Həzrət Əlinin (ə) mövludu münasibətilə keçirilən uşaq bayramı tədbirindən video REPORTAJ
Deyerler.org:
Həzrət Əlinin (ə) mübarək mövludu münasibətilə hər il ənənəvi olaraq
İcərişəhər "Cümə" məscidinin dini icması tərəfindən keçirilən uşaq
bayramı bu ildə də yüksək səviyyədə baş tutub. Tədbir balacaların Dövlət
Himnimizi oxuması ilə başlayıb. Daha sonra uşaqlar bu mövlud haqda öz
fikirlərini və arzularını bölüşüblər.
Bayram
tədbirində balacaların böyük marağına səbəb olan kukla teatrı da
nümayiş olunub. Uşaqlar həmçinin rəngarəng oyuncaqlarla oynamaqla bayram
coşqusu yaşayıblar.
Tədbirin
təşkilatçıları belə bayramlarda uşaqlara diqqət ayırmağın önəmliliyini
vurğulayıb, dinimizdə də bu cür əməllərin bəyənilən iş olduğunu qeyd
ediblər.