APA-nın İRİB-ə istinadən məlumatına görə,
ayətullah Məhəmmədrza Məhdəvi Kəni ölkənin ali dini liderini təyin edən
və onun fəaliyyətlərinə nəzarətlə məşğul olan İran Üləmalar Məclisinə
növbəti müddətə sədr seçilib. O, məclisin 70 üzvündən 64-nün səsini
qazanıb.
Bundan əlavə, ayətullah Mahmud Haşimi Şahrudi birinci müavin,
ayətullah Məhəmmədtağı Mesbah Yəzdi isə ikinci müavin təyin ediliblər.