.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Tövhidin şirkdən seçilməsi meyarı
    Tövhid və şirk məsələləri ilə əlaqədar bəhslərdə ən mühüm şey onların meyarının təyinidir ki, problem əsaslı şəkildə həll edilsin. Çünki bunlar tam şəkildə çözülməyincə, əsasında qurulan sair fəri (təfərrüati) məsələlər də heç vaxt həll olunmayacaqdır. Buna görə də tovhid və şirki müxtəlif yönlərdən, amma qısa şəkildə araşdırırıq:
    1. Zatda tovhid. Zatda tovhid iki cür bəyan edilir:
    a) Allah (kəlam elminin təbirincə, Vacibulvücud) birdir və Onun oxşarı yoxdur. Bu da məhz Quranda müxtəlif ifadələrlə yad edilən tovhiddir: "Heç kəs Onun oxşarı və misli deyildir.” ("Rəd” 6, "Miləl və Nihəl”(Şəhristani) c.1)
    Başqa ayədə buyurulur: "Heç bir şey Ona bərabər ola bilməz.” ("Ənam” 164)
    Əlbəttə, tovhidin bu növü bəzən avam camaat arasında başqa cür təfsir edilir ki, özünə ədəd baxımından bir məna alır, yəni "Allah birdir, iki deyildir”. Bu qəbildən olan tovhid Allahın ilahiyyət məqamına layiq deyildir.
    b) Allahın zatı mürəkkəb deyil, çünki bir varlığın hər hansı zehni və ya xarici hissələrdən təşkili onun hissələrinə olan ehtiyacı sayılır və ehtiyac da imkanın (mümkünül-vücudluğun) nişanəsidir. İmkan daim illətə (səbəbə) olan ehtiyacla yanaşıdır, halbuki, bunların heç biri Vacibul-vücud məqamı ilə uyğun gəlmir.
    2. Xəlq etməkdə (xaliqiyyətdə) tovhid. Xaliqiyyətdə tovhid həm əql, həm də nəql tərəfindən qəbul olunan tovhid mərhələlərindən biridir. Əql nəzərindən Allahdan başqa mövcud olan hər bir şey bütün kamal və camaldan məhrumdur, onların malik oduqları hər bir şeyi Allahın zatən qəni olan feyzindən qaynaqlanır. Dünyada kamal və camal cilvələrinin hamısı Allah tərəfindəndir.
    Quran ayələrində də xaliqiyyətə dair çoxlu nümunələr vardır ki, birini qeyd edirik: "De: Allah hər bir şeyin xaliqidir və O, yeganə və qalibdir” ("Naziat” 5).
    Deməli, xaliqiyyətdə tovhid məsələsi ilahiyyatçılar arasında ümumiyyətlə ixtilafa səbəb ola bilməz. Əsas məsələ yaradılışdakı tovhiddir ki, bu barədə iki növ təfsir qeyd olunur:
    a) Dünya varlıqları arasında mövcud hər növ səbəb-nəticə qanunu bütünlüklə səbəblərin yaradanı və illətlərin əsası olan Allaha qayıdır və həqiqətdə müstəqil və əsil xaliq Allahdır, Ondan başqasının öz məlulunda təsiri də mütləq Onun icazəsi və izni ilə baş verir. Bu nəzəriyyədə dünyadakı səbəb-nəticə qanunu (bəşər elmi də onu kəşf etmişdir) etiraf olunur. Lakin eyni halda bu sistemlərin məcmusu hər hansı bir növdə Allahdan asılıdır və nizamları yaradan, onlara səbəbkarlıq xasiyyəti verən, hər şeyə təsir bağışlayan yalnız Odur.
    b) Dünyada yalnız bir xaliq vardır, o da Allahdır. Varlıq aləmində heç bir növ təsir qoyma və təsirlənmə müstəqil şəkildə mövcud deyildir: Allah bütün təbii varlıqların bilavasitə xaliqidir, hətta bəşər qüdrəti də Onun felində təsir qoya bilmir. Deməli, varlıq aləmində birdən artıq səbəb yoxdur və o da elmdə "təbii səbəblər” adı ilə tanınan hər bir şeyin yerindədir.
    Əlbəttə, xaliqiyyətdə tovhid üçün belə təfsiri bəzi əşairə alimləri irəli sürür, lakin onların məşhur şəxsiyyətlərindən bəziləri, o cümlədən İmamul-Hərəmeyn ("Yusuf” 40) və son zamanlar Şeyx Məhəmməd Əbdüh özünün "Tovhid” risaləsində bunu inkar edərək birinci nəzəriyyəni seçmişdir.
    3. Tədbirdə (idarəçilikdə) tovhid. Yaratmaq Allaha məxsus olduğu kimi, varlıq aləminin idarəsi də Onun öhdəsindədir və varlıq aləmində yalnız bir tədbirçi vardır. Xaliqiyyətdə tovhidi isbatlayan dəlillər elə tədbirdəki tovhidi də sübut edir. Quranın çoxlu ayələrində Allah dünyanın yeganə idarəedicisi kimi təqdim edilir və buyurulur: "De: Yoxsa Allahdan başqa məbudlar, rəblər axtaraq, halbuki O, hər bir şeyin tədbirçisidir.” ("Sad” 26)
    Əlbəttə, xaliqiyyətdəki tovhid barəsində qeyd olunan iki təfsir tədbirdə də irəli çəkilir və bizim nəzərimizdə tədbirdə tovhid dedikdə məqsəd müstəqil tədbirin yalnız Allaha aid olunmasıdır. Deməli, bütün aləm varlıqları arasındakı müəyyən təbii tədbirlərin hamısı Allahın iradə və istəyindən qaynaqlanır. Qurani-Kərim haqqa bağlı olan bu cür tədbirçilərə işarə edərək buyurur: "And olsun o kəslərə ki, varlıq aləmini idarə edirlər” ("Maidə” 44).
    4. Hakimiyyətdə tovhid. Hakimiyyətdə tovhid dedikdə bu nəzərdə tutulur ki, hökumət sabit bir haqq kimi Allaha məxsusdur, cəmiyyətin ayrı-ayrı fərdlərinə hakim yalnız Odur. Quranda belə buyurulur: "İnil-hukmu illa lillah – hakimiyyət (haqqı) yalnız Allaha məxsusdur” ("Maidə” 40).
    Deməli, başqalarının da hökuməti Onun icazəsi və istəyi ilə olmalıdır ki, layiqli insanlar cəmiyyətin idarə işini öhdələrinə alsınlar və camaatı əbədi səadətə və kamala doğru hidayət etsinlər. Quran bu barədə buyurur: "Ey Davud, Biz səni yer üzündə Öz nümayəndəmiz qərar verdik, belə isə camaat arasında haqq əsasında hökm (hökmranlıq) et” ("Maidə” 45).
    5. İtaətdə tovhid. Mənası budur ki, zatən itaət olunmalı, eləcə də əsalətən itaət olunması lazım olan şəxs yalnız Allahdır. Buna əsasən başqalarına, o cümlədən Peyğəmbərə, imama, fəqihə, ata-anaya və s.-yə itaət etməyin zərurəti Allahın iradəsi və əmriylədir.
    6. Şəriət və qanunda tovhid. Qanunçuluqda tovhidin mənası budur ki, qanun qoymaq haqqı yalnız Allaha məxsusdur. Buna əsasən Quran ilahi qanunlar çərçivəsindən xaric olan hər növ hökmü küfr, fisq və zülm kimi qiymətləndirərək buyurur: "Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməzsə kafirdir” ("Həmd” 4). "Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməsə, fasiqdir” ("Nəhl” 36). "Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməsə zalımdır” ("Bəqərə” 34).
    7. İbadətdə tovhid. Bununla əlaqədar ən mühüm bəhs ibadətin mənasının ayırd edilməsidir. Çünki bütün müsəlmanlar bu məsələdə yekdil nəzərə malikdirlər ki, ibadət yalnız Allaha məxsusdur və Ondan başqasına pərəstiş etmək olmaz. Quran bu barədə buyurur: "Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik” ("Yusif” 100).
    Quran ayələrindən məlum olur ki, bu, bütün ilahi peyğəmbərlərin dəvətində müştərək prinsip olmuş və onların hamısı həmin məsələni təbliğ etmək üçün göndərilmişlər. Qurani-Kərimdə buyurulur: "Hər bir ümmətin arasından bir peyğəmbər göndərdik ki, Allaha pərəstiş edin, tağutlardan (tüğyançılardan) uzaq olun” ("Yusif” 4).
    Deməli, pərəstişin yalnız Allaha məxsus olması, Ondan başqa heç bir şeyə ibadət edilməməsi kimi danılmaz prinsip barəsində heç bir münaqişə yoxdur və hər kəs yalnız bu prinsipi qəbul etdikdən sonra müvəhhid (tovhidçi) adlana bilər. Əsas məsələ ibadətin qeyri-ibadətdən ayırd edilməsi meyarındadır. Məsələn, müəllimin, ata-ananın, alimlərin əlini öpmək, haqq sahibləri qarşısında hər hansı növ təzim etmək onlara ibadət etmək sayılırmı, yoxsa ibadət mütləq şəkildə olan xüzu mənasına deyildir. Əksinə onda müəyyən şərtlər də vardır ki, həyata keçməyincə heç bir xüzu, hətta səcdə həddində olsa belə, özünə ibadət yönü almır.
    İndi bu kimi təvazökarlıq və təzimlərin ibadət olub-olmamasını araşdırmalıyıq və bu, çox mühüm məsələdir.İBADƏT BARƏSİNDƏ YANLIŞ ÇIXARIŞLARBəzi yazıçılar ibadəti "xüzu” və ya "son dərəcə xüzu” kimi təfsir etmiş, lakin bəzi Quran ayələrini izah etmək istədikdə çıxılmaz vəziyyətdə qalmışlar. Quran aşkar şəkildə buyurur ki, Adəmə səcdə etmək mələklərə əmr olundu: "Mələklərə dedik: Adəmə səcdə edin” ("Əraf” 28).
    Adəmə edilən səcdə eynilə Allah qarşısında edilən səcdə kimi idi, halbuki birincisi təvazökarlıq izhar etmək, ikincisi isə ibadət və pərəstiş məqsədiylədir. İndi eyni vəziyyətdə edilən bu iki səcdənin nə üçün müxtəlif mahiyyətə malik olduğunu araşdıraq. Quran bir yerdə Yəqub peyğəmbərin öz övladları ilə Həzrət Yusifə səcdə etdiyindən xəbər verərək buyurur: "Yusüf atasını və anasını taxtda oturtdu, onların hamısı onun üçün səcdəyə düşdülər və Yusüf dedi: Ey ata, bundan qabaq gördüyüm yuxunun təvili (yozumu) bu idi və Allah onun haqq olmasını isbat etdi” ("Ali-İmran” 51).
    Qeyd olunmalıdır ki, Həzrət Yusifin "bundan qabaq gördüyüm yuxu” deməkdə məqsədi on bir ulduzun günəş və ayla birlikdə ona səcdə etməsidir. Belə ki, buyurulur: "Mən yuxuda on bir ulduzun günəş və ayla birlikdə mənə səcdə etdiyini gördüm” ("Ənam” 102).
    Həzrət Yusif öz yaxın adamlarının səcdə etməsini əvvəllər gördüyü yuxunun yozumu hesab etdiyindən aydın olur ki, on bir ulduz dedikdə məqsəd on bir qardaşı, günəş və ay dedikdə isə ata və anası imiş. Deməli, təkcə qardaşları deyil, İlahi peyğəmbər olan atası da ona səcdə etmişdir. İndi belə bir sual yaranır: nə üçün onların son dərəcə bəndəçilik, xüzu sayılan səcdəsi ibadət hesab olunmur?GÜNAHDAN DA PİS OLAN BƏHANƏ!

    Yuxarıda işarə olunan bəzi yazıçılar bu sualın cavabında çıxılmaz vəziyyətdə qalarkən belə demişlər: bu səcdə və xüzular Allahın fərmanı ilə olduğundan şirk deyildir. Lakin cavabın naşılığı aydındır. Çünki əgər bir əməlin mahiyyəti şirk olsa, heç vaxt Allah ona əmr etməz, çünki buyurur: "De: Allah (heç kimi) pis işlərə əmr etməz. Yoxsa bilmədiyiniz şeyi Allaha aid edirsiniz?!” ("Duxan” 8).
    Ümumiyyətlə, Allahın fərmanları mahiyyəti dəyişmir. Əgər bir insanın qarşısında xüzu etməyin həqiqəti ona pərəstişdirsə və Allah da ona əmr versə, nəticəsi özünə pərəstiş etməyə dair fərman olacaqdır.

    İRADIN CAVABI VƏ İBADƏTİN HƏQİQİ MƏNASI

    Məlum oldu ki, Allahdan başqasına pərəstiş etməyin qadağası (haram) bütün dünya tovhidçiləri tərəfindən qəbuldur. Digər tərəfdən, mələklərin Adəmə, eləcə də Həzrət Yəqubun və övladlarının Yusifə səcdəsi pərəstiş hesab olunmur. İndi görək hansı səbəbə görə bir əməl bir dəfə ibadət adlanır, digərində həmin xüsusiyyətlə ibadətdən xaricdir.
    Quran ayələrinə müraciət etməklə aydınlaşır ki, ibadət – bir varlıq qarşısında elə xüzu etməkdir ki, onu Allah saymaq və Allahın işlərini ona aid etməklə yanaşı olsun. Bu bəyanla, Allaha və ya Onun ilahi işləri yerinə yetirməyə qüdrətli olmasına etiqad məhz həmin məsələdir ki, hərgah xüzu ilə yanaşı olsa bu əmələ ibadət mahiyyəti verir.
    Dünya müşrikləri – istər Ərəbistan yarımadasında yaşayanlar, istərsə də sairləri – Allahın məxluqu hesab etdikləri bəzi varlıqların qarşısında xüzu və xüşu edir, lakin eyni zamanda inanırdılar ki, Allahın işlərindən bir qismi (ən aşağı səviyyəli günahları bağışlamaq haqqı və şəfaət məqamına malik olmaq) onlara həvalə edilmişdir. Babil müşriklərindən bir qrupu səma cisimlərinə pərəstiş edirdilər, amma onları özlərinin xaliqi və yaradanı deyil, rəbbi (tərbiyə edəni), həmçinin dünyanı və insanı idarə edən varlıqlar sayırdılar. Həzrət İbrahimin (ə) onlarla apardığı mübahisələr həmin etiqad əsasında baş vermişdi. Çünki Babil müşrikləri heç vaxt günəşi, ayı və ulduzları "Yaradan” hesab etmir, əksinə bunları qüdrətli məxluqlar sayır və deyirdilər ki, dünya işlərinin idarə olunması onlara həvalə edilmişdir. İbrahimin (ə) Babil müşrikləri ilə apardığı mübahisəni bəyanlayan ayələr də məhz "rəbb” kəlməsi üzərində təkid edir ("Ənam”, ayə 76-77). Və rəbb kəlməsi də ixtiyarında olan şeyin tədbirçisi və sahibi mənasındadır. Ərəblər ev sahibinə "rəbbul-beyt”, əkin sahəsinin sahibinə "rəbbuz-ziyə deyirlər, çünki evin və əkin sahəsinin idarə olunması onun sahibinin öhdəsinə qoyulur.
    Qurani-Məcid Allahı varlıq aləminin yeganə tədbirçisi, pərvəriş verəni kimi təqdim edərək müşriklərlə mübarizəyə qalxır və onları yeganə Allaha pərəstişə dəvət edərək buyurur: "Böyük Allah mənim rəbbim və sizin rəbbinizdir, belə isə Ona pərəstiş edin, budur düzgün yol” ("Maidə” 70).
    Başqa bir ayədə buyurulur: "O Allah sizin rəbbinizdir, Ondan başqa heç bir məbud yoxdur, hər bir şeyin yaradanıdır, elə isə Ona pərəstiş edin” ("Maidə” 6).
    "Duxan” surəsində: "Yeganə olan Pərvərdigardan başqa heç bir məbud yoxdur, həyat verir, öldürür, həm sizin, həm də ata-babalarınızın pərvərdigarı, onların işini tədbir edəndir.”
    Quranda İsanın (ə) dilincə buyurulur: "Həzrəti İsa dedi: Ey Bəni-İsrail, həm mənim, həm də sizin rəbbiniz olan Allaha pərəstiş edin!”
    Qeyd olunanlardan aydınlaşır ki, qarşı tərəfin rəbb və məbudluğuna etiqaddan uzaq, ilahi işlər ona nisbət verilməyən xüzu, hərçənd son həddə olsa belə, ibadət sayıla bilməz. Deməli, övladın ata-ana, ümmətin Peyğəmbər (s) qarşısında xüzu etməsi heç vaxt onlara ibadət hesab olunmur. Beləliklə, aşağıdakı məsələlərdən çoxu: ilahi övliyaların əsərlərinə təbərrük etmək, onların qəbirlərinin zərihlərini və qapı-divarlarını öpmək, Allah dərgahında əziz və hörmətli şəxsiyyətlərə təvəssül etmək, layiqli bəndələrini çağırmaq, onların doğum və vəfat günlərini qeyd etmək və sair kimi işlər agah olmayan bəzi şəxslərin nəzərində Allahdan başqasına pərəstiş və şirk hesab olunmasına baxmayaraq, Allahdan qeyrisinə ibadət hüdudlarından tamamilə xaricdir.

    Seyid Rza Hüseyninəsəb/islaminsesi

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (01.06.2012)
    Просмотров: 254 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -