.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    “Muhammədi İslam” ilə “Amerika İslamı”nın yol ayrıcında!
    haberBu "müsəlmanlar"ın ədavəti, kafir düşmənin ədavətini belə geridə qoya bilər …

    İslam ümməti tarix boyunca iki cəbhədə mütəmadi olaraq döyüşmüşdür: 
    birinci cəbhə "açıq şirk və küfr cəbhəsi" ilə döyüş; 
    ikinci cəbhə isə "nifaq, riya və xəyanət cəbhəsi" ilə döyüş.

    Döyüşün birinci cəbhəsində, qarşı tərəf zahirən nə qədər güclü olursa olsun, ixlaslı və fədakar müsəlmanlar üçün onların qarşısında dayanmaq, onlara qarşı müqavimət göstərmək və onlar qarşısında cihad və şəhidlik asandır.
    Ancaq döyüşün ikinci cəbhəsi elə çətindir ki, bu döyüşdə düşmənin küfr və şirk süngüləri ilə deyil, nifaq dəstələrinin mizraqların ucuna taxdıqları "İslam", "Quran", "müqəddəsat" kimi dəyərlər ilə üz-üzə gəlirsiniz.
    Belə olan halda qarşınızda sizi müsəlman olduğunuza görə hədəf alan bir kafir "düşmən"i görmürsünüz.
    Belə olan halda qarşınızda sizi müqavimətçi şəxsiyyətiniz, mübarizəçi duruşunuz və mücahid istiqamətinizə görə bəyənməyən, İslamın xaricinə atmağa çalışan "müsəlmanlar"ı görürsünüz.
    Belə ki, bu "müsəlmanlar"ın ədavəti, kafir düşmənin ədavətini belə geridə qoya bilər…

    Bu həqiqəti, Bədr, Uhud və Xəndək səhnəsində yaşanan döyüşün nəticələri ilə Kərbəlada yaşanan qətliamın nəticələrinə baxdığımızda daha yaxşı anlaya bilərik.
    İnsanın bu məqamda belə sual verməməsi mümkün deyil: Əbu Cəhl daha zalımdır, yoxsa İbni Ziyad?..

    Əsrlər boyu davam edən bu seçim qarşısında qalma halları indiki zamanda artıq özünü "Amerikan İslamı" ilə göstərməkdədir.
    Bunun tarixi qarşılığı isə "Saray və Süfrə İslamı"dır!..

    "Saray" ilə "Süfrə" arasında hər zaman doğrudan da bir əlaqə olmuşdur; ciblərini Sultanın dinarları və mədələrini isə sarayın loxmaları ilə dolduranlar, ortaya belə bir "İslam" çıxarmışlar.
    Belə bir İslamın cəmiyyət nəzdində məskunlaşması da bu sarayın vaizlərinin vasitəsilə olmuşdur.
    Onları gah sultanların yanında, gah minbərlərdə, gah kürsülərdə görərik; Əvvəlcə Allahın adı ilə başlarlar, ayə və hədis ilə davam edərlər, dindən, müqəddəsatdan danışarlar, sonra isə bu dini Saray hakimlərinin səltənətlərinə yem edərlər…

    Bunları dünən Əməvi və ya Abbasi dövrlərinin bəzəkli saraylarında gördüyümüz kimi, bu gün Ər-Riyad, Doha, Manama, Əmman, Küveyt, Dubay kimi paytaxtlarda sultanların, şeyxlərin, kralların, məliklərin, əmirlərin yanında görərik;
    adlar dəyişik olsa da rol eyni rol, vəzifə eyni vəzifədir!..

    Dünənin sultanına "zillullahi fil ərz" deyərlər, bu günün krallarına isə "xadimul hərəmeyni şərifeyn" deyərlər.
    Dünən bismillahla başladıqları xütbələrində məliklərinin ucalıqlarını sıralarkən, bu gün də sultanların, kralların İslam və müsəlmanlar üçün nə qədər böyük bir dəyər olduqlarını izah etməyə çalışarlar…

    Adlara ilişib qalmayaq. İslam dünyasına nəzər saldığımızda, sarayların yuxarı yerlərində kimlərin oturduğunu, sultan əli öpən böyük "hoca əfəndi"lərin kimlər olduğunu gördüyümüz zaman onları dərhal tanıyarıq…

    İstər adı "qadiul quzzat", istər "şeyxul şuyux" olsun, istər onlara "müfti" istər "hoca əfəndi" deyilsin. İstərsə də bir yerlərdə xətib və ya natiq olsunlar.

    Saraylarda məliklərin, kralların süfrəsindən qalxmayanlar heç gəlib bu ümmətə "Məhəmmədi İslam"ın məktəbini öyrədərlərmi?

    Onun üçündür ki, Hz. Rəsulu Əkrəmin(s) bu hədisi-şərifi bütün tarixlərə və nəsillərə unudulmayacaq təməl bir xəbərdarlıqdır:
    "Fəqihlər dünyaya aldanmadıqları və sultana uymadıqları müddətdə peyğəmbərlərin etibarlı varisləridirlər. Ancaq bunu etsələr, dünyaya tamah salsalar və hökmdara uyğunlaşsalar o zaman onlardan çəkinin."

    "Məhəmmədi İslam"ın alimləri sarayların ətrafında gəzməz, məliklərin əllərini öpməz, onların iqtidarlarını qanuniləşdirməyə çalışmaz, onların bayraqlarını qaldırmazlar.

    "Məhəmmədi İslam"ın alimləri, mədələrini sultanların süfrəsində doldurmaz, onların bərbəzəklərinə və zövq-səfalarına aldanmazlar.

    "Məhəmmədi İslam"ın alimləri, sarayları müdafiə edənlər deyil, zalım səltənətləri yıxanlardır…

    "Məhəmmədi İslam"ın alimləri sinələrini İslama sipər edənlərdir, yoxsula, məhruma sığınacaq olanlardır, yalın ayaqlılarla oturan, məzlumlarla qalxanlardır.

    Çünki onlar "ənsarud-dinillah"dır.
    Çünki onlar Hz. Rəsulullahın(s) gerçək varisləridir.
    Çünki onlar "Hizbullah"dır...

    Budur! İslam ümməti daha bir dəfə bu seçim qarşısındadır;
    Bu dəfə "Məhəmmədi İslam" ilə "Amerikan İslamı" arasında, ətrafına daha bir dəfə baxmaqdadır…

    Hər kəs öz gördüyünü söyləsin və qərarını versin;

    "Saray və Süfrə İslamı"na razısınızmı?

    Nurəddin Şirin
    "İsra" Mədəniyyət mərkəzinin rəhbəri
    islamazeri.az
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (24.05.2012)
    Просмотров: 216 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -