Rəsmi Bakının qürur duyduğu gey-parad müsəlmanların təzyiqləri nəticəsində ləğv oldu! Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazının
xütbəsində Bakıda keçirilən üzdəniraq Eurovision mahnı müsabiqəsinə
işarə edərək deyib: "İran və Azərbaycan möminləri üzərlərinə düşən
"yaxşılığa dəvət, pislikdən çəkindirmək" vəzifəsini layiqincə yerinə
yetirdiklərinə görə Eurovisionun tərkib hissəsi olan gey-parad ləğv
edildi.
Düzdür rəsmi Bakı gec də olsa elan etdi ki, gey-parad geçirmək fikrində
olmayıb. Amma həqiqət budur ki, gey-paradın baş tutmamasının əsas səbəbi
mömin insanların müxalifətidir.”
İmam-cümə xütbənin davamında deyib: "Rəsmi Bakı möminlərin gey-parada
etirazına görə çox narahat olub və bundan dolayı şiələrin mərcə-təqlid
alimlərini təhqirə əl atıb.”
Seyid Həsən Amili çıxışının davamında Azərbaycan dövlətinə müraciət
edib: "Siz milli mənafeyinizin fikrində deyilsiniz? Siz bilmirsiniz ki,
Azərbaycan möminləri müctəhidlərin müqəllidləridir? Siz bu hərəkətinizlə
öz xalqınızı təhqir etmiş olursunuz və özünüzü xalqla üzbəüz
qoyursunuz…”