Bir çox ölkələrdə bu ad hamıya tanış olmasa da okeanın o tayında
demək olar ki, hamı onu tanıyır. Müharibə veteranı, hökumət
helikopterinin keçmiş pilotu özünün bütün sonrakı həyatını "11 sentyabr”
haqqında kitab yazmağa sərf edir. Həmin kitabda o, "11 sentyabr”
hadisəsinin ABŞ hökuməti ilə Səudiyyə Ərəbistanı arasında iş birliyinin
nəticəsi olmasına dair çoxsaylı sübutlar toplayır.
Hadisə yerinə gəlmiş polis Marşalın 17 və 14 yaşlı uşaqlarını,
onların itini və Filipin özünü eyni tapançadan başından güllələnmiş
halda tapır. Buna görə də, hadisənin bir intihar deyil, qətl olduğu
müəyyən edilir.
Çoxsaylı hərbi əməliyyatların şahidi olmuş Marşal, ömrünün son
illərində bir sıra gizlinlərin üstünü açmaq qərarına gəlir. Marşal hesab
edirdi ki, keçmiş ABŞ prezidenti Corc Buş dövlət çevrilişi etmək
məqsədilə "11 sentyabr” hadisəsini törədib. Marşal özünün dördüncü
kitabında görünməmiş faktlar açıqlamalı idi. lakin, onu qətlə yetirməklə
bu faktların açılmasına imkan vermədilər.
/Deyerler.org/