.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Asan Məhəbbətlə Dünya və Axirət Xeyirlərini Əldə Etmək (Əxlaq Dərsləri)

    (Həzrət Səccadın (ə) "Məkarimul-əxlaq” duasının şərhindən)

    "Vənhəv li ila məhəbbətikə səbilən səhlə. Əkmil li biha xayraddunya vəl-axira"

    "Sənin məhəbbətinə yetişməyim üçün asan bir yol qarşıma çıxar və onunla (o məhəbbətlə) dünya və axirət xeyirlərini mənim üçün tamamla”.

    Həzrət Səccad (ə) "Məkarimül-əxlaq” duasının bu sonuncu hissəsində bu duada istənilmiş bütün istəkləri bir növ  özündə toplayan bir dua edir. Allaha ərz edir ki, İlahi, mənim üçün Öz məhəbbətinə doğru asan bir yol aç. Elə bir məbəbbət ki, onun vaitəsilə dünya və axirət xeyrini əldə edim.

    Bütün varlıq aləmi öz kamalına doğru hərəkətdədir

    İnsan daim öz kamalının arxasıncadır. Hər bir varlıq, xüsusən insan fitri olaraq bütün fəaliyyətlərində bunu istəyir. Kamal istəmək bunu çatdırır ki, həmin varlıq bir növ öz nöqsanın dərk edir (İnsandan başqa bütün varlıq aləmi öz yaradılışına uyğun şəkildə öz çatışmazlığını dərk edir. İnsan da yaradılış baxımından bunu dərk edir. Amma o ağıllı və iradəli, həmçinin azad seçim hüququna malik bir varlıqdır. Bu səbəbdən yanlış seçim edərək şəriət baxımından bu ehtiyaca boyun əymir. Yəni, elə yaşayır ki, sanki onun heç nəyə ehtiyacı yoxdur. Bir halda ki, başdan-başa bütün varlığı ehtiyaclı olduğunu fəryad edir.― Tərc.)

    Hər bir varlıqda, o cümlədən, insanda kamal əldə etmək zəminələri qoyulub. Doğrudur, varlıq aləmi nöqsanlıdır, amma müəyyən kamilliklərə də sahibdirlər ki, onunla sahib olmadıqları kamallara doğru hərəkət edirlər. Varlıqların bu iki cəhətlə (nöqsan və onu aradan qaldırmaq zəminələri) bərabər olmasından kəşf edirik ki, aləmdə bir mütləq kamal var ki, varlıqlar bir növ o mütləqə doğru hərəkətdədirlər.

    İnsan fərqli yaradılıb

    Amma varlıqlar içində insanda hərəkəti üçün xüsusi zəminələr var. İnsan bununla dərk edə bilər ki, o mütləq kamal kimdir və ona yetişmək üçün hansı işlər münasibdir?! Ən mühümü insanda olan ağıldır. O bununla həqiqəti dərk edir. İnsan həqiqətləri olduğu kimi dərk edə bilər.

    Elə ki insan ağlından bəhrələndi, istər-istəməz ayrı yollar da açılacaq. Ən üstün yol Allahın bu insan üçün müəyyən etdiyi yoldur. İnsan o yol ilə Allaha birləşir. O dindir, peyğəmbərlərdir. Allah o yola Qurani-kərimdə "düz yol” ("siratəl-müstəqim”) deyir. "Siratəl-müstəqim” o yoldur ki, iki nöqtəni ― başlanğıc və sonu ("məbdə” və "müntəha”) müəyyənləşdirir, insana hara getməli olduğunu, necə getməli olduğunu göstərir. Nişanəsi budur, insan anlasın ki, varlıq baxımından hansı varlığa söykənib, varlıqlar hansı varlığa bağlıdırlar və hansı həqiqətə doğru gedirlər.

    Bu düz yola düşməyin ilkin mərhələsidir. İkinci mərhələ budur ki, insan işlərini, çalışmalarını bu yola uyğunlaşdırsın...

    Allahı sevməyən varlıq yoxdur

    Quran və sünnənin bəyanları bunu bizə anladır ki, bütün varlıqların Allah ilə bir məhəbbət rabitələri var. Buna görə də həzrət "Səhifeyi-Səccadiyyə”nin ilk duasında bu ali həqiqəti bəyan edir:

    "Varlıq aləmini yaratdı, sonra hamısını öz məbəhhəti yoluna yönəltdi.” (Və sələkə ...səbilə məhəbbəti)

    Amma qeyd etdiyimiz, kimi insanın varlıq aləmində Allaha məhəbbət yolunda xüsusi yolu var.

    Məhəbbət nədir? Məhəbbət kamala doğru çəkim və cəzbolunma deməkdir. Varlıq istəyir ki, bir kamalı ya əldə etsin, ya da sahib olduğu kamalı qorusun. İndi bu kamalın onun varlığının hansı cəhətinə aid olması fərq etmir.

    Allah özünü sevir. Bu Onun özünə olan zati sevgisidir. Buna əsasən, bəzi Qüdsi hədislərin mənası aydın olur: Mən gizli bir xəzinə idim. Tanınmaq istədim. Buna görə də yaratdım ki, tanınım.

    Bu hədis "Bihar” kitabında gəlib. Yəni, Allah kamil mütləq varlıq olduğu üçün zati olaraq özünü istəyir. Belə varlıq özündən zahir olan kamallarını da sevir. Varlıqlar hər mərtəbədə olsalar da, onu sonsuz kamallarının cilvələridirlər. Bu cəhətdən Allahın varlıqları sevməsini söyləməyimiz düz sayılır.

    Quranda da bu mənada ayələr var, məbəbbəti Allaha nisbət verir. Burada kəlami (sxolastik) bəhslər açılır ki, bu sevgi nisbəti həqiqidir, yoxsa məzacidir? Əhli-sünnə alimləri məcazi mənada qəbul ediblər. Halbuki belə deyil. Məhəbbətin əsli Allaha aid olur.

    Quranda Allahın nələri sevməsi, yaxud sevməməsi qeyd olunur.

    Allahın sevgisi ilə insanın sevgisinin fərqi

    Bizim sevgimizdə sevdiyimizə doğru çəkim var. Amma Allahın məbəhəti onun sevdiyi şeyi ya yaratması, ya da onu istəməsidir. Bu cəhətdən varlıqlar içində elə varlıqlar ola bilər ki, Allahın onlara sevgisi sevginin son həddində olsun. Çünki onların çox yüksək kamalları var. Buna görə də "Ali-yasin” ziyarətnaməsində deyilir: "Ondan və ailəsindən savayı sevgili yoxdur”.

    (Orijinala diqqət etməklə), yəni, onlar Allahı ən kamil sevənlərdir, yaxud da Allah üçün onlardan üstün sevgili yoxdur (hər ikisində də kamil mənada). (İkinci mənada) Allah kamil varlığı yaradıb, buna görə də onları kamil sevir və onları digər şeylərin məhəbətinə meyar edib.

    Buna görə də Allahın varlığı sevməsini Ona aid etmək olar. Duanın bu hissəsində də bunu istəyirik:

    "Sənin məhəbbətinə yetişməyim üçün asan bir yol qarşıma çıxar və onunla (o məhəbbətlə) dünya və axirət xeyirlərini mənim üçün tamamla”.

    Quranda məhəbbət

    Quran ayələrinə nəzər salaq, görək, Allahın sevdiyi yollar və şeylər nədir?

    "Allah ehsan edənləri sevir”.

    "Allah tövbə edənləri və pakları sevir.”

    Yəni, Allah Ona doğru gələnləri sevir. Beləliklə də onların günahlarını bağışlayır. Bu zaman Allah da bəndəsinə qayıdır.

    Bəndənin bir, Allahın iki tövbəsi var: Allah qayıdır, sonra bəndə qayıdır və tövbə edir, daha sonra Allah qayıdır və günahlarını bağışlayır və günahın pis təsirlərini dəf edir.

    Peşmançlıq hər qədər olsa, qənimət bilmək lazımdır, bu fürsətlərdən yaralanıb Allaha doğru qayıtmaq lazımdır. Bu qayıdış paklamanmaya qayıdır: "və paklananları sevir".

    "Allah pəhrizkarları sevir"

    "Allah səbirliləri sevir"

    Bunlar gözəl xislətlərdir. İnsan onların arxasınca olsa və əməl etsə, Allaha doğru çəkilir.

    "Allah təvəkkül edənləri sevir"

    "Allah ədalətə riayət edənləri sevir"

    "Allah, yolunda mökkəm dağlar kimi dayanıb mücahidiə edənləri sevir".

    Hamısında çalışma lazımdır. Elə belə əldə edilmir. Pəhrizkar, səbirli, ədalətli və gətirdiyimiz ayələrdə işarə edilən şəxslərdən olmaq üçün çalışmaq lazımdır.

    Bu hədisə diqqət etməklə duanın məzmunu bizə əməli olur. Dua dedi ki, qarşımıza asan yolu çıxar. Asan yol hansıdır ki, hamı onu həyata keçirə bilər? Allah Musaya (ə) buyurdu:

    "Məni sev və camaata sevdir". Dedi ki, mən Səni sevirəm, amma digərlərinin Səni sevməsini necə təmin edim? Buydur ki, nemətlərimi onlara xatırlat, elə ki, xatırladılar, sevəcəklər.

    Bəziləri məbəbbət yolunda qısa yol istəyirlər. Bu hədis göstərir:

    Onlara məhəbbətlərimi xatırlat. Nemətlərimi yada salsınlar. Belə olsa Məni sevəcəklər.

    Bu çox gözəl yoldur. Diqqət edək ki, ayədə buyurulur: Allah zahiri və batini nemətlərini sizə yağdırdı. Nemətlər yağış kimi yağıb. Qaçmaq da olmur. Bir ayədə buyurur ki, Allahın nemətləimi saymaq istəsəniz, bacarmazsınız. Nəylə sayacağıq? Elə dilimiz, gözümüz, əlimiz də nemətdir və artır. Beləliklə görəcəyik ki bütün varlıq aləmi və özümüz hamıs Allahın bizə lütfüdür. Ağıl gözü açılsa, görəcək ki, daim özünü Allaha borclu görür və bilir ki, Allahın məhəbbətlərini ödəyə bilməz. Bu da onda xəcalət halı yaradır.

    Çətinlik, şərr, şeytan və insanın onlara düzgün yanaşma tərzi

    Çətinliyə düşəndə də düşünək ki, bu sıxıntıda Allahın nə qədər neməti var! Çünki adətən insan çatışmazlıqlara baxır. Şeytan da gəlib bu şeyəri üzümüzə çəkir və yaxşılıqları yada salmır. Əgər insan digərlərinin eyibinə diqqət edirsə, deməli, şeytandandır. İnsan elə pisliyə baxmalı deyil, daim sol gözü ilə baxmamalıdır, sağ göz də var, onunla da görməlidir. Həmçinin daim sağ gözü ilə də baxmamalıdır. Bir gözünü yumub baxmasın. Belə olduqda baxmayan gözü də tədricən görməni itirir.

    Sağ göz gözəlliklərin, sol göz pisliklərin təmsilidir. "Fələq" surəsində buyurulur ki, yaratdıqlarının şərindən Sənə sığınıram. Allah şərr yaratmayıb. Şərr varlıqların bir-biri ilə rabiətsində üzə çıxır. Neynəyək? O şəri yaradana pənah aparaq. Şeytanı Allah yaradıb. Allah ona icazə verməsə heç nə edə bilməz. Allah istəsə onun qarşısını ala bilər.

    Atam "Səhifeyi-Səccadiyyə"də "Övlada dua"nın bu hissəsini çox oxuyurdu: "Fəqhər sultanəhu bi sultanikə", yəni Allah, Sən Öz qüdrətinlə onun səltənətinin qarşısını al. İlahi, o mənə hakimiyyət etmək istəyir, əsil hakim sənsən, elə isə Özün onun qarşısını al! Belə kiçik duaları əzbərləyib qunutlarda oxumaq çox yaxşıdır.

    Bu nanəcib (İblis) müstəqil və qüdrətli ki, deyil! Gücünü Allahdan alıb. Böyüklər buyurmuşkən, şeytana Allahın əlində və ixtiyarı altında olan birisi kimi baxmalıyıq. Belə olsa, onun vəsvəsəsi işləməyəcək. Bu zaman qüvvət və qüdrətlə de: "Əuzu billahi minəş-şeytanir-rəcim. Yaxud səhər və axşam on dəfə (səhər və axşam namazlarının ardınca) olan zikr: Əuzu billahis-səmi`il əlimi min həməzatiş-şəyatin. Və əuzu billahi ən yəhzurun. İnnallahə huvəs-səmi`il əlim". Allah Quranda Peyğəmbərə göstəriş verir ki, bunu oxusun.

    Nəticə: Çalışaq ki, daim həyatda Allahın nemətlətrinə diqqətli olaq. Hər kəsə Allah özünə uyğun nemət verib. Gözümüzü açmalıyıq. Gözü yumub demək olmaz ki, hava daim qaranlıqdır. Yaxud eynəyimizi silməliyik, deməyək ki, hər yer dumanlıdır.

    Allah bizə Əhli-beyt (ə) maarifini dərk etməyi nəsib etsin.

    Məhəmmədbaqir Təhriri

    Tənzim və tərcümə: D. Şahmərdanlı

    Materialdan istifadə zamanı istinad (www.parlayangunesh.az) zəruridir.

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (30.05.2012)
    Просмотров: 315 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -