.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    KƏBƏDƏ DÜNYAYA GƏLƏN İNSANIN MÖVLUDU - Cümə söhbətləri
    Bismilləhir-Rahmənir-Rahim!
    Rəcəb ayında yaşayırıq. Bu ayın hər günü xeyir-bərəkətlə, nurla doludur. Amma xüsusi günlər var ki, bunların bərəkətliliyi fövqəladə dərəcədədir. Bu günlər arasında ən ümdəsi – Möminlərin Əmiri İmam Əlinin (ə) mövlududur. Amma bu, sadəcə hansısa dahi şəxsiyyətin dünyaya gəlişi günü deyildir. Bu müqəddəs gün – kamillik zirvəsini özündə əks etdirən bir mübarək simanın yad edilməsini, onun ideallarını yaşadılmasını labüd edən bir tarixdir.

    "Səni yalnız mömin sevər...”

    Həzrət Əli (ə) besətdən 10 il öncə, rəcəb ayının 13-də, Kəbə Evində dünyaya gəlmişdir. Atası – Həzrət Əbu Talib, anası – xanım Fatimə binti Əsəddir. Həzrət Əli (ə) - kişilərdən Peyğəmbərə (ə) iman gətirən ilk şəxs, Qurani-Kərimin katibi, Peyğəmbərimizin (s) vəsisi və canişinidir.

    Həzrət Əli (ə) barədə danışmaqla qurtarmaz. Bircə onu demək kifayətdir ki, Peyğəmbərimizdən (s) sonra, İmam Əli (ə) Allah Təalanın ümmət üçün ilk hüccətidir, dəlilidir.

    İmam Əli (ə) – bir mübarək meyardır. Ona münasibət vasitəsilə İslamla dostluq-düşmənlik mövzusu həll edilir. Allahın Peyğəmbəri (s) Həzrət Əli (ə) ilə bağlı buyurub: «Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər».

    Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurub: «Atəş odunu yediyi kimi, Əlini sevmək də günahları yeyir».

    Yenə də Rəsulullah (s) buyurub: «Möminin əməl dəftərinin başlıq və sərlövhəsi - Əli ibn Əbu Talibin məhəbbətidir».

    Bəli, imana iddialı insanın əməl dəftərinin sərlövhəsi – İmam Əlinin (ə) məhəbbətidir. Bu məhəbbət sayəsində insan düzgün yol gedə bilər.

    Allahın Evindən başqa yer tapılmadı bu mövlud üçün...

    Allah evində dünyaya gələn, Allah evində dünyadan gedəndir Əli (ə)... Dünya Allahın Evindən başqa bir yer tapmadı Əlini (ə) qarşılamaq üçün. Dünya Əlini (ə) yola salmaq istəyəndə, Allah evindən başqa bir yer tapa bilmədi ki, daha layiq yola salsın. 63 illik bir misilsiz ömür yaşayan Həzrət Əli (ə), 33 ilini Rəsulallahın (s) qulluğundadır. Bu illərdə bəşərə şücaət, mərdanəlik, kişilik, fədakarlıq, sədaqət dərsini keçir. Qalan illərini bəşərə səbir dərsini keçir, amallara sadiqlik, İlahi vəzifəyə əməl etməkdə sabitqədəmlilik dərsini keçir. Bəşərə böyük hədəflərə görə, qabaqda duran böyük məqsədlərə görə qurban verməyi bacarmağı, hissləri cilovlamağı, İslamın əbədiyaşar dəyərlərinə görə səbir etməyi öyrədir. İmam Əli (ə) İslamın nə olduğunu hamıdan yaxşı bilirdi; o, inancın cövhərini təşkil edirdi. İmam Əli (ə) inancın yaşaması üçün hər nə lazımdırsa, edirdi. Şücaət lazım olanda Əli (ə) şücaət göstərirdi. Səbir meydanında Əliyə (ə) bənzəri yox idi. Onun haqqında Quranda 300 ayə gəlib. Həyatının hər günü ibrət olan bu insana aid İlahi Kitabda 300 ayə vardır...

    Onun barəsində Peyğəmbərimiz (s) deyib: «Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır».

    Başqa yerdə Allahın Peyğəmbəri (s) belə buyurub: «Əli - dinin sütunudur».

    İlahi Elçi (s) onu bizlərə dinin sütunu kimi tanıdır. İman əhli üçün bu yolgöstərmə kifayət edər.

    Niyə din onsuz naqisdir?

    Peyğəmbərimizi (s) bildirir ki, Həzrət Əlisiz (ə) İslam naqisdir. Bunu, Rəsuli-Əkrəm (s) Qədir-Xumda bəşəiyyətə çatdırır və ondan sonra biz görürük Quran məntiqi bunu izah edir. Həzrət Peyğəmbər (s) vida həcci zamanı 23 ililk risalət zəhmətinin tam kamil hala düşməsi üçün zəruri olam bir şərtə işarə edərək, üzünü tutur 120 000 müsəlmana və buyurur: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

    Peyğəmbərimiz (s) Qədir-Xum çölündə Həzrət Əlini öz canişini və vəsisi elan edir. Bundan sonra "Maidə” surəsinin 3-cü ayəsi nazil olur. Hansında ki, Allah Təala buyurur: "... Bu gün dininizi sizin üçün kamil etdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı bəyəndim...”.

    Bəs bu necə oldu? Qədir-Xum adlı məkana çatdıqda, Peyğəmbərimizə (s) "Maidə” surəsinin 67-ci ayəsi nazil olmuşdu. Allah Təala Pyğəmbərimizə (s) buyururdu ki, "... Rəbbin tərəfindən sənə nazil olanı (insanlara) çatdır. Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını (risaləti) çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz”.

    Qeyd etdiyimiz kimi, bundan sonra Rəsuli-Əkrəm (s) Həzrət Əlini (ə) özündən sonra ümmətin rəhbəri kimi tanıtdırdı. Məhz bundan sonra İslamın kamil bir din olaraq Allah Təala tərəfindən bəyənilməsi barədə ayə nazil oldu.

    "Haqq onun ətrafına fırlanar...”

    Rəsuli-Əkrəm (s) daima müsəlmanları İmam Əlinin (ə) mübarək şəxsiyyəti barədə agah edirdi. Məşhur hədisdə buyurulur: «Əli haqq ilədir və haqq Əli ilə. Və o harada olsa, haqq onun ətrafına fırlanar».

    Həzrət Əmirəlmöminin Əli (ə) haqqında nə qədər bəhs edilsə də, yenə də onun malik olduğu məqamı, onun şəxsiyyətini çatdırmaq üçün çox cüzi səy etmiş olarıq. Həqiqətən, sözlə bu müqəddəs insanın vəsfini etmək – çətin bir məsələdir. Bu, həmin hallardandır ki, söz, vəsfi etməkdə aciz olur.

    Həzrət Əlinin (ə) üstünlüyünü təşkil edən, onu fərqləndirən hansı cəhətlərdir? Burada həm elm var, həm şücaət var, həm səbir var, həm şəfqət var... Ustad Mütəhhərinin təbirincə desək, İmam Əli (ə) – həyatın bütün səhnələrinin qəhrəmanıdır.

    Əlini (ə) tanımaq üçün bir səhnəni təsəvvür edək. Bu hadisə Rəsulullah (s) məktəbinin ən şərəfli şagirdi - Əlinin (ə) hökumət başında olanda baş vermişdir. Nəql edirlər ki, bir gün Əmirəlmöminin Əli (ə) Kufə məscidində əyləşmişdi. Əbdullah adlı bir yəhudi əynində zirehlə onun yanından keçir. Əli (ə) onun əynindəki zirehi görən kimi buyurur: "Bu zireh Təlhənin zirehidir və Bəsrə döyüşündə qənimətdən xəyanət edilmişdir”. Əli (ə) baxır deyir bu xəyanət olunmuş bir şeydir, kimsə bunu oğurlayıb. Tanıyır bu zirehi.

     

    Yəhudinin, İslamda mövcud olan ictimai ədalətdən xəbəri var idi. Və bilir ki, Əli (ə) xəlifədir, ölkə başçısıdır. Əli (ə) bu məmləkətin rəhbəridir. Yəhudinin yəqini də var ki, İslam - ictimai ədaləti qəbul edən bir dindir. Deyir: "Gedək İslamın qazisinin yanına”. O qazinin yanına ki, onu Əli (ə) təyin edib. Bu şəxsdə şəkk yoxdur ki, nə mənası var gedim qazinin yanına, onsuz da onu Əli (ə) təyin edib. Gör insanların Əlinin (ə) ədələtli əmir olmasında nə qədər arxayınçılıqları, əqidələri var idi!

    Onlar hakimin yanına daxil olurlar. Burada Əli (ə) vəziyyəti izah edir, deyir hal-qəziyə budur. Qazi bu vəziyyəti görür, deyir: "Gərək iddianıza bir şahid də gətirəsiniz”. Çox qəribə bir səhnədir. Həzrət Əli (ə) xəlifədir. Onun təyin etdiyi hakim, qazi məhkəmə aparır. Əli (ə) ölkə başçısıdır, iddiaçı isə müsəlman da deyil, yəhudidir. Amma, məhkəmə onun hüquqlarını qoruyur. Beləliklə, qazi deyir: "Gərək şahid gətirəsiniz”. Əli (ə) İmam Həsəni (ə) dəvət edir. Qazi deyir: "gərək bir nəfər başqasını da gətirəsiniz”. İmam Əlinin (ə) Qəmbər adlı bir qulamı olur. Buyurur: "Qəmbərə də deyin, gəlsin”. Şahidlər şəhadət verir. Qazi deyir ki, qulluqçunun şəhadəti ilə məsələ həll olunmur. İmam (ə) bu halda yəhudiyə müraciətlə dedi: "Bu insan üç dəfə səhv hökm çıxartdı. Amma, buna baxmayaraq, zirehi götür, get”. Fikir verin. Hakim, qazi səhv hökm çıxarır. Amma, məhkəmənin qərarıdır deyə, xəlifə də bu hökmə tabe olur. İctimai ədalət budur.

    Yəhudi bu vəziyyəti görür və söyləyir: "Sübhanallah! Müsəlmanların xəlifəsi qazinin yanına gəlir və onun əleyhinə qəzavət edirlər və o da razılaşır!”. Deyir: "Ey Əmirəlmöminin, siz düz buyurursunuz. Zireh sizin xurcundan düşüb, mən də onu götürmüşəm”. Axırda yəhudi deyir: "Ey Əmirəlmöminin! Əşhədu ən lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah!”. Beləliklə, Əli (ə) ədaləti və Əli (ə) həqiqəti bir nəfərin də İslama gəlib çıxmasını nəsib edir.

    İmam Əlini (ə) görüb, Əliyə (ə) görə bu cümlələri, kəlmeyi-şəhadəti deyənlər çox olub. Bu, onlardan yalnız birisidir.

    Qaziyə qəzavət dərsi

    Amma Əlinin (ə) iradını eşitcək, qazi deyir: "Əgər söyləməsən ki, üç səhvim nədən ibarətdir, daha mən qəzavət etməyəcəyəm”. Burada artıq, Əli (ə) bir imam kimi qaziyə dərs keçir. Maariflənmə məqamıdır. Deyir: "Vay olsun sənə. Peyğəmbər (s) buyurub: "Xəyanətlə bağlı şahidə ehtiyac yoxdur”. Yəni, bir var ki, müəyyən bir şey bir şəxsindir. Digər birisi isə deyir ki, "yox, bu mənimdir”. Bu halda, iddia edən gərək sübut etsin ki, həmin şey o şəxsin deyil. Bir də var hamı bilir ki, müəyyən bir şey, bir şəxsin olub, sonra, məsələn, yoxa çıxıb. Yəni, hamı bilir ki, bu itib, təzə bir yiyəsinə çatıb. Bu halda artıq gərək təzə yiyəsi sübut edə ki, bunu haradan əldə edib. Əgər hamı bilirsə ki, bu kimindir və onda bunu təzə bir yerdə tapanda, gərək artıq o adam özü sübut edə ki, onu halal yolla əldə edib.

    İndi Əli (ə) bu qaziyə dərs keçir. Deyir: "Əvvəla, xəyanətlə bağlı şahidə ehtiyac yoxdur”. Əslində, tərəf müqabili gərək sübut edərdi ki, onu düzgün yolla əldə edib.

    Sonra Həzrət Əli (ə) buyurur: "İkincisi. Həsəni dəvət etdim, sən isə dedin ki, bir şahidlə hökm etmirəm. Halbuki, bir şahidlə və iddiaçının andı ilə hökm yetərdi. Yəni, mən and içə bilərdim, Həsən də şahidlik edə bilərdi. Bu ikinci səhvin. Üçüncü səhvin - Qəmbər şəhadət verdi. Amma, sən dedin ki, o quldur və qulun şahidliyi ilə hökm etmirəm. Lakin, İslam hökmünə əsasən, əgər qul adil bir şəxsdirsə, onun şahidliyi qəbul olunmalıdır”. Sonra buyurur: "Vay olsun sənə. Müsəlmanların İmamının və rəhbərinin daha böyük məsələlərdə əmin sayıldığı bir halda, sən necə onun iddiasını qəbul etmədin?”.

    İdeal davranış modeli

     

    Həzrət Əlini (ə) tanıyaq. O, bir dahi şəxsiyyətdir ki, bir insandır ki, saatlar, günlər, həftələr, illər, əsrlər qadir deyil "Əli (ə) kimdir?” sualına cavab verə. Bir neçə məsələyə də toxunaq. Əli (ə) bir şəxsdir ki, tək müsəlmanlar onun haqqında danışmırlar. Qərb alimlərindən biri deyir: "Əgər Əlini (ə) zərbətləməsydilər, əgər Əli (ə) mehrabda namazda dayanan vaxtı öldürülməsə idi, Əli (ə) bu dünyadan gedəsi deyildi”. Deyirlər "Necə?”. Həmin alimin hədislə, Quranla işi yoxdur. Müsəlman da deyil. Deyir: "Mən Əlinin (ə) həyatını mütaliə etmişəm. Onun həyatında bir dənə də olsun ifrat-təfrit yoxdur. Bu insan nə edib – kamillikdir”. Bu insan döyüşüb haqq uğrunda. Bu insan yaşayıb haqq uğrunda. Bu insan daima durub haqq müstəvisində.

    Gəlin Əlinin (ə) həyatının səhnələrinə nəzər salaq. İmam Əli (ə) Allah evində dünyaya gəlir, Allah evində də dünyadan gedir. O, kişilərdən Allah dinini ilk qəbul edən insandır. Bilavasitə Allah Elçisinin (s) tərbiyəsini görən insandır. Allah Elçisi (s) ilk müraciətini edəndə, o, "ləbbeyk!” deyən ilk insandır. Əli (ə) baxmayıb əməlləri kiminsə xoşuna gələr və ya gəlməz. Baxıb ki, Allah bu işdən razı deyilsə, onu etməsin. Əqil kimi qardaşı qapısına gələndə, Əli (ə) ona deyir ki, mənim özümün nəyi varsa, verim. Amma mən sənə görə Allahıma qarşı çıxmayacağam. Yaxud, Təlhə və Zübeyr gəlirlər, vəzifə, məqam istəyirlər. Asan idi onları razı salmaq, əlində idi hər şey. Təlhə-Zübeyrkimilərə guya nə lazım idi ki? Deyə bilərdi ki: "Hə, filan yerin valiliyini verdim sənə”. Söz demək asan məsələdir. Müaviyənin (lən) etdiklərini ondan yaxşı da etmək olardı. Hoqqabazlıqları nə var etməyə, siyasətbazlıqları nə var etməyə? Nə var hoqqabaz olmağa, nə var zəlil yaşamağa? Amma Əli (ə) bunu edə bilməzdi, çünki o - Əlidir (ə)!

    Bu gün kimsə Əliyə (ə) baxıb deyərdi ki: "Nə olardı ki?”. Nə çətin iş idi ki, Əli (ə) Təlhəyə bir vəzifə verərdi, Zübeyrə də bir şey verərdi. Əqilə də bir şey verərdi. Sonra yavaş-yavaş, mərhələ-mərhələ digər məsələləri həll edərdi, İslamı bərqərar edərdi.

    Amma, Əli (ə) onu edə bilməzdi! Əgər, Əli (ə) belə etsəydi, tarixdə Əli (ə) kimi qalmazdı. İndi soruşulanda ki, "Hanı təmiz İslam?”, "Hanı ədalətli rəhbər?” deyirik, baxın Rəsulullaha (s), Əliyə (ə). Soruşanda ki, "Hanı həqiqi vətəndaş mövqeyi?” deyirik, baxın Hüseynə (ə). Soruşanda: "Hanı mənəviyyat?” deyirik, baxın İmam Səccada (ə); "hanı dönməzlik?” - deyirik, baxın İmam Kazıma (ə); "hanı əziyyətlərə qarşı mətinlik, şücaət, dönməzlik?” - deyirik baxın Həzrət Zeynəbə (s.ə).

     

     

    Əli (ə) mövludunu yaşatmaq

     

    Bir kəsin mövludunu qeyd edirik ki, Allahın Evi o şəxsin mövludunu qarşılayıb. Bir kəsin mövlududur ki, əziz Peyğəmbərimizdən (s) sonra bəşəriyyətin ən kamil insanıdır. Bəhsimizi böyük İslam Peyğəmbərindən (s) Həzrət Əli (ə) ilə bağlı buyurduğu mübarək hədislə bitirmək istərdik. Yaranışın hikməti, Allahın Elçisi, əziz Rəsulumuz (s) elm şəhərinin qapısı olan Həzrət Əlini (ə) bizlərə çox incə bir buyuruşla tanıdır. Peyğəmbər (s) buyurur: "Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir”. Rəsulallah (s) Həzrət Əlinin (ə) dərəcəsini olduqca dəqiq çatdırır. Buyurur, necə ki, Allah Elçisinin qanına və ətinə iman qarışıb, o cür də Əlinin (ə) əti və qanına iman qarışıb.

     

    İmam Əli (ə) mövludunu yaşamaq çox az tapılan, nadir səadətlərdən biridir. "Əşhədu ənnə Əmirəlmumininə Əliyyən vəliyullah” sədasını ucaltmaq - böyük bir nemətdir. Bu, elə bir sədadır ki, batil əqidələrin müqabilində ucalır. Bir vaxtlar bu sədanı ucaltmaq çox təhlükəli olub. Həmin zamanlarda bunun yerinə "Əli Allahın düşmənidir” (nəuzibillah!) şüarı səsləndirilirdi. Öyrədilmiş şəxslərə bu sözü deməyə görə böyük pullar paylanılırdı. Əli (ə) kimi haqq, kamil insan Allahın düşməni kimi tanıtdırılırdı... Amma, Əli (ə) sevərlər bu böyük eşqi əsrlər boyu müxtəlif yollarla yaşadıb. Və bu günə çatdırıblar bu məhəbbəti. Allah Təala bu zəhmətləri çəkənlərin hamısına rəhmət eləsin!

    Allah Təaladan istəyimiz budur ki, Əli (ə) zirvəsinə xatir, Əli (ə) mövluduna xatir, Əli (ə) həyatına xatir bizləri həqiqi bəndələrdən qərar versin! Amin!

    Hacı İlqar İbrahimoğlu,

    ilahiyyatçı-filosof

    İçərişəhər «Cümə» məscidinin imam-camaatı

    Bütün hüquqlar qorunur.
    Veb-saytın materiallarından istifadə zamanı "Deyerler" AIN-ə istinad (www.deyerler.org) zəruridir
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (01.06.2012)
    Просмотров: 268 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -