.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Qəflət Yuxusundan Ayılma (Əxlaq Dərsləri)

    (Həzrət Səccadın (ə) "Məkarimul-əxlaq” duasının şərhindən)

    "Allahummə, səlli əla Muhəmmədin və alih. Və nəbbihni li zikrikə fi auqatil-ğaflə!"

    "İlahi, Məhəmməd və ailəsinə salam yetir. Qəflət anlarında məni Sənin zikrin və yadınla ayılt!...”

    Dördüncü imamımız həzrət Səccad (ə) "Məkarimül-əxlaq” duasının bu  hissəsində Allahdan onu qəflət yuxusundan ayıltmağını istəyir ki, bu ayılma ilə Onu yad etsin.

    Bilməliyik ki, dünya həyatı insan üçün bir növ qəflət gətirir və insanın qeyb aləmi ilə rabitəsi kəsilir. Doğrudur, Allah insanda qəflətdən ayılma vasitələri yaradıb. Buna baxmayaraq o batini meyillər və dünya həyatı ilə əlaqədar qəflətə düşür. Allahın insanda yaratdığı və onu qeyb aləminə yönəldəcək vasitələrdən düzgün istifadə etmədikdə həmin vasitələrin özü insanın qəflətə düşməsinə səbəb olur.

    Bu şərif ayədə buyurur:

    "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!” (Nəhl, 78)

    İnsan dünyaya gələrkən cahil idi, heç nə bilmirdi. Amma Allah onda agahlıq və bilmə vasitələri yaradıb. Həmin istedadlar tədricən özünü biruzə verməyə başlayır. Ayədə buyurulduğu kimi, bu agahlıq vasitələri onun şükür etməsi üçündür. Yəni, insanın dünya həyatında tədricən sahib olduğu agahlıq vasitələri əgər onu Allah və Onun nemətlərinə yönəltsə və o həmin nemətləri nemət sahibinin bəyəndiyi yolda istifadə etsə, bu zaman bu vasitələr onun tərəqqi və zikr vasitələri olacaq. Amma belə olmasa, yəni əgər onlardan istifadə etməsə, ya da o agahlıqlarını ancaq dünya həyatı ilə məhdudlaşdırsa, belə şəxslər qeyb aləmindən qəflətdə yaşayırlar. Quran buyurur:

    "... Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (Əraf, 179)

    Bu ayədə insanın inkişafı üçün nəzərdə tutulan həmin vasitələr süqut vasitəsi kimi tanıtdırılır. Axırda da buyurur: qafil olanlar da məhz onlardır. Yəni, verilən ayılma vasitələrindən düzgün isifadə etməyən, qeyb aləmi ilə rabitədə olmayan, bu aləmi qeyb aləmi ilə əlaqələndirməyən şəxslər qəflətdədir.

    Digər ayədə buyurur:

    "Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər". (Rum, 7)

    Əvvəlinci ayələrdə isə qeyd edir ki, camaatın çoxu anlanmır:

    "Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər!” (Rum, 6)

    Bu zaman açıqlayır ki, bu əksəriyyətin elmi və işləri dünya həyatının zahiri ilə məhdudlaşır. Hətta zahiri aləmini düzgün yaşasa da, hər şeydən başı çıxsa da, həqiqətdə cəhalətdədirlər. Onlar digər aləm və həqiqətə cahildirlər.

    Qəflət nədir?

    Qəflətlə bağlı ayələri araşdırsaq, buna yetişirik ki, insanın hər hansı sahədə elmi və əməli çalışmaları onu daxildən bəyatının və fəaliyyətinin bütün sahələrində Allahla rabitədə saxlamasa belə şəxsə qəfətdə olan deyiir. Amma Allah insana xüsusi lütfü olduğu üçün agahlıq vasitələri yaradıb. Eyni zamanda zahiri vasitələr də yaradıb ki, insan istəsə onlardan istifadə etməklə qeyb aləminə yönələ bilər. Buna görə də insanın qarşısına elə vaxtlar çıxır ki, onların vasitəsilə qeyb aləminə yönələ bilir. Misal üçün, yetkinlik dövrünün əvvəllərində insanın qarşılaşdığı suallar belə agahlıqlardandır. Amma insan diqqətli olmalıdır ki, o vasitələrdən düzgün istifadə etsin. Lakin həmin vasitələr də bunlarla məhdudlaşmır. Bəzən insan sıxıntılara düçar olur. Bununla da ona aşkar olur ki, onun güvəndiklərinin hamısı zəifdir, onun həyatını idarə edə, düşdüyü çətinliklərdən onu çıxara bilməz. İnsan çətinliyə salınır ki: ləəlləhum yətəzərrəun-bəlkə yalvarıb-yaxarsınlar.

    Adətən insan sahib olduqlarına söykəndiyi üçün qeyb aləminə diqqəti azalır. Adətən biz sıxıntıya və çatışmazlığa düşəndə ayılma daha yaxşı əldə olunur. Buna görə də Allah buyurur ki, bu aləmə təyin edilmiş qəti qanunlardan (Quran maarifində: sünnətlərdən) biri imtahandır: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik...” (Bəqərə, 155)

    Bu insanın xoşuna gəlməyən sıxıntıların özü hər kəsə uyğun olur. Tağutların, sərvət əhlinin hamısının özünə uyğun qorxusu, nigarançılıqları var. Amma möminllər bu qorxu halından yaxşı istifadə edirlər.

    Qəflətdən ayılmaq

    Həzrət duanın bu hissəsində mühüm bir şey istəyir: Qəflətdən ayılmaq. Qəflət zamanında məni zikrinlə ayılt.

    Bir ayədə buyurulur ki, paklıq yolunda olanlar bu ayıltmalardan istyifadə edirlər. Bu da bizə yol gösətərir ki, çalışaq, fikri, etiqadi, əxlaqi və əməli baxımdan paklıq yolunda olaq.

    "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.” (Əraf, 201).

    (Orijinaldakı) "Taif” (şeytan tayfasıı) bəzi hədislərə görə şeytanların bir qrupudur ki, insanı qəflətə salır. İnsanı qəflətinin xarici zəminəsi şeytandır. O, insanın batini duyğularından istifadə edib onu qəflət salır. Belə hallarda möminlər özlərinə gəlir, nöqsanlarını görür və qayıdırlar.

    Demək, bir ayılma vasitəsi yarandı, zəfilyimiz başa düşdük. Bu çox gözəl zəminələrdəndir ki, insan bununla mütləq varlıya söykənir. Çünki doğrudan da belədir. Hər bir fəqirliklə varlılıq var və hər zəifliklə qüdrət var. Bizim zəfiliyimiz və fəriqliyimiz Allahın mütləq qüdrəti və varlılığı ilə birgədir.

    Baxırsan insan nə isə elmi bir müzakirə edir, bir yerdə ilişir, elə orada Allahın elminə diqqət etsin, öz aləmindən uzaqlaşsın. Bu özündən ayılmaya (ayılıb, özündən uzaqlaşıb Allaha sığınmaq) zikr deyilir. Allahın qüdrətinə diqqət zikrdir. Kasıb olanda Allahın varlılığına diqqət zikrdir. Zikr Allahın hüzuruna, hazırda var olmasına diqqətdir. Allahın da hüzuru müxtəlifdir, qəflət də müxtəlifdir.

    Həzrət Adəm Cənnətdə olarkən şeytanın vəsvəsələri ona uyğun qəflətlə onu tutdu və o mərtəbəsinə uyğun qəflətə düşdü. Amma tez ayıldı və Allaha pənah apardı(lar).

    Zülmətlərdə səsləndi: Səndən ayrı kimsəm yox...

    "Qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində) səsləndi: Səndən başqa heç bir məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam. Biz duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (Ənbiya, 87-88).

    Bu Allahın vədidir. Hərənin özünə uyğun nicatı var. Biz Allahın mütləq rübubiyyətinə diqqətdən qəflətdə oluruq. Ayılma nəsimi gələn kimi, tez ondan bəhrələnməliyik. Hədisdə buyurulur ki, həyatınızda nəsimlər var. Diqqətli olun ki, ona üz tutasınız.

    Belə nəsimlərdən və fürsətlərdən bəhrələnsək, nəsimlər çoxalır.

    Ayılma neməti: Allahın səninlə işi var!

    Deməli, ayılma neməti Allahın çox böyük nemətlərindəndir. İnsan Allahın nemətlərindən qəflətdə olmaqla əlində olan nemətlərti də əldən verir. Buna görə də möminlər qəflət səbəblərini bilməlidirlər. Hər kəsin də qəflət səbəbləri müxtəlif ola bilər. Şeyx Abbas Qumi Məşhəddə Gövhərşad məscidində imam camaat imiş, amma sonra bu işin başını buraxır. Səbəbini soruşanda deyib ki, bir gün arxamda namaz qılanların səsinin çox uzaqlardan gəldiyini eşitdim. Bir anlıq zehnimə gəldi ki, gör, arxamda nə qədər adam namaz qılır...

    Bu ayılma məsələn Quran oxuyan zaman baş verə bilər. Baxırsan, bir ayə diqqətini çəkir. Tez o halın arxasınca getsin. Çünki mənəvi hallar quş kimidir, tez qaçır. Bu hal gəldikdə məlum olur ki, Allahın bizimlə işi var. Başqa işlər üçün vaxt var, amma belə fürsətlər hər zaman gəlmir. Bu ruhi lətifləşmə, incəlmə çox mühümdür. Belə xüsusi hallar qarşıya çıxanda ixtisas sahiblərinin məsləhəti ilə həmin halları qorumaq lazımdır. Bizim ustadlarımız bu mətləbləri buyurublar ki, insana namazda bir hal gəlirsə, daha düşünməsin ki, bəhsim var, işim var. Çünki dərs, iş hər zaman ola bilər, amma mənəvi hallar hər zaman gəlmir. Bu ayılmalar çox qiyəmətlidir. İndi bunun qədrini bilmiri, başqa vaxt biləcəyik. Onda ki, bizi ayıldacaqlar. Görəcəyik ki, biz onlardan istifadə etməmişik.

    ***

    Belə ayılma yerlərindən biri Əhli-beytə təvəssüldür. Biz bu rabitələri qorumalıyıq, davam etdirməliyik. Həmin bu duanın məzmunu bizə təlimdir ki, onunla ayılaq. Duanın bu hissələrini əzbərləyək, qunutlarda oxuyaq. Bu, böyüklərin tövsiyəsidir. Atamın belə şeyləri çox idi. Allah rəhmət eləsin!

    Allah bizi daim öz zikri ilə bağlı ayılanlardan eləsin. Əhli-beytə diqqət özü zikrdir. Bundan qəflətdə olmayaq. Xalisanə rabitəmiz olmalıdır.

    Atam buyururdu ki, "lümə” dərslərini oxuyanda çətinliyə düşürdük, təvəssül edirdik, həll olurdu. Təvəssül həmişə ağlamaq deyil ha... İnsanın diqqəti yönəlməsi və kiçikliyini göstərməsi təvəssüldür.

    Allah bizi din maarifi ilə ünsiyyətdə olanlardan və onları düzgün dərk edənlərdən, onlara kamil əməl edənlərdən və onları kamil şəkildə çatdıranlardan etsin.

    Məhəmmədbaqir Təhriri

    Tənzim və tərcümə: D. Şahmərdanlı

    Materialdan istifadə zamanı istinad (www.parlayangunesh.az) zəruridir.

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (23.05.2012)
    Просмотров: 554 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -