.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Aşkarda Şeytana lənət edib, gizlində ona itaət etməyək - Emilya Tağıyeva
    Aşkarda Şeytana lənət edib, gizlində ona itaət etməyəkUşaqkən tez-tez nənəmin ağzından "Allah şeytana lənət eləsin" dediyini eşitmişdim. Zaman keçdikcə isə insanların da bir-birlərinə lənət oxuduqlarını gördüm.
    Həmişə düşünürdüm ki, görəsən bu "lənət" sözünün mənası nədir? Araşdırdım və öyrəndim ki, sən demə bu, "Allahın rəhmətindən uzaq ol" deməkmiş. Sözün doğuru, əvvəlcə çaşıb qaldım. Yəni fikrimdə nəsə asıb-kəsmə, əlil-şikəst qalmaq kimi bir şey canlandırırdım.


    Sonra oturub düşünməyə başladım: Allahın rəhməti nədir?

    Ətrafıma boylandım, hər yerdə  - açan çiçəklər, əsən yellərdə, nur saçan günəşdə, civildəyən quşlarda... rəhmət yağışı gördüm. Onun rəhməti o qədər böyük və genişdir ki, bunu ölçmək qeyri-mümkündür.

    Düşündüm və gördüm ki, Allah-Təalanın bu böyük rəhməti olmasaydı, insanın üzü gülməz və səadət nədir bilməzdi. Rəhmanımızın mərhəməti hər dəqiqə, hər saniyə  kainatı daxildən və xaricdən bürüyərək, yağış kimi  bəşəriyyətin üzərinə enir.

    Onun rəhməti gələn bəlalara qarşı sipər, dalğalanan fəlakətlərin önündə sədd, çarəsizlərə uzanan müşviq bir əldir. Qurani-Kərimdə də  üsyan vadisində günah bataqlığında çabalayanları bəndələrini böyük  Yaradan rəhmətindən faydalanmağa çağıraraq "Yusif" surəsində buyurur: "Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər".

    Amma zaman keçdikcə insanların bir-birlərinə olan bəddualarını eşitdikcə çox təəssüfləndim. Çünki artıq ya yaşayışın çətinliyindəndir, ya da insanların ümidsizliyindən hər yerdə bu halla rastlaşmalı olursan.

    Bu yaxınlarda metroda bələdçinin keçid avtomatından pul keçirməyərək altdan keçən dəcəl uşaqlara "anan-atan vayına gəlsin, heç böyüyüb-başa çatmayasan" dediyini eşidəndə donub yerimdə qaldım. Bütün bu qarğışlar 20 qəpiyə görə idimi? Bəlkə o uşağın heç imkanı yox imiş? Axı hər gün gediş-gəlişə bir yerdə 40 qəpik xərcləməyə (heç bundan sonra avtobusla da getmək ehtimalını, başqa bacı qardaşlarının da metro yaxud  başqa nəqliyyatdan istifadə etmək məcburiyyətində olduğunu, yemək pulunu və sair nəzərə almıram) onun, yaxud valideynlərinin gücü çatmaya bilər. İstədim dönüb qadına bir-iki kəlmə söz deyəm, nəsə səbrimi basdım (Amma bu səbrə görə də sonralar özümü danladım).

    Ümumiyyətlə, dinimizdə bəddua ilə çox ehtiyatlı olmaq tapşırılır. Çünki hədisdə deyilir ki, bir nəfər bəddua edərsə və lənət edilənin günahı yoxdursa, həmin qarğış özünə qayıdar.

    Bəzən isə valideynin övlada qarğış elədiyini görürsən. Halbuki, atanın duası tez qəbul olar. Bu səbəbdən insan özünə (məsələn, "Allah məni öldürsün, canım qurtarsın"), malına və övladlarına bəddua etməməlidir. Yadımdadır, gəlinlər uşaqlarını qarğış edəndə nənəm qoymazdı, deyərdi ki, diqqətli ol, birdən duaların qəbul olduğu vaxta düşərsən. 

    Ancaq  bəddua etməkdən çəkindiyimiz kimi, lənətə düşməkdən də qorxmalıyıq. Belə ki, Allah-Təala Qurani-Kərimin "Məsəd" surəsində Peyğəmbərə əziyyət vermiş əmisinə  və onun həyat yoldaşına belə lənət edir: "Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də)  ondan uzaqlaşdıra bilməz. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır. Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir). Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq "Zəqqum" ağacının odunlarını odlu zəncirlərlə daşıyaçaqdır)".

    Necə dəhşətli bədduadır. Əslində, düşünürəm ki, bu lənət təkcə peyğəmbəri incidənlərə yox, onun ailəsini və Əhlibeytin müdafiəsində duranlara zülm edənlərə də aiddir.

    Bu gün zindanlarımızda əsassız yerə həbs olunan və 10-12 müddətinə azadlıqdan məhrum edilən hicab məhbuslarımız yatır. Onlar din yolunda, Allahın qanunları uğrunda özlərini qurban veriblər və bundan da narahat deyillər. Onları incidən yeganə məsələ nahaq yerə şərlənmələridir. Əlbəttə, bu insanların dəyəri Allah yanında məlumdur. 

    Lakin o şəxslər ki, namus  məhbuslarının yalan yerə üzünə durdular və ömürlərinin bu çağında on illərlə azadlıqdan məhrum olmasına səbəb oldular, Allahın qəzəbindən qorxsunlar: "Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır" ("Əhzab", 57).

    Ümumiyyətlə Quranda bir neçə surədə lənətlər gəlib. Mən bunlardan bəzilərini xatırlatmaqla, hər kəsi etdiyi  davranışlarda ehtiyatlı olmağa çağırıram.
    "Bəqərə", 89: "Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!"
    "Bəqərə", 159: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!"
    "Bəqərə", 161: "Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!"
    "Nisa", 48: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur".
    "Maidə", 13: "(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini  sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir".
    "Əraf", 44: "Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?" Onlar: "Bəli!"- deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!"
    "Tövbə", 68: "Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!"
    "Rad", 25: "Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır".

    Yazımın sonunda hər kəsə bəddua edərkən diqqətli olmasını, həmçinin lənət sahibi olmamağa və insanların razılığını Allahın razılığından üstün tutmamağa çağırıram. Çünki nahaq bəddua sahibinə qayıtdığı kimi, haqqına olan lənətdən də dəhşətli bir şey yoxdur: "Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar" ("Nisa", 93).

    © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azadxeber.az saytına istinad zəruridir.

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (03.06.2012)
    Просмотров: 210 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -