.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Həzrət Fatimə (s) - Qadın Necə Olmalı (2)

    Tarix həzrət Peyğəmbərin (s) iradə və qüdrətindən danışsa da, fatehlər onun qılıncı qarşısında diz çöksə də, düşmən onun qəzəbindən tir-tir əssə də, o, kiçik bir məhəbbət dalğasından həlimləşir, həyəcana gəlir.Dəhşətli Hüneyn döyüşündə düşmən vahid yumruq tək birləşib Həzrəti (s) aradan götürmək istədiyi vaxt müsəlmanlar 6 min əsir götürür. Düşmənlərdən biri ona deyir: "Ey Məhəmməd, bu əsirlərin arasında sənin xalaların, dayıların var”. Sonra bir qadın  dilləndi: "Mən Peyğəmbərinizin bacısıyam”. Həzrət soruşur: "Dəlilin nədir?”. Qadın çiynini göstərib deyir: "Uşaq vaxtı səni qəzəbləndirdiyim üçün çiynimi dişləmisən”. Keçmiş xatirələr Həzrətə (s) o qədər təsir etdi ki, ağladı və dedi: "Öz payımı, bütün Əbdülmüttəlib övladlarını bağışlayıram. Sabah məsciddə olun, namazdan sonra istəyinizi ucadan deyin. Biz öz qərarımızı çıxararıq. Əlbəttə ki, digər tayfalar mənə itaət etsələr!”. Səhəri gün bu mənəvi tədbir oldu və hamı azad edildi. Hətta haqqından keçmək istəməyənlər də razı salındı.

    Həzrət (s) ailədə də belə idi. Çöldə cəngavər, siyasətçi, komandan, evdə isə mehriban ata, həlim ər, səmimi və sadə bir insan! Uyğun dövrdə qadınlar "kötək dilini” daha tez  başa düşürdülər. Amma Həzrət (s) ailədə belə bir dildən xəbərsiz idi. O, heç bir qadınına əl qaldırmamışdı. Yalnız bircə dəfə qadınlarından çox incidiyi vaxt onlardan küsüb evə getməmişdi. Həyətdəki saman anbarında yer hazırlayıb bir neçə gün orada yaşadı. Amma bu hərəkət imanlı qadınlara çox təsir etdi. Adətən, kasıblıqdan yaranan söz-söhbətlər aradan qalxdı. Çünki Həzrət (s) onlar üçün iki çıxış yolu qoymuşdu: Ya boşanıb dünyanı seçməli, ya da Peyğəmbər və kasıbçılığa üstünlük verməli idilər. Yalnız bir qadın razılaşmayıb, dünyaya üstünlük verdi. Üstünlük verdiyi dünya isə onu tezliklə ölümə qovuşdurdu.

    Həzrət (s) özünü ailədə qəribə, qeyri-adi göstərməyə çalışmazdı. Əksinə, özünü çox sadə aparardı. Hətta Qurani-kərimdə onun bu xüsusiyyəti bəyan olunur: "Mən də sizin kimi insanam, amma mənə vəyh nazil olur”. O, təkrar-təkrar bildirərdi ki, qeybdən xəbəri yoxdur, yalnız ona deyilənləri bilir.

    Bir gün qoca bir qarı onun yanına gəlib sual soruşmaq istəyir. Amma Peyğəmbər (s) haqqında əvvəlcədən yaranmış təsəvvürlər onu elə həyəcanlandırır ki, dili tutulur. Bunu hiss edən Peyğəmbər (s) mehribanlıqla qarıya yaxınlaşıb əlini onun çiyninə qoyur və şirin bir dillə halını soruşur:

    - Ana, nə olub? Mən qoyun sağan həmin Qüreyş qadınının oğluyam.

    Bəli, Həzrətin (s) qəlbi belə kövrək və səmimi hisslərə malikdir. Bəzən o evdə özünü o qədər aşağı tutur ki, hətta az yaşlı Aişənin hisslərini asanca dərk edir. Fatimənin əllərini öpür. Necə də məhəbbətlə danışır: - "Əli məndəndir, mən Əlidən; Fatimə mənim bədənimin bir tikəsidir”.

    İndi isə Həsən və Hüseyn! İlahi, o, bu iki körpə ilə necə rəftar edirdi! O, övladcanlıdır. Xüsusilə də, həmişə oğlan arzulayıb. Qızını bu günkü kişilərin təsəvvürünə sığmayacaq dərəcədə sevir. İndi bu qızın iki oğlu var. Həzrətin (s) bu iki uşağa münasibəti hamını heyran qoyub. Onlar dünyaya gəldiyi andan başlayaraq, Həzrət (s) daim onları yoxlayır.

    Bir gün otağa daxil olur, Fatimə (s) və Əlinin (ə) yuxuya getdiyini görür. Həsən (ə) acından ağlayır və evdə bir şey yoxdur. Həzrət ata-ananı oyatmır. Bir qab götürüb özünü həyətdəki camışa çatdırır. Süd sağıb Həsənə (ə) içirir, uşağı sakitləşdirir.

    Bir dəfə Fatimənin (s) qapısından keçərkən Hüseynin (ə) ağladığını eşidir. Geri dönür, bütün bədəni əsən halda Fatiməni (s) deyir:

    - Məgər bilmirsən ki, onun ağlaması məni necə incidir?

    Zeyd oğlu Üsamə nəql edir ki, bir gün Peyğəmbərlə (s) işim olduğu üçün qapısını döydüm. Qapını açdı. Onunla danışarkən hiss etdim ki, əbasının altında nə isə gizlədir. Təəccüb məni bürüdü. Soruşdum: "Ya Rəsulallah, o nədir?”. Həzrət (s) əbasını açdı. Gördüm ki, Həsən və Hüseyn ağuşundadır. Məhəbbət və həyəcandan səsi titrədiyi halda dedi: "Bunlar mənim oğullarımdır, qızımın oğulları. Pərvərdigara! Mən onları sevirəm, Sən də onları sevənləri sev!”.

    Zəhra (s) və Əlinin (ə) övladlarının nəzərində Peyğəmbər (s) həm baba, həm ata, həm dost, həm qəyyum, həm də, sadəcə, oyun yoldaşıdır. Bu körpələr ata-analarına nisbətən daha səmimi, onun yanında daha azaddırlar.

    Bir gün iqtida edənlər səcdənin uzandığını hiss edirlər. Həmişə qocaları nəzərə alıb belə məqamlarda sürətlə hərəkət edən Peyğəmbər (s) nə üçün səcdədə yubanır? Namazdan sonra səbəbini soruşurlar. Buyurur: "Səcdə zamanı Hüseyn belimə minmişdi. Evdə belimə minməyə öyrəndiyindən, burada da eyni cür hərəkət etdi. Gözlədim ki, özü düşüb getsin”.

    Bəli, Peyğəmbər (s) Fatimə, Əli, Həsən və Hüseynə olan məhəbbətini bütün camaata izhar edir. Ona görə də hamının gözü qarşısında Fatimənin (s) əlini öpür. Minbərə qalxdığı zaman bu ailənin ona nə qədər yaxın, əziz olduğunu bəyan edir. Həzrət (s) açıq-aşkar belə dua edir: "Pərvərdigara, onları sev, onların sevinci mənim sevincimdir, mənim sevincim isə Sənin sevincin! Onların incidənlər - məni incidir, məni incidənlərsə Səni!”

    Belə bir qeyri-adi bağlılığın səbəbi nədir? Bu səbəbi hər şeydən əvvəl həmin ailənin taleyində axtarmaq lazımdır.

    Həzrətin vəfatından sonra ilk qurban Fatimədir (s). Fatimədən sonra Əli (ə), sonra Həsən (ə), daha sonra Hüseyn (ə) və ... nəhayət, Zeynəb!

    Hicrətin beşinci ili Hüseyndən (ə) sonra Zeynəb dünyaya gəlir. İki il sonra isə növbəti qız - Ümm-Gülsüm. Bu adlar Peyğəmbərin (s) öz qızlarının adlarıdır.

    Bəli, Fatimə (ə) Peyğəmbərin (s) hər şeyi əvəz edir və onun yeganə kimsəsi olur.

    Peyğəmbərin (s) qızları Zeynəb, Rüqəyyə, Ümm-Gülsüm ölürlər. Hicrətin səkkizinci ili oğlu olur - İbrahim. Amma o da dünyasını dəyişir. Həzrətin yeganə övladı qalır: Fatimə! Fatimə və övladları! Budur "Əhli-beyt”!

    İndi Həsən (ə) və Hüseyn (ə) Peyğəmbərin (s) həyat sevincidir və o, bütün vaxtını bu körpələrə sərf edir. Evdən çıxıb bir yerə gedərkən bu iki körpədən biri, hökmən, onun çiynindədir.

    Belə bir məqam: Həzrət (s) məsciddə minbərdə danışır. Hamı diqqətlə qulaq asır. Bu vaxt evlərinin qapısı məscidə açılır, Həsən və Hüseyn əyinlərində qırmızı köynək qapıdan görünürlər. Yeriyib yıxılırlar. Peyğəmbərin (s) nəzəri onlara cəlb olunub. Həzrət görür ki, onlar yeriməkdə çətinlik çəkir, büdrəyirlər. Peyğəmbər (s) dözməyib ayağa qalxır. Tələsik minbərdən düşüb onları qucağına alır və yenidən minbərə qalxır. Camaatın bu işdən təəccüblədiyini görüb, sanki söhbəti kəsdiyi üçün özünü qınayır. Deyir: "Allah-təala doğru buyurub: "Sizin var-dövlətiniz  və övladlarınız yalnız fitnədir”. Uşaqların yeriyə bilmədiyini görüb tab gətirmədim, sözümü yarımçıq saxladım, onları götürdüm”.

    Hüseynə nəvazişi isə həddi aşır. Həzrət onu çiyninə götürür, onunla oynayır. Uzanıb onu sinəsinə oturdur, "ağzını aç” deyir, öpüşlərə qərq edir. Həyəcandan titrəyən bir səslə deyir: "Pərvərdigara, onu dost tut, mən onu dost tuturam”.

    Bir gün öz yaxınları ilə bazardan keçərkən, Hüseyni (ə) öz yaşıdları ilə oynayan görür. İrəli gəlib, nəvəsini tutmaq istəyir. O isə, o tərəf-bu tərəfə qaçaraq oynayır. Nəhayət, Həzrət (s) onu tutur, bir əli ilə başını, o biri əli ilə çənəsini tutub öpür və deyir: "Hüseyn məndəndir, mən Hüseyndən. Pərvərdigara, Hüseyni sevəni sev”. Həzrətin (s) yaxın adamlarından biri bu səhnəni müşahidə edib deyir: "Mənim də oğlum var, amma bircə dəfə də onu öpməmişəm”. Həzrət (s) övlada qarşı bu soyuq münasibət haqda eşidib deyir: "Mehriban olmayan kəs mehribanlıq görməz”.

    Günlər bir-birini əvəz edir. Fatimə (s) həyatının ən şirin anlarını yaşayır və ötən acıları sanki unudur.

    Xeybər döyüşü olur. Yəhudilər Fədək bağlarını həzrət Peyğəmbərə (s) bağışlayırlar. Peyğəmbər (s) bu bağları qızı Fatiməyə (s) verir və ailədəki kasıblıq qismən aradan qalxır.

    Məkkənin fəthi başlanır. Fatimə (s) qüdrətli atası və qəhrəman əri ilə Məkkəyə yola düşür. O, İslamın ən böyük qələbəsinin şahidi olur. Doğulduğu şəhərin mənzərələri acılı-şirinli xatirələri canlandırır. Məscidül-Həram, ağrılı hadisələr, ata evi, bacıları, Əbu Talibin və anası Xədicənin qəbirləri...

    Qələbə dolu bir qayıdış! Atasına qarşı düşmənçiliklər yavaş-yavaş azalır, onun kölgəsi yarımadanı bürüyür. Ərinin Bədr, Ühüd, Xəndək, Xeybər, Məkkənin fəthi, Hüneyn və Yəməndə vurduğu zərbələr Qiyamətədək ins və cinnin ibadətindən üstün tutulur.

    Əzabla dolu həyatın yeganə səmərəsi olan övladları atasının, özünün soyunu davam etdirəsi, "Əhli-beyt”i tamamlayasıdı.

    Bəli, Fatimə (s) sanki bütün əzablarının və fəzilətlərinin mükafatını almışdır. Onu ən çox sevindirən budur ki, bu uşaqlar atasının qəlbini, könlünü fərəhlə doldurmuşlar. On üç izdivacdan yalnız misirli kəniz Peyğəmbərə (s) İbrahimi vermişdi. İbrahim isə südəmər vaxtı öldü. İndi bu boşluğu Həsən, Hüseyn, Zeynəb və Ümm-Gülsüm doldurur. Acılıqdan başqa bir şey görməmiş insan həyatın şirinliyini hiss etməyə başlayır. Xüsusi ilə yaşı altmışı keçmiş atanın övlada olan hiss və ehtiyacı daha artıqdır.

    Ailədə mehriban həyat hökm sürür. Fatimənin (s) çöhrəsində təbəssüm görünür. Onun ailəsi xoşbəxtlik içindədir.

    Amma bütün bunlar tufandan qabaq labüd olan sakitlikdir. Tufan isə qopmaqdadır.

    Peyğəmbər (s) yatağa düşdü və bir daha qalxa bilmədi. Çöhrələr dəyişdi, Mədinə kin-küdurətlə doldu. Siyasət də, iman və ixlas da Məhəmmədlə (s) getdi. Qardaşlıq əlaqələri qırıldı, qəbilə peymanları pozuldu. Artıq Peyğəmbər (s) fərman vermir. Əlinin (ə) arxasınca adam gedir. Aişə və Həfsə atalarını çağırtdırır. Dünən mehrabda Peyğəmbərin (s) yerində Ömər durmuşdu, bu gün isə Əbu Bəkrin səsi eşidilir. Üsamənin döyüşçüləri, hətta nifrinlərə baxmayaraq, cərgəyə düzülmüş halda durur. Qoşunun başçısı - bayrağını əlinə almış Üsaməyə qarşı etiraz səsləri ucalır.

    Cümə axşamıdır. Həzrətin gözlərindən sel kimi yaş axır. Buyurur: - "Qələm və lövhə verin bir şey yazım ki, yolunuzu azmayasınız”. Hay-haray  salıb qoymadılar, dedilər ki: - "Sayıqlayır. Quran var, başqa yazıya nə ehtiyac?!

    "Artıq Həzrət (s) danışmır”, deyir Fatimə (s), "Aişənin otağındadır. Başı Əlinin dizləri üstədir. Dodaqları qapanır. Mənimlə gözləriylə danışır. Mən dözə bilmirəm. O, mənim atamdır, mən isə onun "anası”. O, bu şəhərdə məni bu insanlarla tənha qoysa, nə olacaq? Gözünü məndən çəkmir. Hamıdan çox məndən nigarandır. Nə çəkdiyimi üzümdən oxuyur. Mənə qəlbi yanır. Gözü işarə edir ki, başımı üzünə yaxınlaşdırım. Qulağıma deyir ki, bu ölüm xəstəliyidir, mən gedirəm. Başımı qaldırıram. Bu müsibət məni üzüb. Atamdan sonrakı müsibət qəlbimi parçalayır. Axı nə üçün bu sözləri təkcə mənə deyir? Mən ki, onun ölümü qarşısında ən aciz, ən üzüntülü kəsəm. Amma o, hələ də gözlərini mənə dikib. Sanki, körpə uşaq tək ona möhtac olduğumu hiss edib, deyir: "Qızım, mənim ailəmdən ardımca ilkin gələcək, ilkin mənə qovuşacaq şəxs sənsən! Yoxsa bu ümmətin qadınlarının rəhbəri olmaq istəmirsən?”

    Nə böyük təsəlli! Bu müsibət odunu başqa hansı müjdə soyuda bilər? Sağ ol, ata! Fatiməni (s) necə sakitləşdirmək lazım olduğunu yaxşı bilirsən. Ona görə də bu xəbəri mənə verir. İndi ağlamağa, növhə deməyə gücüm var:

    Çöhrəsinə buluddan yağış istəyən kişi,

    Yetimlərin pənahı, eşqə baş əyən kişi...

    Qəfildən atam gözlərini açır: "Qızım, bu ki, Əbu Talibin mənə qoşduğu şeirdir. Qızım, şeir oxuma, Quran oxu, oxu ki: "Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?”.

    Daha sonra sanki öz-özünə zümzümə etdi: "Müstəbidlər üçün Cəhənnəmdə bir yer yoxmu?”. Sonra davam etdi: "Biz axirət evini o kəslər üçün qərar vermişik ki, yer üzündə çirkinlik və alçaqlıq istəmirlər...”.

    Həzrəti (s) yazmağa qoymayan siyasətçilər təklif etdilər ki, yazmaq istədiyini şifahi desin.

    Həzrət (s) incik halda baxıb dedi:

    - Mənim malik olduğum, sizin məni dəvət etdiyinizdən üstündür. Mən sizə üç vəsiyyət edirəm:

    "Əvvəla, müşrikləri ərəb adasından çıxarın. İkincisi, qəbilələrin nümayəndəliyini mənim qəbul etdiyim kimi edin. Üçüncüsü, .... ”(sükut).

    hamı ixtiyarsız olaraq Əliyə (ə) baxdı. Əli (ə) isə dərin düşüncələr içində idi. Həzrət (s) susurdu, nəzərlərini bir nöqtəyə dikmişdi. Onlar getdilər.

    Qəmdən fəryad çəkdim... "Atan üçün bu gündən o yana qəm yoxdur” dedi və dodaqları qapandı.

    Vəyh deyən, qızını, körpələrini öpən dodaqlar qapandı. Bir müddət bizə baxdı, sonra gözlərini qapadı.

    Başı Əlinin (ə) sinəsi üstə idi. Əlini (ə) dəhşətli bir sükut bürümüşdü, sanki Peyğəmbərdən (s) qabaq o ölmüşdü. Aişə və digər qadınlar onun başına toplaşdılar.

    Qəfildən dua üçün açılmış əlləri yanına düşdü. Dodaqları tərpəndi. Hər şey tamam oldu.

    Bayırda haray qopdu. Şəhər qorxu və tərəddüd içində ağlayırdı. Ömər fəryad çəkib deyirdi: «Peyğəmbər ölməyib; o, İsa kimi göyə qalxıb və yenə də qayıdasıdır. Kim desə ki, "Peyğəmbər ölüb” münafiqdir və boynunu vuracağam».

    Bir neçə saat ötdü. Sakitlik yarandı. Əbu Bəkr və Ömərin daxil olduğunu gördüm. Əbu Bəkr atamın üzündəki örtüyü açdı, ağladı, getdi. O biri də getdi.

    Əli (ə) Peyğəmbərin (s) qüsl və kəfən işi ilə məşğul oldu. O, atamın pak bədənini yuyur, ağlayırdı. Onun üstünə su, öz canına od tökürdü. Xalq öz Peyğəmbərini (s) itirmişdi. Mən və Əli isə hər şeyimizi! Birdən mənə elə gəldi ki, bu şəhərdə, bu dünyada qərib qalmışıq.

    Hər şey bir anda dəyişmişdi. Üzlər dönmüşdü. Sədaqəti siyasət əvəz etmişdi. Qardaşlıq əhdi oxuyanlar uzaqlaşmış, yenidən varlı-kasıb ögeyliyi yaranmışdı.

    Atamın ölümündən daha ağır bir gerçəkliklə üzbəüz dayanmışdıq. Mədinə hiylə və fitnələrlə dolmuşdu.

    Böyük əmimiz Abbas narahat görkəmdə gəlib Əliyə (ə) dedi:

    - Əlini ver, sənə beyət edim. Qoy bilsinlər ki, Peyğəmbərin (s) əmisi Əliyə beyət etdi. Ailə üzvləri də sənə beyət edər. Yoxsa...

    Nə "yoxsa”? Olmaya başqalarında da bir tamah var?

    Əli (ə) dedi ki, sabah biləcəksən. Əli (ə) təhlükə hiss edirdi. Amma bu hiss ani oldu. Qəlbində başqa bir dərd vardı. Məhəmməd (s) Əli (ə) üçün ata, müəllim, qardaş, dost, peyğəmbər, bir sözlə, hər şey idi. O, bu evdən kənarda baş verənləri düşünə bilmirdi. O, Peyğəmbərə (s) qüsl verməklə, mən uşaqlara baxmaqla məşğul idik.

    Həsənin (ə) yeddi, Hüseynin (ə) altı yaşı vardı. Zeynəb beş, Ümm-Gülsüm isə üç yaşındaydı. Peyğəmbərdən (s) sonra bu uşaqları xoş tale gözləmirdi.

    Səqifədə Peyğəmbərin (s) yaxınları (ənsar) toplaşıb canişin seçmək istəyində idilər. Hiss etdilər ki, Məkkə mühacirlərinin (Qüreyş) öz planı var. Əbu Bəkr, Ömər, Əbu Übeydə özlərini yetirdilər ki, Peyğəmbər (s) özünə Qüreyşdən canişin istəyib. Nəticədə, bu toplantıda Səqifədə təşkil olunmuş Əbu Bəkr seçildi.

    Fatimənin (ə) iztirablarını kimsə dərk etməyə qadir deyil. Fatimənin (s) atasına məhəbbəti sadəcə övladlıq məhəbbəti deyil və o, öz atasını aşiqanə sevir. O "atasının anası” və bütün çətinliklərdə onun çiyin yoldaşı olub. Həzrətin (s) ölümündən sonra o yeganə zürriyyət, evin yeganə sütunu, övladlarının anasıdır. Fatimə (ə) dünyaya göz açdığı vaxt artıq nə anasının sərvəti, nə də ailədə sevinc vardı. O zaman Xədicə yaşı altmış beşi keçmiş qoca bir qadın idi. Ailəni kin-küdurət, xəyanətlər ağuşuna almışdı. Hələ Fatiməni dünyaya gətirməmişdən qabaq risalət yükü onun belini əymişdi. Cahiliyyət, quldarlıq, bütpərəstlik bu ailə üçün zindana çevrilmişdi. Həyatını Məhəmmədin (s) işıqlı yoluna fəda edən Xədicə şirinliklə yanaşı, mühitin zəhərini içirdi. O, Məhəmmədin (s) risalətinə məşğuldur. O zaman Fatimə (s) ata-anasının nəvazişə ehtiyaclı olduğunu hiss edirdi.

    Həyatını dosta isar, fəda edən kəs qəlbən ona yaxınlaşır. Bu zaman dost da onun ehtiyacına cavab verir. Amma dostluq və eşq fərqli məfhumlardır. Fatimənin (ə) atasına sevgisi sadəcə dostluq deyil. Bu sevgi çox ağır sınaqlardan iftixarla keçmiş bir sevgidir.

    Ata öz vətənində qərib idi. Onu hər tərəfdən cəhalət qılıncları çalırdı. Onu hamıdan çox incidən qohumlarıdır. Bir yandan vəhy həyəcanları, bir yandan vicdan və eşq tufanları, digər tərəfdən qohumların əzabları, tənhalıq və dağların, göylərin sahib durmadığı əmanət yükü! O, bütün bu əzab yağışı altında xalqın arasına çıxır, Səfa təpəsinə dırmanıb cahil xalqı qorxudur, üç yüz otuz neçə bütə sitayiş edən cahillər arasında azadlıq nidası çəkir, günün sonunda yorğun, yaralı, qəmgin halda evə qayıdır. Fatimə (s) şəhərin nifrət dolu küçələrində atasını addımbaaddım izləyir. Peyğəmbər (s) yıxıldığı vaxt quş yuvadan düşmüş balasını qoruduğu tək Fatimə (s) atasını qoruyur. İncə barmaqları ilə atasının çöhrəsindəki qan izlərini təmizləyir. Fatimə (s) Allah kəlamı gəzdirən atasına öz uşaq kəlmələri ilə təsəlli verir. Taifdən qayıtdığı vaxt onu tənha qarşılayır. Üç illik mühasirədə əzab çəkən ata-anasına nəvaziş göstərərək onlardan bir addım aralanmır.

    Sonradan tənha qalmış atasına analıq edir, onu öz sevgi haləsinə bürüyür. Əlinin (ə) evinə getməklə fəqirlik və şərəf yolunu seçir. O, öz övladları ilə üç oğul, üç qız itirmiş atasının könlünü sevindirir. 18, ya 28 illik ömrü boyu Fatimə (ə) qəlb bağları ilə öz atasına fədai olmuşdur.

    İndi isə ölüm araya ayrılıq salır. Fatimə (s) Peyğəmbərsiz (s) yaşamaq məcburiyyətindədir. Bu zərbə halsızlaşmış Fatimə (s) üçün çox üzüntülüdür.

    Peyğəmbərin (s) ölüm yatağında yalnız Fatiməyə (s) üz tutması təsadüfi deyil. Fatiməyə (s) tezliklə qovuşacaqlarını deməklə təsəlli verir.

    Amma Fatimə (s) ikinci sarsıdıcı zərbəni alır. Bu zərbə əvvəlki zərbə kimi şiddətli olmasa da, onun qədər dərindir. Bəlkə də, daha dərin! Bu zərbə birincinin ardınca, fasilə vermədən vurulur: Peyğəmbərə (s) Əli (ə) yox, başqa biri canişin seçilmişdir! Hər şey aydındır. Bəs nə üçün vida həccindən qayıdarkən Həzrət Peyğəmbər (s) Qədiri-Xumda Əlinin (ə) vilayətini, rəhbərliyini təsdiq etmişdi?! Nə üçün elə bu səfərdə, bu hadisədən sonra on iki nəfər pusquda durub, Peyğəmbəri (s) və olsun ki, Əlini (ə) qətlə yetirmək istəyir? Bu qəsd Qədiri-Xumdakı elanla əlaqəsiz deyil. Çünki seçim zamanı baş verən hadisələr təsadüfi olmur. Nə üçün bu on iki nəfər həbs olunduqda onların adları açıqlanmır? Hansı ki, bu hadisə adi bir hadisə deyil. Nə üçün çox təhlükəli Təbuk döyüşündə yaşı keçmiş Peyğəmbər (s) bütün yaşlılarla döyüşə getdiyi halda Əlini (ə) Mədinədə saxlayır? Əliyə (ə) deyir: «Harunun Musa yanındakı məqamını mənim yanımda tutmaq istəmirsən? Axı məndən sonra peyğəmbər yoxdur!».

    Həzrət (s) nə üçün ölüm yatağında ikən qoşunu intiqam üçün Ruma göndərmək istəyir? Nə üçün nüfuzlu Əbu Bəkr, Ömər bu döyüşə ezam olunur? Nə üçün etirazlara baxmayaraq 18 yaşlı Üsamə qoşuna başçılıq edir? Nə üçün qoşunun tez yola çıxması üçün hətta mane olanlara nifrin edir? Amma belə bir vaxtda Əli (ə) ilə qalmaq istəyir? Nə üçün ona kağız-qələm verilmir? Nə üçün üçüncü vəsiyyətdə susur? Nə üçün özü namaza gedə bilməyəndə Əlini (ə) çağırtdırır? Amma qızlarının xəbərdarlığı ilə Əbu Bəkr və Ömər peyda olur? Bunu görən Peyğəmbər (s) hər üçünü mürəxxəs edir! Niyə? Nə üçün ölümü yaxınlaşdıqca daha çox təkrarlayır: "Fitnələr qaranlıq gecələr tək yaxınlaşır...”.

    Əli (ə) Peyğəmbərin (s) dəfnini başa çatdırır. Əshabın böyükləri isə Əlinin (ə) haqqını, hüququnu dəfn edirlər. Məscidə qayıdırlar və xəlifə öz vilayət xütbəsini oxuyur. Əli (ə) isə Peyğəmbərin (s) boş qalmış otağından Fatimənin (s) otağına qayıdır və iyirmi beş illik qaranlıq, üzücü bir tənhalıq başlanır!

    Əli Şəriəti

    Materialdan istifadə zamanı istinad (www.parlayangunesh.az) zəruridir.

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (10.06.2012)
    Просмотров: 285 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -