.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » HACI İLQAR

    Xanım Fatimənin (s.ə) müsibətini niyə anmaq lazımdır? -Cümə söhbətləri
    Bismilləhir-Rahmənir-Rahim!
    İldə bir neçə gün var ki, müsəlmanların həqiqi dərdlərini, vəziyyətlərinin bu günə gəlib çıxmasının həqiqi səbəblərini tam çılpaqlığı və açıqlığı ilə görmək olur. Fərqi yoxdur hansı məzhəbdə, firqədə olmasından asılı olmayaraq, müsəlmanlar əgər bu dərdlərinə tam diqqətlə yanaşmasalar, nicat tapmayacaqlar. Əziz İslam Peyğəmbərinin (s) qızı Xanım Fatimənin (s.ə) dərdi məhz belə dərdlərdəndir. Üstündə düşünüləsi, dərs çıxarılası bir dərddir. Çünki Xanım Fatimə (s.ə) bütün müsəlmanlarındır, bütün müsəlmanlar üçün əzizidir. Fatimənin (s.ə) adı gələndə bütün müsəlmanların qəlbi sızlayır, kövrəlir. Fatimənin (s.ə) adı gələndə müsəlmanlar bir acı həqiqəti yadlarına salırlar ki, bu günə qədər analarının qəbri bilinmir haradadır.

    Nə baş verdi ki, besətin 5-ci ilində dünyaya göz açmış Xanım Fatimənin (s.ə) bütün mələkutun, bütün məxluqatın bayram tutduğu bir mövludunun üstündən çox böyük bir müddət keçmədən, dünyanı qəmli halda tərk etməli olur? Nə baş verir ki, dünya və axirət xanımlarının Seyyidəsi (s.ə), Möminlərinin Əmirinə (ə) yeganə layiq ola biləcək bir həyat yoldaşı, məsihilərlə mübahilə günündə Peyğəmbərin (s) istinad nöqtələrindən biri, müsəlmanların əzizi olan, sevimlisi olan bir insan, üstündən bir neçə il keçəndən sonra qəmli, küskün şəkildə dünyaya vida edir?!

     

    "Məndən sonra çox ağır zülm altında olacaqsız...”

    Baş verən dəyişikliyin səbəblərini Peyğəmbərin (s), Əhli-beytin (ə), İmamların (ə) öz dilində anlamağa çalışmaq lazımdır. Rəsulallahın (s) son anları idi. Rəsuallahın (s) son anları deyəndə hər kəsin yadına qələm düşür, Peyğəmbərin (s) incidilməsi düşür. Görün nə dəhşətlidir ki, Rəsuallahın (s) son anlarından danışanda bizim yadımıza müsəlmanların, möminlərin kədərləri, qəmləri yox, Rəsuallahlın (s) incidilməsi düşür. Bu, çox ağrılı bir dərddir...

    Bəli, o kədərli anlardan sonra Rəsul (s) bir halda idi ki, huşu gedir və özünə gəlirdi. Bir an idi ki, ancaq onun yaxınları yanında idi. Bir hal idi ki, o acılı hadisələr baş vermişdi, qələm gətirilməmişdi, danışığında ifrat-təfrit edənlər olmuşdu. İndi Rəsulun (s) yanında ancaq yaxınları, Əhli-beyti (ə) var idi, hamısı da çox kədərlə ağlayırdılar. Rəsul (s) özünə gələndə soruşur ki, nə səbəbə ağlayırsız?  Buyururlar ki, bir neçə şeyə görə ağlayırıq. Onlardan birincisi budur ki, sizinlə ayrılırıq. "İkinci ağladığımız səbəb budur ki, Sən "Xatəmul-ənbiya” olduğun üçün bir azdan bir an baş verər ki, bununla göylə yer arasında vəhy rabitəsi sona çatar. Bundan sonra çox məsuliyyətli bir zaman başlayır. Bir zaman başlayır ki, daha bundan sonra vəhy gəlməyəcək. Daha bundan sonra Allah Təala bizim əlimizdən tutub, bizə yol göstərməyəcək. Vəhy vaxtı qurtarır, Axirəz-Zaman dönəmi başlayır. Ağlayırıq buna görə ki, sənin ümmətin bundan sonra necə olacaq?”. Rəsul (s) buyurur: "Sizlər məndən sonra çox ağır zülm altında, müxtəlif təzyiqlər altında olacaqsız”.

     

    Tövrat Əlinin (ə) Möhsünü (ə) haqında xəbər verir

    Alimlər Quranda gələn "Biz Musaya (ə) kitab nazil etdik”  ayəsinin nazil olma səbəbində bu cür göstərirlər ki, bu ayə İmam Əlinin (ə) şənində nazil olub. Deyirlər ki, bu, Tövrata işarədir. Çünki Tövratda da gəlir: "Ey Musa, Mən sənin üçün bir vəzir seçdim. O, sənin qardaşın Harundur. Necə ki, Muhəmməd (s) üçün Əlini seçdim. O, onun qardaşı, vəziri, vəsisi, xəlifəsidir. Xoş olsun siz iki qardaşın halına. Və xoş olsun o iki qardaşın halına. Əli iki siftin (Həsən və Hüseynin) və Möhsünün atasıdır”.

    Bu, Tövratda gəlib. Tövrat öz zamanında yaşayan insanlar üçün Əlinin (ə) övladı, Möhsünü haqında xəbər verir. Biz Həsən (ə), Hüseyn (ə) haqqında eşitmişik, görək bəs Möhsün (ə) kimdir? Görək Peyğəmbər (s) bu barədə nə deyir? Peyğəmbər (s) bir gün xütbə edib qurtarandan sonra İmam Əliyə (ə) üzünü tutur və buyurur: "Tezliklə Qureyş sizə qarşı ayağa qalxacaq. Sizə zülm edəcək. Sizə zülm edərək, sizin haqqınızı tapdayaraq, öz vəhdətlərinə nail olacaqlar. İslamın bəlası buradadır. Müsəlmanlar öz əsl dərdlərini burada görməlidirlər. O vaxt ki, tayfa və s. bunun kimi məsələlər meydana çıxdı və İslam yaddan çıxdı, müsəlmançılıq yaddan çıxdı, o zaman onlar haqqı kənara qoyub, birləşə bilərlər. Əgər mübarizə əhli olan dostlar tapdın, onlarla cihad et, əgər tapmadın, əlini saxla, məqamını qoru. Amma onu bil ki, şəhadət sənin ardınca gəlir. Allah Təala sənin qatilinə lənət etsin”.

    Peyğəmbər bu sözü qurtarandan sonra üzünü  tutur qızına tərəf. Siz təsəvvür edin ki, Peyğəmbər (s) öz  əli ilə bu qədər işlər görüb, bu yolda olmazın məşəqqətlər görüb, bu yolda aclıq, susuzluq çəkib, bu yolda əzizlərini itirib. İndi isə işini görüb sona çatdırıb, artıq getmək vaxtdır. İndi də Xanım Fatiməyə (s.ə) sözünü deyir: "Sən Əhli-beytimdən (ə) birinci şəxsən ki, mənə qovuşacaqsan. Və sən Behişt əhlinin xanımlarının sərvərisən, başçısısan. Tezliklə məndən sonra sənə qarşı zülm olacaq. İş o yerə çatacaq ki, səni vuracaqlar, sənin qabırğanı sındıracaqlar. Allah Təala sənin də qatilinə lənət etsin”.

     

    "Mənim qızım o anda fəryad çəkir...”

    Bir gün Peyğəmbər (s) oturmuşdu. Həsən (ə) onun yanına gəldi. Peyğəmbər (s) onu görəndə ağladı. Sonra buyurdu ki, gəl yanımda otur. Bir az keçdi Hüseyn (ə) gəldi, bir qədər də keçdi Xanım Fatimə (s.ə) gəldi. Bir qədər keçdi İmam Əli (ə) gəldi. Səhabələr Peyğəmbərin (s) ağlama səbəbini soruşdular, çünki Peyəmbəri (s) "Üsvətul-həsənə” bilirdilər, Peyğəmbəri (s) özləri üçün ən gözəl nümunə bilirdilər. Qurani-Kərim Peyğəmbərə (s) ən üstün nümunə dediyinə görə, insanlar tam diqqətlə o Həzrəti (s) izləyirdilər, Peyğəmbər (s) nə edir, nə rəftar edir, necə oturur, necə durur, neçə yeyir, necə geyinir, nəyə sevinir, nələrə kədərlənir. Bu səbəbdən Peyğəmbərdən (s) soruşdular ki, bu məsələnin səbəbi nədir, sən elə-belə bir iş görməzsən, nə səbəbə bunları çağırıb, yanında oturtdurub ağlayırsan. Peyğəmbərimiz (s) cavabında bir çox şeylər dedi. Amma Xanım Fatiməyə (s.ə) çatanda buyurdu: "Qızım Fatiməni görəndə məndən sonra onun başına nələr gələcəyi yadıma düşdü. Sanki görürəm, necə onun evinə daxil olurlar, elə bil onun evinə necə hücum etmələrini görürəm. Onun haqının tapdandığını görürəm. Elə bil gözümlə görürəm ki, necə Fatiməyə (s) düşən irsi onun əlindən alırlar. Sanki gözümün qabağındadır, necə onun qabırğalarını sındırırlar. Elə bil gözümün qabağındadır, bətnindəki o mübarək övladı, Möhsünü siqt edirlər. Və mənim qızım o anda fəryad çəkir: "Ya Muhəmməd, ya Muhəmməd, ya Muhəmməd!”. Amma onun fəryadına cavab verən olmur. Onun fəryadı, məni çağırması - bütün mələkuti aləmin məni çağırmasıdır. Amma kimsə onun səsinə səs vermir,  o cür qəmli və kədərli bir halda qalır. Bundan sonra isə O, Əhli-beytdən (ə) ilk olaraq mənə gəlib qovuşur. O, qəmlidir, kədərlidir, ağlardır, qəzəblidir. Fatimənin (s.ə) qəzəbi Peyğəmbərin (s) qəzəbidir, Peyğəmbərin (s) də qəzəbi Allahın qəzəbidir. Vay o kəslərin halına ki, Fatimə (s.ə) onlara qəzəbli halda dünyadan gedər. Görürəm ki, qızım qətlə yetirilmişdir və bu halda mənim yanıma gəlir”.

    Həzrət Peyğəmbər (s) bunları söylədikdən sonra buyurur: "Allahım, o kəs ki Fatiməyə zülm etdi, ona lənət et. O kəs ki, onun haqqını qəsb etdi, onun aqibətin özünə layiq qərar ver. Və o kəs ki, onu zəlil etmək istədi, onun özünü zəlil et. O kəs ki, onun qabırğasına vurdu və bu zərbə ilə onun Tövratda göstərilən oğlu siqt oldu, o insanı əbədi Cəhənnəmdə daimi qərar ver”. Peyğəmbər bunları söyləyə-söyləyə mələklər 3 dəfə "Amin!” dedilər...

     

    Cəbrayılın (ə) Əli (ə) və Fatimə (s.ə) süfrəsində  Peyğəmbərə (s) vəhy etdiyi həqiqət

    Bir başqa mənbəmizdə nəql olunur ki, bir gün Rəsulullah (s) Fatimənin (s.ə) evinə gəlir. Xanım Fatimə (s.ə) bir miqdar xurmadan, çörəkdən, yağdan atası üçün gətirdi. Peyğəmbər (s), Əli (ə), Həsən (ə), Hüseyn (ə) və Fatimə (s.ə) bir yerdə əyləşdilər ki, bir tikə birlikdə təam etsinlər. Rəsulullah (s) bu halı görüb yeməkdən sonra səcdəyə getdi. Səcdəsi çox uzun çəkdi. Bundan sonra isə gülümsədi, təbəssüm etdi. Daha sonra isə ağladı. Həzrət Əli (ə) Peyğəmbərdən (s) bunun hikmətini soruşduqda, Peyğəmbər (s) cavab verdi: "Sizinlə yemək yediyim və burada olan əmin-amanlığı, salamatçılığı gördüyüm vaxt, sizin hamınızda sevinci müşahidə etdim, tez şükür səcdəsi etdim. Bu zaman Cəbrayıl (ə) nazil oldu və söylədi: "Sən ailənin bu sevincinə, əmin-amanlığına şükür edirsən?”. Mən cavab verdim: "Bəli”. O dedi: "Sən bilirsənmi, onların başına səndən sonra nələr gələcək? Bu barədə sənə xəbər verimmi?”. Mən də "Buyur” dedim. Cəbrayıl (ə) buyurdu: "Sənin qızın ilk kəs olacaq ki, sənin Əhli-beytindən (ə), sənin ailəndən sənin yanına gələcək. Amma sənin yanına gəlməzdən öncə o, ilk kəs olacaq ki, ona zülm ediləcək. O, ilk kəs olacaq ki, onun haqqı aradan gedəcək. O, ilk kəs olacaq ki, onun irsini əlindən alacaqlar. O, ilk kəs olacaq ki, onun həyat yoldaşına zülm olunacaq, qabırğası sındırılacaq”.  Daha sonra Cəbrayıl (ə) Əli (ə) haqında buyurdu: "O da zülmlə qarşılaşacaq. Onun da haqqı aradan gedəcək. Və nəticədə şəhadətə yetişəcək. Həsənə (ə) gəlincə, ona da zülm olacaq. Onun da haqqı aradan gedəcək. Və nəticədə şəhid olaraq, sənə qovuşacaq. Hüseynə (ə) gəlincə isə, ona da zülm olunacaq, onun da haqqı aradan gedəcək. Onun ailəsi də şəhid ediləcək. Bunun nəticəsində o da şəhid olaraq, sənə qovuşacaq. Onun hər şeyi qarət olunacaq. Onun xanımları, övladları - hamısı əsir götürüləcək. Qan içində qürbət bir yerdə dəfn ediləcək”. Mən bu halda ağladım və soruşdum: "Bəs onun ziyarətinə gedən olacaqmı?”. Cəbrayıl buyurdu ki, qəriblər onu ziyarət edəcək. Mən soruşdum ki, onu ziyarət edənin savabı nə qədərdir? Cəbrayıl (ə) cavab verdi: "Min həcc və min ümrəyə bərabərdir. Ancaq səninlə yerinə yetirilən min həcc və min ümrəyə bərabərdir”. Bundan sonra isə mən təbəssüm etdim”.

     

    Ana bətnində şəhadət dərsi

    Xanım buyurur ki, lənətlik Qunfuz onun evimə göndəriləndən sonra, İmam Əlini (ə) güclə beyət etməyə aparmaq istəyridilər. Əli (ə) də Rəsulun (s) vəsiyyətini yerinə yetirərək, Quranın təlifi ilə məşğul idi, onlarla çölə çıxmırdı. Bunlar bir miqdar odun götürərək, evin qabağında yandırmağa başladılar. Onlar evə od vurmaq istəyirdilər. Xanım (s.ə) qapının arxasında dayandı və onları Allaha və atası Peyğəmbərin (s) haqqına and verdi. Amma onlar bu işdən əl çəkmədilər: "Bir kəs də tapılmadı ki, bizlərə kömək etsin...”.

    Bəzən deyirlər ki, bunlar tarixdə qalıb, daha bunları yada salmayaq. Elə deyil. Bunlar yada salınmalıdır. Yada salmaqda məqsəd budur ki, biz bilək Əhli-beytə (ə) nə böyüklükdə zülm edilib. Bilək ki, nə qədər müsəlmana layiq olmayan hərəkətlər edilib. Biz keçmişimizə baxaq, tövbə halına gələk, dərs çıxardaq. Bu gün Allahla, Peyğəmbərlə (s), İmamlarla (ə), mübarək "Bəqi” məzarlığı ilə düşmənçilik edilməsin. Niyyətləri təmiz olmayanlara şeytan daha rahat sirayət edir. O kəslər ki, niyyətləri təmiz deyildi, o kəslər ki, Peyğəmbərin (s) ətrafında idilər, amma niyyətləri isə təmiz deyildi, nəticə etibarı ilə iblis onları bu həddə çatdırdı ki, nadanlıqlarından, cahilliklərindən cəsarət etdilər ki, Peyğəmbərin (s) evinə, Peyğəmbərin (s) qızı olan evə hücum etsinlər. Peyğəmbərin (s) qızının olduğu evin qapısını sındırmaq istədilər. Peyğəmbərin (s) qızına zərbə vurdular. Peyğəmbərin (s) qızı qapı arasında qaldı, Peyğəmbərin (s) nəvəsi,  Əlinin (ə) övladı, Tövratda adı keçmiş Möhsün (ə) - Həsənin (ə), Hüseynin (ə) qardaşı Möhsün (ə) dünyaya gəlmədən, ümmətə fayda vermədən dünyadan keçdi. Onsuz da Əhli-beytin (ə) hamısı şəhid oldu. Möhsün (ə) Əhli-beytin (ə) ilk şəhidi olaraq, ana bətnində müsəlmanlara şəhadət dərsi verdi.

     

    Xanım Fatimənin (s.ə) vəsiyyəti

    Xanım Fatimə (s.ə) qapı arxasında qalandan və  uşağı siqt olandan sonra yatağa düşdü və nəticədə şəhadətə yetdi. O, dünyasını dəyişmədən öncə belə vəsiyyət etdi: "Bu işdə iştirak edənlərin ləyaqəti yoxdur ki, mənim dəfnimdə iştirak etsinlər. Onlar bacardıqlarını etdilər. Mən istəmirəm ki, onlar mən dəfn olan zaman, atama qovuşan zaman orada iştirak etsinlər”. Əli (ə) Xanımın (s.ə) bu vəsiyyətini çox böyük dəqiqliklə və şücaətlə həyata keçirtdi. Xanım (s.ə) dünyasını dəyişdi. Həsən (ə), Hüseyn (ə) yetim qaldı, amma Əli (ə) bütün bu imtahanlardan səbirlə çıxdı. Çünki bilirdi ki, Allaha xatir səbir etmək lazımdır. Çünki bilirdi, 1000 il sonra ucalan azan səsləri üçün, İslamın bütün dünyada təntənəsi üçün bu işlər lazımdır. Əli (ə) bu anda da səbirlə, hövsələ ilə, çox az sayda Əhli-beytin (ə) həqiqi aşiqlərinin iştirakı ilə, yavaş-yavaş bu işi həyata keçirdi. Amma nə çətindir bu gün Əhli-beyt (ə) aşiqləri üçün ki, bu gün Xanımın qəbrinin harada olduğu bilinmir...

    Niyə bilinmir? Çünki Əliyə (ə) o cür vəsiyyət olunmuşdu. Onlar o qədər İslamdan uzaqlaşmışdılar, Qurandan uzaqlaşmışdılar ki, o qədər öz dünyalarını  tutmuşdular ki, Xanım (s.ə) onları öz dəfnində iştirak etməyə layiq bilmədi.

    Ona görə də bütün bunları xatırlatmaq lazımdır. Müsəlmanlar bunları anlayıb, tövbə etməlidir. Xanımın haqqına olunan zülmü dərk etmədiyimizə görə tövbə etməliyik. Çünki İslamın bəlası məhz o gündən başlayır.

    Allahım, bizi həm bu dünyada, həm də  axirətdə Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) ilə məhşur et.

    Allahım, bizə vəhdət nəsib et. Müsəlmanları ayıq-sayıq et, etdikləri səhvlərdən nəticə çıxartmalarını nəsib et.

    Allahım, bizi bağışla, günahlarımıza əfv qələmi çək. Allahım, o kəs ki, qəlblər onun (ə.f) zühurunun intizarındadır, onun zühurunu tezləşdir. Amin!

     

    Hacı  İlqar İbrahimoğlu,

    ilahiyyatçı-filosof

    İçərişəhər «Cümə» məscidinin imam-camaatı



    Категория: HACI İLQAR | Добавил: moizeler (29.03.2013)
    Просмотров: 507 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -