İsrail ordusunun qırıcıları Qəzzə zolağını raket hücumlarına məruz qoyub!
İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, işğalçı
İsrail ordusunun qırıcıları bu gün Qəzza zolağının şimal və mərkəz
hissələrindəki yaşayış məntəqələrini raket zərbələri endirib.
Aviazərbələr zamanı bir fələstinli yaralanıb.
Raket zərbələri zamanı çox sayda yaşayış evi dağılıb.
Xatırladaq
ki, sionist rejim İsrail son 3 gün ərzində blokada şəraitində olan
Qəzzaya mütəmadi olaraq aviazərbələr endirir. 4 fələstinli hava
hücumları nəticəsində dünyasını dəyişib.
islamazeri.az
|