Qur`an (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.
◘İnsanlarla
xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual
soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək
danışıqdan qabaqdır.
◘Süd xasiyyəti dəyişər. Bərəkət
qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun
axırından asılıdır. Dinin me`yarı pəhrizkarlıqdır (günahdan
çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.
◘Təqva
(günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu
halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir.
(Cəhənnəm odudur.) Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin
şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.
◘Oruc
(cəhənnəm odu qarşısında) sipərdir. Mülayim və xoşrəftar olmaq bütün
hikmətlərin ən üstünüdür. Hikmət həkimlərin (hikmət sahiblərinin)
itkisidir. Xoşrəftar olmaq ən gözəl xasiyyətdir. Cavanlıq dəliliyin bir
hissəsidir.
◘Qadınlar şeytanın tələləridir. Şərab bütün
günahların başıdır. Zina yoxsulluğa səbəb olar. Gözün zinası
baxmaqladır. Qızdırma (hərarət) mö`minin cəhənnəmdən olan payıdır.
◘Qənaət
(qane olmaq) mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq
ruzi gətirər. Xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər.
Əmmamə mələklərin tacıdır.
◘Həya başdan ayağa xeyirdir. Həyanın
xeyirdən başqa səmərəsi yoxdur. Məscid pəhrizkarların evidir. Elmin
afəti (onu zərərə uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın)
afəti yalandır.
◘Ağılın afəti səfehlikdir. İbadətin afəti
süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət
qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.
◘Həsəb-nəsəbin
(əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə
tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət
alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud
həccə getməyə imkanı olmayanların) həccidir.
◘Həcc hər bir
imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək caiz
deyil (yolverilməzdir.) Hazır (şahid) müşahidə edənləri qaib
(qeyri-şahid) görmür. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb
olan şəxs, xeyri yerinə yetirən kimidir.
◘Hər bir yaxşı iş
sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir.
Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına
malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm də sileyi-rəhm
(qohum-əqrəbanı yoluxmaq.)
◘Sədəqə pis ölümün qarşısını alar.
Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı
işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab
atəşini söndürər.
◘Hər kəs sədəqə verməkdə həddini aşsa, sədəqəni
qadağan edən şəxs kimidir. Tövbə edən günah etməyənlə bərabərdir. Zülm
qiyamətin qaranlığıdır. Gülmək qəlbi öldürər. Susuzluqdan ciyəri yanan
hər bir kəsə su verməyin (Allah yanında) mükafatı var.
◘Əməl
sahibi olan alimlər camaat arasında Allahın e`tibar etdiyi şəxslərdir.
Behişt səxavətlilərin evidir. Behişt qılıncın kölgəsi altındadır. Behişt
anaların ayaqları altındadır.
◘Azan və iqamə arasında edilən dua
geri qaytarılmaz. Halal ruzi kəsb etmək də vacibdir, lakin ümdə
vaciblərdən (namaz, oruc) sonra. Xərci bütün qadınlardan az olan qadının
bərəkəti digər qadınlardan daha artıqdır. Mö`min mö`minin güzgüsüdür.
Mö`min mö`minin qardaşıdır.
◘Mö`minin xərci azdır. Mö`min
ayıq-sayıq və zirəkdir. Mö`min ülfət və səmimiyyət əhlidir. Mö`min o
kəsdir ki, camaatın malı və canı ondan amanda olsun. Facir (pozğun,
günahkar) hiyləgər və alçaqdır. Mö`minlər bir tikilinin tərkib hissələri
olduqları üçün bir-birlərini saxlayırlar. Mö`minin Mö`minə nisbəti,
başın bədənə nisbəti kimidir. Mö`min qiyamət günü öz sədəqəsinin kölgəsi
altındadır. Mö`minlər güzəştə gedən və yumşaq təbiətlidirlər. Qış
mö`minin baharıdır. (Ona görə ki, qışın gecələri uzun olduğu üçün ibadət
etməkdən ötrü, gündüzləri də qısa olduğu üçün oruc tutmaqdan ötrü
münasibdir.)
◘Dua mö`minin silahıdır. Namaz mö`minin nurudur.
Dünya mö`minin zindanı, kafirin behiştidir. Hikmət mö`minin itkisidir.
Mö`minin niyyəti əməlindən üstündür.
◘Dilənçi Allahın mö`minin
evinə göndərdiyi töhfədir. Ölüm mö`minin ərməğanıdır. Mö`minin şərəfi
onun gecə namazı ilədir. Mö`minin izzəti camaata möhtac olmamağı ilədir.
Elm mö`minin dostu, helm (həlimlik, yumşaqlıq) köməkçisi, əql
yolgöstərəni, əməl bələdçisi, xoşrəftar olmaq atası, yaxşılıq qardaşı,
səbr isə bütün qoşununun əmiridir.
◘Qeyrət imanın yarısıdır. Həya
imandan irəli gəlir. Təvazökarcasına olan münasib geyim imandan irəli
gəlir. Səbr imanın yarısı, yəqin isə onun hamısıdır. İman iki qismdir;
yarısı səbr, yarısı şükr.
İmanın nişanəsi namazdır. Müsəlman odur
ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar.
Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm edər, nə də ona pis söz
deyər. Müsəlmanlar düşmən müqabilində bir əl kimidirlər. Elm öyrənmək
hər bir müsəlmana vacibdir.
◘Müsəlmanın qanı, malı və namusu
bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir.
Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o
kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl
vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki, meylini nəfsani
istəklərinin ardınca salır, Allahdan isə xam-xəyalla gözəl şeylər
arzulayır.
◘İnsan qardaşları vasitəsi ilə artar və qüdrətlənər.
İnsan dostunun dini ilə ölçülər. Hər kəs sevdiyi şeyə yaxındır. İnsanın
kərəmi dini ilə, alicənablığı ağlı ilə, nəsəbi (əsl-nəcabəti) əxlaqı ilə
müəyyən olunar. Müsəlman şəxsin yaxşı əməl sahibi olmasının əlaməti
faydasız işləri tərk etməsidir.
◘İnsanlar darağın dişləri kimi
bərabərdirlər. (Yə`ni Allahın hökm və göstərişləri müqabilində
birdirlər.) İnsanlar qızıl və gümüş mə`dənləri kimidirlər. (Yə`ni fərqli
əxlaq və ruhiyyə üzrə yaradılmışlar.) Ehtiyacsızlıq camaatın malına
tamah salmamaqladır. Allaha iman gətirdikdən sonra əqlin əsası insanları
sevməkdir. Hər kəs özünün mühasibidir.
Hər bir gələcək yaxındır.
Naməhrəmə baxan hər bir göz zinakardır. Hər şeyin müəyyən bir əndazəsi
var, hətta bacarıqsızlığın da. Hər alim elmin aşiqidir. Hər şeyin əsası
var, bu dinin də əsası dərrakə və tədbirdir.
◘Sizdən hər biriniz
digəriniz üçün nəzarətçi, əlinizin altında işləyənlərdən ötrü isə
məs`uliyyətlisiniz. Qiyamət günü hər bir xainin öz xəyanətləri qədər
bayrağı var. Qiyamət günü insandan soruşulacaq birinci haqq qan
haqqıdır. (Qiyamət günü) hesabı çəkiləcək birinci vəzifə namazdır.
◘(Qiyamət
günü) mizan tərəzisinə qoyulacaq birinci şey xoş xasiyyətdir. Bu
ümmətdən götürüləcək birinci şey həya və əmanətdir. Din işlərində əldən
verəcəyiniz birinci şey əmanət, axırıncı isə namazdır. Dostluq və
düşmənçilik irsiyyətə keçər. Sevgi-məhəbbət insanı xar və kor edər.
◘Hədiyyə
gözü və qulağı oğurlayar. Xeyir atın nalına bağlıdır. Qırmızı tüklü at
mübarək hesab olunur. Səfər əzabın bir hissəsidir. Qadına itaət etmək
peşmançılığa səbəb olar.
◘Danışıq bəla gətirər. Oruc səbrin
yarısıdır. Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc tutan
şəxsin duası geri qaytarılmaz. (Əgər oruc bütün şərtlərə malik olsa)
Misvak (diş fırçalamaq üçün xüsusi ağac) fəsahəti (rəvan danışığı)
artırar.
◘İmam-camaat (pişnamaz) ona iqtida edənlərin qiraət
barəsində ona arxayın olduqları şəxs, müəzzin (azan verən) isə camaatın
namazın vaxtı barəsində ona arxayın olduqları şəxsdir. Mənim şəfaətim
böyük günah sahibi olan müsəlmanlar üçündür. Allahın əli yardımı
cəmiyyətlədir. Sükut hikmətdir, lakin çox az adam ondan istifadə edir.
Ruzi insan dalınca ölümdən möhkəm qaçır.
◘İnsanın yoldaşlığı və
xoşxasiyyəti bə`zi ticarətlərdən daha yaxşıdır. Cəsarətsiz tacir
məhrumdur. Cəsarətli tacir fayda əldə edər. Xoş əxlaq bərəkət, pis əxlaq
isə bədbəxtlik gətirər. Dünya rüsvayçılığı axirət rüsvayçılığından
asandır.
◘Bəla zamanı səbr etmək daha dəyərlidir. Altmış və
yetmiş yaş arası ölümün cövlan etdiyi vaxtdır. Fırıldaq və hiyləgərlik
atəş içindədir. And içməyin nəticəsi ya yanlışlıqdır ya da peşmançılıq.
Yalandan and içmək evləri boş qoyar.
◘Al-ver zamanı yalandan and
içmək malın zay olmasına və qazancın bərəkətinin itməsinə səbəb olar.
Faydası olamayan elm xərclənməyən xəzinə kimidir. Yemək yeyib şükr edən
kəsin mükafatı oruc tutub səbr edənlə bərabərdir. Namaz hər bir
pərhizkarın Allaha yaxınlaşma vasitəsidir. Bəndə ilə küfr arasında
fasilə namazı tərk etməkdir.
◘Namazın dində olan mövqeyi başın
bədəndə olan mövqeyi kimidir. Doğruçuluq aramlıq, yalan isə iztirabdır.
Qur`an elə bir sərvətdir ki, yoxsulluq gətirməz və elə bir hidayətdir
ki, azğınlıq gətirməz. Qəza və qədərə olan iman qüssəni aradan aparar.
Dünyada zahidlik etmək qəlbin və bədənin asayişidir.
◘Dünyaya
rəğbət qəm-qüssəni artırar. Bekarçılıq qəlbin qəsavətinə səbəb olar.
Alim və tələbə xeyirdə şərikdirlər. Əl zamindir ki, götürdüyü hər bir
şeyi ötürsün. Övlad qadının qanuni ərinə məxsusdur, zinakarın payı isə
daşdır. (Övladın zinadan olmadığı dəqiq mə`lum olsun, əks təqdirdə, ərə
məxsus deyil.)
◘Dilənçi ata minmiş olsa də haqqı var. Görəsən
hansı dərd paxıllıqdan böyükdür? Bəxşiş verdiyi şeyi geri alan şəxs,
qusduğunu yeyən it kimidir. Yaşıllığa baxmaq gözün nurunu artırar.
Qiyamət günü dəstəmazın tə`sirindən mənim ümmətimin əl-üzü nurani olar.
◘Naməhrəmə
baxmaq iblisin zəhərli oxlarındandır. Qorxu və cür`ət iki qərizədir
ki, Allah onları istədiyi qəlbə verər. Xəstəliyi, sədəqəni, müsibət və
bəlanı gizlətmək gözəllik xəzinələrindəndir. (Lakin xəstəliyi
gizlətməyin müalicəyə dəxli yoxdur.) İnsanın xoşbəxtliklərindən biri də
budur ki, atasına oxşasın. (Yə`ni xoş əxlaq cəhətdən, çünki bu oxşarlıq
halalzadə olmağın əlamətidir.) Xoşbəxtliklərdən biri də gözəl əxlaqdır.
◘Dünyada
yaxşı iş görənlər axirətin də yaxşı iş görənləridir. Adəm övladının
danışdıqlarının hamısı öz zərərinədir, əmr be mə`ruf, nəhy əz münkər və
Allahın zikrindən başqa. Peyğəmbərlər yol göstərənlərdir, dərindən
düşünüb dərk edənlər isə ali insanlardırlar. Onlarla həmnişin olmaq isə
xeyir gətirər. Yeməkdən sonra əlləri yumaq isə qüssəni aradan aparar və
gözün nurunu artırar. Tacir ruzi intizarındadır, möhtəkir isə (baha
satmaqdan ötrü mal alıb yığan) lə`nət intizarında.
◘Bütün səadət
Allaha itaətdə keçən uzun ömürdədir. Vay olsun o kəsə ki, ailəsi üçün
xeyir qoyub gedir, Allahın hüzürunda isə şərlə varid olur. (Yə`ni qoyub
getdiklərindən ötrü mal-dövlət qoyar, günahlarını isə qəbrə ararar.)
Məzlumun (zülm olunan şəxsin) duası qəbuldur, hətta günahkar da olsa.