Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb!
İyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu
Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərinə girməyə cəhd göstərərkən şəhid olmuş
hərbçilərimizin adları açıqlanıb. Müdafiə Nazirliyinin mətbuat
xidmətindən İslamazeri.az-a verilən məlumata görə, döyüş zamanı
Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu şəhid olub.Bunlar
Neftçala RHK-dan 1988-ciil təvəllüdlü Əliyev Amil Novruz oğlu, Şəki
RHK-dan 1993-cü il təvəllüdlü Əzizov Xalid Mətləb oğlu, Ağsu RHK-dan
1993-cü il təvəllüdlü Bağırov Vahid İntiqam oğlu, Cəlilabad RHK-dan
1993-cü il təvəllüdlü Ataşlı Zülfüqar Vəli oğlu və Yevıax RHK-dan
1993-cü il təvəllüdlü İsmayılov Elçin Əlövsət oğludur.
islamazeri.az
|