Azərbaycanda 8 kişi cinsini dəyişdirib!
Cinsi dəyişmənin qiyməti isə 5 min manata başa gəlir. Ölkəmizdə bu
əməliyyat daha ucuz olduğuna görə, cinsini dəyişmək istəyənlər bizim
həkimlərə daha çox müraciət edirlər. Bu sözləri
"Gündəlik-teleqraf”a açıqlamasında estetik, Plastik və Rekonsturktiv
Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə deyib. O, Azərbaycanda
cinsini dəyişdirmək istəyən kişilərin qadınlardan çox olduğunu deyib:
"Müraciət edənlər arasında dörd kişiyə bir qadın düşür. 2002-ci ildən
indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib.
Cinslərini dəyişmək istəyənlər 22-30 yaş arası gənclər olur. İndiyədək
müraciət edənlərin yalnız 9-u əməliyyat olunaraq cinsini dəyişib. Həmin
şəxslərdən biri qadın, 8 nəfəri isə kişi olub. Cinsini dəyişmiş şəxslər
əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə
yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi, ana kişiyə çevrilmiş
qadın ata ola bilməz”.
islamazeri.az
|