Onların arasında Ermənistanda "Komandos” ləqəbi ilə məşhur olan hərbi
müfəttiş Arkadi Ter Tadevosyan, general Seyran Saroyan, deputat Arakel
Movsisyan da olub. Toplantıda erməni generallar Erməni tərəfinin cəbhə
xəttində kobud səhvlərə yol verdiklərini etiraf ediblər. Erməni
generalların həyasızlığı o həddə çatıb ki, onlar cəbhə xəttində qeydə
alınan son insidentlərdən sonra Azərbaycan tərəfini cəzalandırmağın
vacibliyindən danışıblar.
"Əgər müharibə başlayarsa bütün deputatlar varlı və kasıb olmağından
asılı olmayaraq ayağa qalxacaq”, - deyə Seyran Saroyan bildirib. Erməni
jurnalistin Saroyana "həqiqətənmi varlı erməni deputatının təmas xəttinə
göndərilməsi mümkündür?” sualı isə cavabsız qalıb.
/Anspress.com/