Hz. Əli (ə) haqqında daha çox bilək
Rəhman və Rəhim Allahın adı ilə İmam
Əlinin (ə) qədrini daha yaxşı bilib o cənabın yaşayış tərzini özümüzə
nümunə etmək üçün siz əzizlərə İmam Əli (ə) barəsində olan bəzi
hədisləri təqdim edirəm: «Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namazqılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55 Rəsulullah (s) Əli (ə) haqqında buyurub: 1-
Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır. Yəni bir kəsin mömi
olmasının sübutu Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı etinasız olsa
o mömin ola bilməz əsla. Baxmayaraq ki, bütün gecələrini namaza dura və
gündüzləri oruc tuta, bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib
ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284) 2-
Əlini sevmək imanın, Əliyə qarşı nifrət nifaqın (münafiqliyin)
əlamətidir. Hər kəsdə Əliyə məhəbbət olsa onun Allaha iman gətirdiyinin
nişanəsidir, Əliyə qarşı kini olan münafiqliyini izhar etmiş olur.
(kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199,
Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 ) 3-
Əli dünya və axirətdə mənim bayrağımın sahibidir. Əli Peyğəmbər
ümmətinin hər iki dünyada rəhbəridir. (Zəxairul-uqba, 75,
Yənabiul-məvəddə.81) 4- Əli kimi igid və
zülfuqar kimi qılınc yoxdur. Ühud müharibəsində əshabın fərar etdiyi
halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu
tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732,
əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659
hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124) 5- Hər kəsin mən movlasıyam Əli də onun mövlasıdır.(əl-Mustədrək 3-128, Kifayətut-talib bab 9- 82, bab 24-124) 6-
Əli xəlq olunmasaydı Fatiməyə layiq ər olmazdı. Fatiməyə layiq olan bir
insan yalnız Əlidir ki, hər cəhətdən kamil və pakdır.(Mənaqib Xorəzmi
fəsl4 hədis 159 fəsl19hədis 282, ibni Məğazili 43-67-152) 7-
Əli mənim tərəfimdən əvəz olunmaz təbliğatçıdır. Mənim gətirdiyim dini
məndən sonra haq olararaq məxluqata heç bir azğınlığa yol vermədəın
yalnız Əli çatdırıb, o təbliğ etməyə layiqdir.(Kifayətut-talib bab
62-260, Mənaqib Xorəzmi fəsl 7, hədis 76, Yənabiul-məvəddə180) 8-
Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır. Əlidən uzaqlaşmaq
tağutu özünə movla və rəhbər qəbul edib Allaha asi olmaqla bərabərdir.
(Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis
6510) 9- Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir. (Yənabiul məvəddə 245-256) 10- Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir. (Mənaqib Xorəzmi fəsl 7 hədis 67) 11-
Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq
edənlərə vəsiyyətimdir.(Mənaqib Xorəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis
324, Səvaiq 126, Yənabiul-məvəddə 86) 12- Əlinin vilayətini təsdiq edən möhür olmadan heç kəs siratdan keçə bilməz. (Durrül-mənsur 3.210) 13-
Əlini sevmək savabdır bu sevgi ilə günah etsən bir zərəri olmaz. Belə
güman olunmasın ki, hər kəs hər cür fəsad etsə də Əliyə olan məhəbbəti
onu xilas edər. Xeyir əgər cahil halda yaxud nəfsinə tabe olub xəta
səbəbinə günah etsə tövbə edərsə ona nicat olacaq. (əl-Mustədrək 3.134,
Yənabiul-məvəddə 180) 14- Əlinin üzünü görməmiş Allah mənim canımı alma. (Mənaqib ibni Məğazili 211) 15- Əlinin əli ilə Mənim əlim ədalətdə bərbərdir. (Mənaqib ibni məğazili 16, Yənabiul-məvəddə235) 16- Əlinin məhəbəti cəhənnəmin odundan bəraətdir. (İstiab. 3səh. 38, Mənaqib Xorəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83) 17-
Əli məndəndir və mən də Əlidənəm. Əli məndən sonra hər möminin
vəlisidir. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181,
237, 250) 18- Qiyamət günü nida olunacaq: Əli ənyaxşı qardaşın və İbrahim ən yaxşı babandır (Nüzhətul-məcalıs. 2 səh 209) 19-
Əlin insanlar arasında məqamı "Qul huvəllahu əhəd”- in Qurani-kərimdə
olan mövqeyi kimidir. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib
bab.5 səh 74, Məcməuz-zəvaid 9 səh 108) 20- Əlinin zikri və onun üzünə baxmaq ibadətdir.( Firdosul-əxbar . 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180 ) 21-
Əlinin qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən
bədbəxtidir. (Şəvahidut-tənzil. 1 səh 294 – 303, Yənabiul-məvəddə 100) 22- Əlinin zikri ilə məclislərinizi zinətləndirin. (Səvaiq 124) 23- Əli Quranladır və Quran da Əli ilədir. (əl-Mustədrək. 3- 122, Səvaiq 125) 24-
Əlinin vilayətini qəbul edən mənim kimi yaşayar və mənim kimi dünyadan
gedər. (əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187,
Məcməuz-zəvvaid 9. 102) 25- Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın kökü onun evindədir. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni məğazili 129) 26-
Əininin qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı Allah
mənə əmr edib. (İstiab 4. 170, Kifayətut-talib bab 44. 187,
Məcməuz-zəvvaid 9. 102) 27- Əlinin
müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı
kimidir. (Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419) 28-
Əli yaxşıların imamıdır, facirlərin qatilidir. Ona kömək edən Allaha
kömək etmiş olub, kömək etməyən Allaha kömək etməyib. (Mənaqib ibni
məğazili 38 Kifayətut-talib bab 47. 194) 29-
Bütün peyğəmbərlərin vəsisi olduğu kimi mənim də vəsim və varisim
Əlidir. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid 9. 111, Səvaiq 125 ) 30- Əli dünya və axirətdə mənim qardaşımdır. (Səhih Tirməzi 5. s 637 hədis 3721) 31- Əli haqq ilə batili ayırandır. (Səvaiq 125, Zəxairul-uqba 63) 32-
Əli cənnət ilə cəhənnəmi böləndir. Yəni qiyamətin günündə
Allah-taalanın əmri ilə Əli mömin ilə kafirləri layiq olduqları yerə
göndərəcək. (Mənaqib Xorəzmi. hədis 2) 33- Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir. (Yənabiul-məvəddə 135, 181) 34- Əli və mən bir ağacdan xəlq olunduq. (Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba 91) 35- Əli ən böyük Siddiqdir. ( Usdul-qabə. 4. səh 31) 36-
Əli ən birinci müsəlman olduğu üçün qiyamətin günündə Kovsər hovuzuna
birinci yetişər. (Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni
Məğazili. 48, Mənaqib Xorəzmi. fəsl 19. hədis 326 http://sizinyol.com
|