Xubriqan məclisinin üzvü Ayətullah Xatəmi Əhməd Nejadın Huqo Çavezlə bağlı açıqlamasına münasibət bildirib.
İslamazeri.az-ın "Mehrnyus"a istinadən verdiyi
xəbərə görə, Ayətullah Əhməd Xatəmi bu açıqlamanın pis qarşılacağını önə
çəkərək deyib: "Əhməd Nejad özü bilməlidir ki, bu açıqlama dini
hövzədə pis qarşılanacaq. Məncə bu ifratçılıqdan başqa birşey deyil.
Bunu əqidəvi məsələlərə toxunmadan diplamatik məktubla həll etmək
olardı”.
Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad Çavesin
ölümü ilə bağlı açıqlamasında demişdi ki, mən əminəm o Allahın saleh
bəndələrindəndir və İsa və Həzrəti Məhdi ilə geri dönəcək.
islamazeri.az
|