İmam Əlini (ə) sevmək və sevməmək.
Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.»
Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.»
Allahın
Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində möhkəmləndirsə və
həmin halda onun ayağı büdrəsə (ondan bir xəta baş versə də) Qiyamət
günü sirat üzərində onun qədəmini möhkəm saxlayar.»
Allahın Peyğəmbəri(s):«Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.»
Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.
Allahın
Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl
sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər
və onu tək qoyan köməksiz qalar.»
Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o müsəlmanların ağası, pəhrizkarların imamı və üzü ağların rəhbəridir.»
Allahın
Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində
Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.»
Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın
rəhbəridir və Mənə itaət edənlərin işıq saçanıdır. O Mənim pəhrizkarlara
yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə
itaət edib.»
Əli mənim canişinimdir.
Allahın
Peyğəmbəri(s):«Ey Bəni-Haşim! Həqiqətən mənim ailəm arasında qardaşım,
vəsim, vəzirim və canişinim Əli ibn əbu Talibdir. O mənim borcumu ödəyir
və vədimi yerinə yetirir.»
Allahın Peyğəmbəri(s) Əliyə işarə
edərək buyurmuşdur:«Bu mənim sizin aranızda qardaşım, vəsim və
canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.»
Mən kimn mövlasıyamsa, Əli də onun mövlasıdır.
Allahın Peyğəmbəri(s):«Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.»
Allahın Peyğəmbəri(s):«Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.»
Əbdurrəhman
ibn əbi Leyla:«Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm
ki: Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın
Peyğəmbərinin(s) «mən kimin mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını
eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr
iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm
önündədirlər – durub dedilər:«Biz şəhadət veririk ki, Qədir günü Allahın
Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik ki:«Mən möminlərdən daha
layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey Allahın Peyğəmbəri.»
Peyğəmbər
buyurdu:«Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara!
Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol.»
Əli haqq və Quranladir.
Allahın Peyğəmbəri(s):«Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.»
Allahın Peyğəmbəri(s):«Əli hara üz çevirsə haqq onunladır.»
Allahın
Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun
(Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt
bir-birlərindən ayrılmazlar.»
Allahın Peyğəmbəri(s):«Əli haqq və
Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma
gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar.»
Əli Peyğəmbərin elminin qapısıdır.
Allahın Peyğəmbəri(s):«Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.»
Allahın Peyğəmbəri(s):«Mən hikmət evi, Əli onun qapısıdır.»
Allahın Peyğəmbəri(s):«Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.»
Mən və Əli bir ağacdanıq.
Allahın Peyğəmbəri(s):«Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.»
Allahın Peyğəmbəri(s) Əliyə (ə) buyurub:«Sən həm dünyada və həm də axirətdə mənim qardaşımsan.»
Allahın Peyğəmbəri(s):«Əli məndəndir və mən ondan.»
Allahın Peyğəmbəri(s):«Əli mənim üçün bədənimdəki başım kimidir.»
Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlinin əti mənim ətimdən və qanı mənim qanımdandır.»
Cabir:«Allahın
Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər
buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə
mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın kökü, sən onun gövdəsi,
Həsənlə Hüseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah
onu Cənnətə daxil edər.»
Müxtəlif hədislər.
Allahın
Peyğəmbəri (s) Əliyə (ə):«Səninlə mənim məqamım Harunla Musanın məqamı
kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.»
Allahın
Peyğəmbəri(s) yanında hakimlik və ya xilafətdən söhbət düşən zaman
buyurmuşdur:«Əgər onu Əliyə həvalə etsəniz görərsiniz ki, Əli yol
göstərən və yolu tapmış bir şəxsdir və sizi doğru yol ilə aparır.»
Allahın
Peyğəmbəri(s):«Kim Adəmin elmini, Nuhun sayıqlığını, İbrahimin səbrini,
Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa ibn İmranın qəzəbini
görmək istəyirsə Əli ibn əbu Talibə baxsın.»
Allahın Peyğəmbəri(s):«Əli möminlərin ağasıdır.»
Allahın Peyğəmbəri(s):«Əli dinin sütunudur.»
Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlini incidən məni incidib.»
Allahın Peyğəmbəri(s):«Əli möminlərin başçısıdır, mal və sərvət isə münafiqlərin.»
Allahın Peyğəmbəri(s):«Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.»
Allahın Peyğəmbəri(s):«Əli ibn əbu Talib mənim sirdaşımdır.»
Allahın Peyğəmbəri(s):«Qiyamət günü nicat tapanlar Əli və onun şiələridirlər.»
Allahın Peyğəmbəri(s):«Əlini yada salmaq ibadətdir.»
Allahın Peyğəmbəri(s):« Əli insanların ən yaxşısıdır» deməyən kəs kafir olub.»
Həqiqətən mən….
İmam
Əli (ə):«Həqiqətən mən sizi sizdən qabaq özüm yerinə yetirdiyim
itaətdən başqa bir şeyə vadar etmir və sizdən qabaq özüm çəkindiyim
günahdan başqa bir günahdan çəkindirmirəm.»
İmam Əli (ə):«Ay
camaat! Həqiqətən mən sizin aranızda fironun adamları arasında olan
Harun, həmçinin Bəni İsrailin arasında olan Hittə qapısı və Nuhun qövmü
arasında Nuhun gəmisi kimiyəm. Mənəm ən böyük «xəbər» və ən böyük
doğruçu. Tezliklə vəd olunduğunuz şeyi görəcəksiniz.»
İmam Əli
(ə):«Həqiqətən mən heç vaxt müharibə və cihad meydanından qaçmamışam və
mənimlə döyüşə kim gəlibsə yeri onun qanı ilə doydurmuşam.»
Mənəm…….
İmam Əli (ə):«Mənəm dünyanı xar və heç sayan!»
İmam
Əli (ə):«Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və
yardımçısıyam.Mənəm İslamda öncül, bütləri sındıran, kafirlərlə vuruşan
və din düşmənlərini məhv edən!»
İmam Əli (ə):«Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.»
İmam
Əli (ə):«Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi bölüşdürənəm. Mənim
bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil olmaz. Mənəm «böyük
ayıran» (haqq ilə batili bir-birindən ayıran), mənəm özümdən sonrakı
insanların imam və rəhbəri və məndən qabaq olmuş kəs tərəfindən onu əda
edən.»
İmam Əli (ə):«Mən Allahın elmiyəm. Mən Allahın xəbərdar qəlbi, Onun natiq dili, gözü və tərəfiyəm. Mən Allahın əliyəm.»
İmam
Əli (ə):«Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və
yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən bütün zəiflərin
arxa və pənahıyam, mən qorxu və vahimə içində olan hər bir kəsin
pənahgahıyam; mən möminlərin Cənnətə aparan bələdçiləriyəm; mən Allahın
ən möhkəm ipi və təqva kəlməsiyəm; mən Allahın gözü , doğruçu dili və
əliyəm.»
İmam Əli (ə):«Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə vuran ilk kəsəm.»
İmam Əli (ə):«Mən İslamı qəbul edən ilk şəxsəm.»
İmam Əli (ə):«Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.»
İmam Əlinin elmi.
İmam
Əli (ə) xalq xəlifə kimi onunla beyət etdikdən sonra oxuduğu xütbədə
buyurmuşdur:«Camaat! Nə qədər ki, məni itirməmisiniz, soruşun, məndən
sual soruşun! Çünki birincilərin və sonuncuların elmi məndədir. And
olsun Allaha, əgər məhkəmə kürsüsündə otursam Tövratın davamçıları
arasında onların Tövratları əsasında hökm çıxararam və ... sonra
buyurdu:«Məni itirməmişdən qabaq məndən soruşun. Toxumu yaran və insanı
yaradan Allaha and olsun ki, əgər Quran ayəsindən soruşsanız sizə onun
nə vaxt kimin barəsində nazil olmasını deyərəm.»
İmam Əli (ə):«Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.»
İmam Əlinin məzlumiyyəti (zülmə məruz qalması).
İmam Əli (ə):«Mən Allahın Peyğəmbəri(s) vəfat edən zamandan həmişə zülmə məruz qalmışam.»
İmam Əli (ə):«Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs görməyib.»
İmam Əli (ə):«Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat valiyə zülm edir.»
İmam
Əliyə (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o Həzrət
buyurmuşdur:«And olsun Allaha siz daha hərissiniz. Siz ondan daha
uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı və daha yaxınam (mən
ona daha layiqəm və ya Peyğəmbərə qohumluq baxımından daha yaxınam).
Həqiqətən mən öz haqqımı tələb etdim və siz mənim ona çatmağıma mane
olursunuz...İlahi! Mən Qüreyşə və onlara yardım edənlərə qarşı Səndən
kömək istəyirəm. Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim
yüksək məqamımı aşağı hesab etdilər və mənə məxsus olan şeyə görə
mənimlə vuruşmaq üçün əlbir oldular.»
İmam Əli (ə):«Allahın Peyğəmbəri(s) buyurub:«Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar.»
İmam
Əli (ə):«And olsun Allaha gecəni səhərə kimi dəvətikanının üstündə oyaq
qalmaq və zəncirlərlə çiyinlərimdən bağlanaraq çəkilmək mənə Qiyamət
günü Allaha və Onun Peyğəmbərinə zalım kimi qovuşmaqdan daha
xoşdur.......
And olsun Allaha, əgər yeddi iqlimi göylərin altında
olan şeylərlə birlikdə mənə versələr ki, qarışqanın ağzından arpanın
qabığını almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm!»
İmam Əli (ə):«Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm ki, onun ətrafına gələn onun nurundan faydalanar.»
İmam Əli (ə):«Allah-taalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən «böyük xəbər»i yoxdur.»
İmam Əli (ə):«Haqq mənə göstərilən zamandan bəri heç vaxt onun barəsində şəkk etməmişəm.»