Bəhreyn müsəlmanlarının lideri Ayətullah İsa Qasım cümə xütbəsi zamanı sərt çıxış edib!
İslamazeri.az-ın Şəfəq xəbər agentliyinə istinadən verdiyi məlumata
görə, Şeyx İsa Qasım xalqın təzyiq və işgəncə altında olduğu, insan
haqqlarının tapdalandığı bir mühitdə yaşadığını vurğulayaraq, beynəlxalq
insan haqqları müdafiəçilərinin və BMT-in İnsan Haqqları Komissiyasının
Bəhreyndəki cinayətləri təsdiqlədiyini xatırladıb.
Zülmlə
hakimiyyətdə qalmaq istəyənin cəhalətlə elmə, fəsadla ədalətə hökm etmək
istədiyini və bunun da mümkün olmadığını ifadə edən Şeyx Qasım batil
olan hər şey yıxılana qədər bu xalq zülmə yox deyəcək. Çünki batili
inkar etmədən Haqqa qulluq etdiyimiz deyə bilmərik.
islamazeri.az
|