İranın Ali lideri ayətullah Seyid Əli Xamenei, Məbəs bayramı
münasibəti ilə 871 məhkumun əfv edilməsinə dair fərman imzalayıb.
Bu barədə rəsmi məlumatı İslam İnqilabı rəhbərinin ofisi yayıb.
Bildirilir ki, ölkənin baş qazisi ayətullah Amuli Laricani Həzrət
Məhəmmədə (s) peyğəmbərlik verilən gün – Məbəs bayramı ilə əlaqədar bir
qrup məhkumun əfv olunması xahişi ilə ayətullah Xameneiyə müraciət edib.
İranın Ali lideri 871 məhbusun, bəzisinin əfvinə, bəzisinin isə cəza müddətinin azaldılmasına dair fərman verib.