onlara dini müəssisələrin yaradılmasına hər cür kömək göstərməyi özünə borc bilir. Bununla bərabər, biz İslam mədəniyyətinin varisləriyik. Bu mədəniyyət təkcə müsəlmanların deyil, dünya xalqlarının ən zəngin mədəniyyət xəzinəsidir. Bu mədəniyyətin yaradıcılarından və varislərindən biri olduğuna görə Azərbaycan xalqının bütün dünyada fəxr etməyə haqqı vardır.

    İslam dini adi din deyil, elmi, əxlaqı, siyasəti, hüququ, məntiqi və fəlsəfəni özündə çulğalaşdıran nəhəng bir qurumdur. Dünya xalqları bu qurumdan nə qədər çox istifadə etsə, bir o qədər də xeyir görər”.

    Mən özüm şəxsən 1990-ci ilin 21 yanvarında namaza başlamışam. Sovet ordusunun Bakıya girən gününün səhərisi gün namaz qılmağa başlamışam. Bu duyğuları çoxlarımız yaşamışıq. Necə Milli Hərəkatı ləkələmək üçün, aşağılamaq üçün "İslam fundamentalizmi" sözünü işlədirdilər. O vaxt bunun nə olduğunu bilmirdik. Gedib araşdırırdıq, maraqlanırdıq. Əbülfəz Elçibəyin bu məqaləsi o zamanlarda yazılmış məqalədir.

    Keçən il dünyada baş verən hadisələr, İslami oyanış, müsəlman dünyasında demokratikləşmə prosesi dünyanın bir çoxu üçün yeni idisə, Azərbaycan üçün yeni deyildi. Azərbaycan insanının özünün kimliyinin ifadəsi olan bayrağında İslami oyanışla demokratiyanın inkişafı harmonik şəkildə özünü təsbit eləyib. Azərbaycan insanının gələcəyi budur və biz səmimi insanlarıq, necə varıqsa, eləyik. Heç vaxt nə demokratik çevrələrlə, nə də başqa çevrələrlə oyun oynamamışıq. Nə varıq - oyuq. Müsəlman kimi İslam kimliyimizlə harada qəbul olunuruqsa - oluruq, olunmuruqsa, Allah bəndəsi olaraq tək də olsaq, bu dünyada öz mövcudiyyətimizi davam etdirəcəyik”.

     

    /Deyerler.org/

    Категория: HACI İLQAR | Добавил: moizeler (10.01.2012)
    Просмотров: 492 | Комментарии: 1 | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    1 yaqut  
    0
    YA ALLAH

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -