.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    "Biz müvəqqətiyik, sizi daimilərə tapşırırıq, onlardan yapışın!"
    HaqqYolu - Mətanət Məmmədrzayeva: "Deyirəm bəlkə də belə olmasaydı, bizə daha asan olardı"

    Bugünkü müsahibiz hicab məhbuslarından Firdovsi Məmmədrzayevin həyat yoldaşı Mətanət xanım və bacısı Mehparə Səmədovadır. Xatırladaq ki, layihəmiz son illər ərzində ölkədə həbs olunan siyasi fəalların ailələri ilə görüşdür. Ötən müsahiblərimiz vicdan məhbusları - Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının anası Başxanım Abbasova və müxalif fəal Əhəd Məmmədlinin bibiləri Ruqiyyə və Fəranə Məmmədovalar idi.

    Dosye: Məmmədrzayev Firdovsi Teymur oğlu 1960-cı il dekabrın 3-də Quba şəhərində anadan olub. Quba şəhər 2 saylı orta məktəbi bitirib. Qubanın tanınmış sənətkarlarındandır. Ailəlidir, 3 övladı var. Bacısı Mehparə Səmədova onun ümumiyyətlə məktəbin nümunəvi şagirdlərindən olduğunu deyir: «Riyaziyyat və fizikanı çox sevib, bu fənləri çox gözəl mənimsəyib. Təəssüf ki, ailə şəraitinə görə universiteti boşladı, avtomobil təmirçisi vəzifəsində atamın köməkçisi kimi işləməyə başladı. Lakin fizika və riyaziyyatı bilməyi onu öz sənətini irəlilətməsinə səbəb oldu. Hazırda Qubanın ən adlı-sanlı ustası sayılır. Hamı bunu təsdiq edə bilər».
    O, qardaşının əvvəlcə Gürcüstanda, sonra isə Ermənistanda hərbi xidmətdə olduğunu bildirdi: «Əziz qardaşım piyada hissəsində zirehli maşınların ustası olub. Oradan bir ömürlük yadigar da gətirdi: işdən sonra solyar yağı ilə sildiyindən, əllərində ekzema xəstəliyi yarandı.
    İndi də onun əlində izləri var. Əziz qardaşımın həmişə əlinin içi də, çölü də qabar olub. Vətəninə, elinə-obasına, ailəsinə səmimiyyətlə bağlı insandır. Əxlaqı cəhətdən ata-anaya ehtiram, yoldaşına, ailəsinə bağlığı onun ən bariz xüsusiyyətlərindən biridir. »Mətanət xanım da həyat yoldaşının çox mehriban, qayğıkeş, ailəcanlı, qohumcanlı insan kimi xarakterizə etdi: «Biz 20 ildir ailə qurmuşuq, hələ indiyə kimi bir dəfə də səsini ucaltmayıb. Ailədə o qədər mehriban insane olub ki... Deyirəm bəlkə də belə olmasaydı, bizə daha asan olardı. Nə bilim… İndi bu bir il bizim üçün çox çətin keçib. Məhəmməd Hüseyn atasına çox bağlıdır. Yeməyi də bir yerdə yeyirdilər. Firdovsi işə gedəndə onunla sağollaşmadan evdən çıxmırdı. O, o qədər mehriban atadır ki, geciksə belə, səbirlə uşağın gəlməyini gözləyərdi. Ataları tutulanda, Məhəmməd Əlinin 17 yaşı var idi. Ən çox yük də onun üstünə düşdü. Polislər biz evdə olmayanda gəlmişdilər. Uşaq bunları gördü, biz də yanında yox idik. Ona çətin oldu… Məhəmməd Rza isə əsgərlikdə idi. İndi gəlib, atasının sənətini davam elətdirir. Uşaqlar hər həftənin sonunu atalarının yanına yemək aparmaq üçün gözləyirlər. Bu belə, onlar üçün təsəlli olur. Hərdən məhkəmə olanda Məşədini görürdük.
    İnanırsız, orda olmasına baxmayaraq, yenə bizim qeydimizə qalır, «narahat olmayın, bu, bizim üçün də, sizin üçün, ümumiyyətlə bütün mömin bacı-qardaşlarımız üçün də imtahandır. Allah-təala bizim imtahandan necə çıxacağımızı sınayır», - deyir. Ümumiyyətlə, elə bil ona hər şey əvvəldən əyan idi. Həmişə deyirdi ki, çox özünüzü mənə bağlamayın». Mehparə xanım 4 yaşından atasını itirdiyindən, qardaşına çox bağlı olduğunu dedi: «O, mənə ata əvəzi olub. O biri qardaşlarım universitetdə oxuyurdular, o isə ailənin yükünü öz çiyninə götürdü. Ümumiyyətlə, bizim ailədə 5 övlad olub. Atam 42 yaşında vəfat etdiyindən ailənin dolanışığı onun üzərində idi. Özü bunu qəbul elədi, anamla çiyin-çiyinə bütün ağırlığı paylaşdılar. Bu da onun necə insan olduğunun göstəricisidir. Mən də ona həm böyük qardaş kimi, həm də ata kimi baxmışam. Dərslərimdə kömək edib, mənəvi cəhətdən yardımçım olub, hətta dinə gəlməkdə də böyük rolu olub».
    Mətanət xanım da hicaba həyat yoldaşının sayəsində gəldiyini bildirdi: «Firdovsi ilə bibinəvəsiyik. Bizim toyumuz da 20 il əvvəl olmasına baxmayaraq, dini olub. Namazı o mənə öyrədib, bir yerdə Məşhəd ziyarətində olmuşuq. Özü də çox təvazökar insandır. Dünya malı ilə maraqlanmayıb. Balaca, iki otaqlı evimiz onun üçün hər şey idi».Bu yerdə M.Səmədovanın yadına bir xatirə düşür: «Qardaşım, dediyim kimi məndən 16 yaş böyükdür. O əsgər gedəndə mənim cəmi iki yaşım var idi. Anam deyir ki, qardaşıma çox bağlı olduğuma görə, onun getməyinə ürəyim dözmədi, yemədim, içmədim, xəstəhal qaldım. Atam-anam də mənim bu vəziyyətimdən çox narahat olublar. Düşünüblər ki, yəqin ki, evdən gedən olduğuna görə nisgilliyəm. Bu məqsədlə məni də götürərək, qardaşımın xidmət etdiyi Gürcüstana aparırlar. Həmin vaxt 2 yaşımın olmasına baxmayaraq, qardaşımı necə qucaqladığım hələ indiyə kimi yadımdadır. Anamın dediyinə görə, onu görüb qayıdandan sonra normal həyata qayıtdım. İndi tez-tez bu xatirəni xatırlayıram».
    Mətanət xanım da söhbətə qoşularaq, F.Məmmədrzayevin bacısını ayrı cür istədiyini dedi: «Mehparənin toyu olanda görürdüm ki, xoş bir nisgil yaşayır. Firdovsinin qızı olmadığından ona qızı kimi baxırdı. Toyda da deyirdi ki, elə bil qızımı köçürtdüm. Çox fikir edirdi.» Firdovsi Məmmədrzayevin bacısı qızı Zəhra da dayısını həddən artıq mehriban, qayğıkeş, ünsiyyətcil insan kimi tanıdığını dedi: «Hər nə çətinlik olsa da, onunla müzakirə eləmək bizə rahat idi. Yaşından asılı olmayaraq, hər kəslə uyğunlaşa, dost ola bilir. Özü də vədinə həmişə əməl edər. Əgər söz versə ki, mən bu işi edəcəm, heç nəyə baxmayaraq, vədinə sadiq çıxır. Bizi tez-tez gəzməyə çıxardar, çoxlu lətifələr danışar, güldürərdi...» Mətanət xanım F.Məmmədrzayevin xüsusi günlərdə hamıya hədiyyə aldığını dedi: «Özü də hamıya eyni hədiyyə alırdı. Yəni fərq qoymazdı ki, bu balacadı, ya da böyükdür. Heç vaxt cümə günü işə getməzdi, bizi də götürüb, bir qohumunun evinə ziyarətə gedirdi. İndi övladlarıma da tövsiyə edirəm ki, atalarının yolu ilə getsinlər. Özü üçün proqram tuturdu, uşaqlarının hərəsinə də birini alıb verirdi ki, nəyi edəcəksinizsə, bloknotda qeyd edin.»
    Mehparə xanım qardaşı ilə azadlıqda son görüşlərini heç unutmadığını bildirdi: «Bu hadisələrbaş verəndə, Hacı da (Mövsüm Səmədov - red.) tutulanda, nəyin necə olacağını bilmirdik. Evimizdə axtarış olanda isə, baxmayaraq ki, qardaşımı orda hədələyirdilər, özünü bizə çatdırdı. Ailəsi ilə yanımıza gəldi. Qubadan polislər zəng edəndə ki, evinizdən «arsenal» çıxıb, hər şey hamımıza bəlli oldu, onun da bir bəhanə ilə tutulacağını bildik. Böyük qardaşımın evindən çıxanda, gəlinimiz dedi ki, Məşədi, bizi kimin ümidinə qoyub gedirsən? Qardaşımın böyük gəlinimizə verdiyi cavab mənə çox təsir etdi. Dedi ki, biz müvəqqətiyik, sizi Daimilərə tapşırırıq, onlardan yapışın. Onun necə insan olduğunu bilirdim. Amma yenə də belə bir çətin vəziyyətdə, belə bir söz, bir növ necə dərin bir adam olduğunu bir daha nəzərimə çatdırdı. Mən başa düşmürəm ki, belə bir vicdanlı, qeyrət namus sahibləri, niyə belə problemlərlə qarşılaşmalıdırlar?! Onlar daim cəmiyyətin islah olunmasında, gənclərin mənəvi-əxlaqi yola yön almasında böyük rol oynayıb. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Qohum-qonşularımızda yoldan çıxan, pis təsirə düşən uşaqlarını islah eləmək üçün qardaşımı çağırardılar. Hamı onun necə insan olduğunu bilir. Təəssüf ki, indi qardaşımı başqa adla tanıtmağa çalışırlar. Amma biz onların tanıtmaq istədikləri insanlar deyilik. Biz Əmirəl-möminin, Fatimeyi-Zəhra və Əhli-beytin fədaisiyik. Bizim hər şeyimizlə onlara qurbanıq. Məncə onlar nə etmək istəsələr də, ancaq özlərinə ləkə olaraq qalacaq».
    Mətanət xanım hicab məhbuslarının sözə görə həbs olunduqlarını dilə gətirdi: «Ləkələmək istədilər, böhtan atdılar ki, terrorçudurlar, silah saxlayıblar. Halbuki biz özümüz həmişə terror qarşı olmuşuq».
    Mehparə xanım həyat yoldaşının çıxış etməsinə baxmayaraq, başqa insanları da bu məsələyə qoşmalarından təəssüfləndiyini bildirdi: «Əgər bura demokratik ölkədirsə, hər kəs öz etiqadını açıqca bəyan eləməlidir, burada gərək qorxulu heç nə olmasın. Yaxın qohumlarının tutulmasına səbəb, bizim aramızda ixtilaf yaratmaq səyidir. Hətta onlara təklif olunub ki, Mövsümün üzünə dursanız, sizi buraxarıq. Yəni evimizin içində də bizi düşmən eləmək istədilər. Ancaq bu əks təsir göstərdi, ailələrimiz daha da yaxınlaşdı».
    Mətanət xanım da qohumlarının onlarla daha da mehribanlaşdığını dedi: «Hər kəs məhkəməyə gəlməyə, ya da yemək göndərəndə nəsə yardım etməyə bir savab əməl kimi baxır».Məmmədrzayevin bacısı, «Allah istəsə, düşmən də insan üçün xeyir və mənfəət mənbəyi ola bilər», - dedi: «Bu hadisələrdən sonra ölkəmizdə necə şəxsiyyətlər olduğunu anladıq. Hansı ki, əvvəllər bəlkə də onlara laqeyd yanaşırdıq. Elə şəxsiyyətlər ki, onların hər biri özü-özlüyündə bir dürdür, incidir. Bunların hər biri ilə fəxr olunmalıdır. Misal üçün, Vaqif Abdullayev elə bir şəxsdir ki, xaricdə öz gözəl evini, işini, vəzifəsini qoyaraq gəlib Vətənində gənclərin tərəqqisi, irəlliləyişi ilə maraqlanıb, özünün, ailəsinin rifahını bu yola həsr edib.
    Yaxud Rufulla Axundzadə, çox çılğın, eyni zamanda əqidəli bir insandır. Haqqı, həqiqəti heç nədən çəkinmədən, kim olursa-olsun üzə deyər. Fəramiz Abbasov, gözəl din alimi, böyük bir şəxsiyyət. Onun elə bir çıxışı olmadı ki, mənə təsir etməsin. Tarixi, siyasi, hər bir mətni dəqiq təhlil edə bilir. Onun bu qədər böyük ailəsi var. Bu işə necə dözüm göstərdilər, bunun özü böyük məktəbdir. Dəyanət Səmədovun özünü götürək. Bizim ailəmizi düşmən eləmək istədilər, ancaq bacarmadılar. Hətta Dəyanət öz ailəsini həmişə səbirli olmağa çağırır. Ailəsi də onu bir böyük kimi qəbul edir, onun sözünü dinləyir. Hacı Zülfüqarın elmi, biliyi də ki, öz yerində. Belə şəxsiyyətləri tanımaq mənim üçün böyük şərəfdir. Mən onlar barədə düşünəndə, əhvalım yüksəlir. Fəxr edirəm ki, Vətənimdə belə böyük, uca şəxsiyyətlər var. Onlar həmişə tarixdə qalacaq və fəxr mənbəyi olacaqlar».
    Mehparə xanım son olaraq Azərbaycan xalqına müraciət etmək istədiyini bildirdi: «Bu gün Azərbaycanda çox çətin bir vəziyyət yaranıb. Qədimdən dinimiz İslam olub, xalqımız da müsəlman. Xalqımız həmişə etiqadlı olub, Peyğəmbəri, Əhli-beyti yaxşı tanıyıb, Əmirəlmöminin adının qabağında baş əyib. İndi dindarlar üçün ölkəmizdə çətin bir vəziyyət yaranıb. Bunlardan biri də Avroviziya deyilən bir müsabiqə və onun nəzdində təşkil olunacaq paraddır. Bu sayaq müsabiqələr nəyin göstəricisidir? Özlüyümdə təhlil elədim. Əgər dünya dövlətlərindən biri müsabiqə təşkil edirsə, bu, gərək həmin hökumətin səviyyəsinin göstərici olsun. Elmi, siyasi, ictimai problemlərinin həll olunmasında müsabiqə, yaxud konfrans təşkil edirsə, bu dövlətin öz tərəqqisi ilə maraqlandığı deməkdir. Adıçəkilən tədbirlər içində musiqi yarışması ən son yerlərdən birini tutur. Mənə elə gəlir ki, bu müsabiqə ilə insan heç bir problemini həll edə bilməz. Biz dövləti ailəyə bənzədirik. Əgər bir ailənin namusu tapdanırsa, evi qəsb edilirsə, işğala məruz qalırsa, özünü də döyüb təhqir edirlərsə, ailə başçısı rəqslə, oxuyub-oynamaqla öz problemlərini həll edə bilərmi? Əksinə, o, problemibaşçısı rəqslə, oxuyub-oynamaqla öz problemlərini həll edə bilərmi? Əksinə, o, problemi kökündən həll etməli, özünə qarşı baş verən haqsızlıqları aradan qaldırmalı, elmi səviyyəsini yüksəltməli, hüquqi cəhətdən haqlarını tanımalıdır. Ölkəmiz də belə bir ailəyə bənzəyir ki, onun hər şeyi tapdanıb, o isə yanlış bir yola qurşanıb. Biz nə qədər gözəl oxusaq da, ermənilər Qarabağı qaytarmayacaq. Xalqımız elmi cəhətdən ucaltmalı, şücaət və mərdliyini yüksəltməli və torpaqlarımızı işğaldan qurtarmalıdır. Əgər bunları edə bilsək, sonar şadlanmaq da olar. Hər bir insanın işi onun ağlının göstəricisidir. Elmi, texniki, siyasi cəhətdən inkişaf etmiş ölkə olsaydıq, belə bir müsabiqələr təşkil edərdik, alimlərlə müzakirələr aparardıq. Bu olmadığından, ən primitiv, geridə qalmış müsabiqələrlə özümüzü tanıtmağa çalışırıq. Hər kəsi dostuna görə qiymətləndirirlər. Bizim dövlətimizin dostu dünya dövlətləri içində müsəlmanlara qarşı ən qəddar, qaniçən, uşaq qatili kimi tanınan İsraildirsə, ölkəmizdə mömin qardaşlarımıza qarşı olan fəaliyyətin və xalqımız üçün böyük bir ləkə olan yarışma da anlaşılandır».

    Emilya Tağıyeva
     

     

     

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (22.05.2012)
    Просмотров: 291 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -