Dünən axşam saatlarında Moskvada "Exo Moskvı” radiosunun şərhçisi və Mayak radiosunun eksperti Sergey Aslanyan bıçaqlanıb.
"İzvestia.ru” saytının verdiyi məlumata görə, jurnalistə 20 bıçaq zərbəsi vurulub, beyni silkələnib.
Sergey Aslanyan Moskvanın Çertanovskiy küçəsində evinin girişində bir
neçə nəfərin hücumuna məruz qalıb. O, huşsuz vəziyyətdə aşkarlanıb və
xəstəxanaya aparılıb. Əməliyyat edilən Sergey Aslanyan hələ də huşsuz
vəziyyətdədir.
Qeyd edək ki, mayın 14-də Sergey Aslanyan Exo
Moskvı radiosunun efirində Məhəmməd peyğəmbəri təhqir edib, onun
zibillikdən knyazlığa gəldiyini söyləyib. Bu, müsəlman icmalarının sərt
reaksiyasına səbəb olub. Kazan məscidinin imamı və digər müsəlman
icmaları Rusiya Baş Prokurorluğuna müraciət edərək müsəlmanları təhqir
etdiyi üçün jurnalistin cəzalandırılmasını istəyiblər.
islamazeri.az
|