.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    “Üzərimizə düşən əsas vəzifə şəhid Mübarizin yolunu getməkdir”
    haberMüsahibimiz "Parlayan Günəş" nəşriyyatının əməkdaşı Rəşad bəydir.

    İlk sualım çalışdığınız "Parlayan Günəş"lə bağlı olacaq. İşə necə başladınız iş fəaliyyətiniz necə olub? İşçilərin təhsil səviyyəsi, dini-dünyəvi görüşləri necə idi?

    Biz işə kiçik kitablar nəşr etməklə başladıq. Sonralar çalışdıq ki, daha çox müasir Azərbaycan gəncini maraqlandıran mövzulara toxunaq. Əsasən ailə, övlad tərbiyəsi və s. kimi mövzularda kitablar işlədik. Hazırda tərcüməsi yeni bitmiş övlad tərbiyəsi ilə bağlı bir kitabımız da elə həmin istiqamətdə plana daxil edilib. Düşünürdük ki, bu kitab bütün anaların sevincinə səbəb olacaq. Bu kitab müsəlman psixoloq-həkim tərəfindən qələmə alınmışdır. Yeri gəlmişkən onu da qeyd edim ki, "Parlayan Günəş” nəşriyyatını heç də tam mənada dini nəşriyyat deyil. Çünki ötən nəşrlər sırasında "Necə uğur qazanmalı?” adlı kitabımız da var. Bu kitab təqribən Deyl Karneginin üslubunda yazılmış bir kitabdır. Həmçinin, "Gənclərin cinsi problemləri” kitabını götürək. Bu kitab da tam mənada dini kitab deyil. Bundan əlavə, gələcək nəşrlərimiz sırasında sırf milli tərbiyə əzmində yazılmış kitablara yer veriləcək. Erməni əsirliyindən qayıtmış həmyerlilərimizin etiraflarının toplusu olan bir kitabımız olacaq. Bu kitab da dediyim mövzuda olan kitablar sırasında daxildir. Qeyd edim ki, həmin kitab hərbçi jurnalistimiz tərəfindən yazılıb. Kitabın nəşri üçün o şəxsin özü ilə əlaqə saxlayıb ondan razılıq almağı düşünürdük. Buna görə həmin kitabın nəşri bir qədər gecikib. Eləcə də psixoloji və elmi baxımdan bir araşdırma olan "Qadın və kişi münasibətləri” kitabı yenicə çapa hazırlanmışdı. Yəqin ki, bu ay ərzində o kitab işıq üzü görəcəkdi. Lakin qeyd etdiyim kimi, biz bacardığımız qədər ehtiyac duyulan mövzular üzərində işləməyi düşündüyümüz üçün dini kitablar sahəsindəki müəyyən boşluqları nəzərə alaraq bu sahədə dəyərli elmli kitablar tərcümə edib oxucuların ixtiyarına verdik. Dini kitablarda əsasən, dinlə elmin vəhdətinə və xurafi mövzulardan uzaq olmağa çalışırdıq. İstər dini, istərsə də qeyri-dini sahədə işlədiyimiz bütün kitablarda Azərbaycanımıza yad olan fikirlərin olmamasına çalışmışıq. İşlərimizdə əsasən iki iş daim diqqətimizdə olub. Birinci, ölkəmizdə dinin dövlətdən ayrı olmasını nəzərə alaraq kitablarımızda siyasi fikirlərin yer almamasına çalışmışıq. İkincisi, bu gün İslam dünyasının aktual problemi olan məzhəb ayrı-seçkiliyinə səbəb olacaq hər bir fikrin kitablarımızda olmamasına böyük diqqət göstərmişik.
    Təhsilə gəlincə deyə bilərəm ki, "Parlayan Günəş” nəşriyyatında işləyən bütün əməkdaşlar ali təhsillidir. Mənim ixtisasım şərq ölkələri üzrə regionşünaslıqdır. Hazırda ərəb ölkələrindən birində ərəb dili üzrə magistr təhsili almağa hazırlaşıram.

    Hamımızın fəxri Milli Qəhrəman Mübariz İbrahimovla eyni zamanda hərbi xidmətdə olmusunuz. Xatirələrdən bizə danışa bilərsiniz?

    Düzünü deyim ki, bu haqda danışmağa utanıram. Əsgərlikdən yeni dönəndə Mübarizin tanınmasına çox çalışırdım. Hələ ilk günlərdə Mübariz İbrahimovla bağlı xəbərlər o qədər də geniş yayılmamışdı. Sonralar yerli mətbuatda Mübariz İbrahimovla bağlı xəbərlər geniş yer aldı. Bu məni sevindirdi. Elə Mübarizin şəhid olduğu həmin ildə bəzi dini ziyarətgahların ziyarəti ilə bağlı İran İslam Respublikasına səfər etmişdim. Orada "Parlayan Günəş” nəşriyyatının təşkilatçılığı ilə azərbaycanlı tələbələrlə birlikdə Mübarizin anım mərasimini keçirdik. Dünyanın 70-ə yaxın ölkəsindən olan tələbələrin təhsil aldığı "Əl-Mustafa” Beynəlxalq Universitetinin xarici tələbələrinin maraqla şəhidimiz barədə nələrsə öyrənmək istəmələri məni daha da sevindirdi. Şəhidimizlə bağlı bir-iki nüansa toxunacağam. Mən Mübarizi Borsunluda xidmətə getdiyi ilk günlərdən tanımışdım. Ondan neçə illik xidmət edəcəyini soruşanda mənə "Ömrümüzün sonuna kimi buradayıq” cavabını vermişdi. Həmin gün ömrünün sonuna bir neçə ay qaldığını heç kim bilmirdi. Bu hadisədən sonra mənə məlum oldu ki, o nəyi nəzərdə tuturmuş. Mən və digər əsgərlərdə Mübarizlə bağlı bizi düşündürən əsas cəhət onun prinsipiallığı və dönməzliyi idi. O, bir gün də olsun öz proqramını pozmurdu. Namaz vaxtı namazını qılır, idman vaxtı idmanını edir və günün müəyyən vaxtında mütaliə edir, daha çox isə sükuta dalaraq düşünürdü. Mənim bu mövzuda çox danışmaq istəməməyimin bir səbəbi də odur ki, ölkədə bu mövzuda danışacaq və kifayət qədər məndən daha geniş təbliğat apara biləcək qadınlar var. Biz kişilərin üzərinə düşən əsas vəzifə isə, Mübarizin getdiyi yolu getməkdir.

    "Parlayan Günəş" nəşriyyat evinin kollektivi fəaliyyətlərini qanun çərçivəsində apardığı halda sizcə əməkdaşların saxlanılması nə ilə əlaqədardır? Bəzi maraqlı qüvvələr insanların maariflənməsini istəmir, yoxsa...

    Bizim nəşrlərimizin hamısı qanun çərçivəsində olsa da, müəyyən problemlərə görə, lisenziyasız işləməyimiz və bu səbəbdən də vergidən yayınmağımızı qanunsuz hesab etmək olar. Lakin bizi düşündürən budur ki, əgər hüquqi baxımdan bu işə Vergilər Nazirliyi müdaxilə etməli idisə, polis əməkdaşlarının ofisə gəlməsi və 3 əməkdaşımızı həbs etməsi hansı səbəblə əlaqəli ola bilər?! Bundan əlavə, nəşriyyatın ofisi Nizami rayonu ərazisində yerləşir. Ofisin yaxınlığında bir neçə gün öncə MTN anti-terror əməliyyatı keçirib, bir neçə nəfər həbs olunub. Əməkdaşların həbsi ordakı əməliyyatla bağlı da ola bilər. Belə ki, nəşriyyat əməkdaşlarının dindar olması polisin şübhəsinə səbəb ola bilər. Lakin bildiyiniz kimi, "Parlayan Günəş” şiə inanclı nəşriyyatdır. Onların saxlanılan qruplaşmalarla hər hansı əlaqəsinin olması mümkün deyil. Bu səbəbdən həbslərin başqa səbəbinin olması ehtimalı yaranır. Bəlkə də ölkəmizdə köhnə ruhlu şəxslər hələ də qalmaqdadır ki, din və dini ədəbiyyatla mübarizəni özlərinin əsas vəzifəsi bilirlər. Hər halda ümid edirik ki, barəmizdə ədalətli hökm çıxarılar. Onu da qeyd edim ki, işlərimizin düzgün qurulmasına görə bu günə kimi dövlət tərəfindən heç bir təzyiqə məruz qalmamışıq.

    Tərcümə etdiyiniz kitablar arasında sırf vətənpərvərliklə bağlı kitablar varmı?

    Vətənpərvərliklə bağlı yuxarıda qeyd etdiyim kitabı nəşr etməyi nəzərdə tuturduq. Təəssüflər olsun ki, vətənpərvərliklə bağlı kitabların ümumi sayı ölkə üzrə azlıq təşkil edir. Biz özümüz bu sahədə yazılan kitabların axtarışında olmuşuq. Yuxarıda sözügedən kitabdan əlavə, nəşriyyatın direktoru Dilman Şahmərdanlı Milli Qəhrəman Mübariz İbrahimovla bağlı "Ata, mənimlə fəxr et” kitabını hazırlayır. Bu kitabda müəllifin bir neçə il ərzində Mübariz İbrahimovla bağlı yazdığı məqalələri toplanacaq.

    Qeyd edim ki, İİR-də Seyid Mübarizlə bağlı təşkil olunan mərasimdən sonra qərara aldıq ki, Mübarizin vəsiyyətini məşhur dünya dillərinə (Ərəb, İngilis, Alman, İtalyan, Rus, Türk, Fars və s.) dillərə tərcümə edək. Bu işin öhdəsindən, şükür bacarıqla gələ bildik. Biz bu dəyərli işi "Parlayan Günəş”in fəxri bilirik. Bildiyimiz qədər, dünyanın heç bir ölkəsinin şəhidinin vəsiyyəti başqa dillərə tərcümə olunmayıb. Həmin tərcüməni "Parlayan Günəş”-in rəsmi saytında da yerləşdirmişik. Həmçinin, bir il əvvəl 30 min tirajla Mübariz İbrahimovun təqvimini çap edib ümumi camaata hədiyyə etmişik. Təqvimin bir hissəsi isə xaricdə yaşayan azərbaycanlılara göndərilib. Bütün bunları bizim vətənpərvərliyin təbliği istiqamətində atdığımız addımlardan hesablamaq olar.
    Bu sahədə yazılan kitabların sayının və oxucusunun azlığına baxmayaraq biz "Parlayan Günəş” olaraq dindar kəsimin arasında bu günə qədər qazandığımız nüfuz sayəsində vətənpərvərlik mövzusu ilə bağlı kitabları nəşr etmək və oxucularımızın ixtiyarına vermək əzmindəyik.

    Hal hazırda təhsilinizlə bağlı xarici ölkədə yaşayırsınız. Bu ölkədə Azərbaycan necə tanınır?

    Hazırda dilçilik təhsilimi artırmaq üçün İordaniyadayam. Bu ölkədə Azərbaycan kifayət qədər müsbət tanınır. Bunu son dövrlərdə iki dövlət arasındakı diplomatik əlaqələrin gücləndirilməsi ilə də əlaqələndirmək olar.

    Ötən il Bakıda Mədəniyyət və Turizm nazirliyinin təşkilatçı dəstəyi ilə təşkil olunmuş II Beynəlxalq kitab sərgisində iştirak etmisiniz. "Parlayan Günəş"in kitabları sərgi iştirakçıları tərəfindən necə qarşılanırdı?

    Bu sərgi həm yerli nəşriyyatlar üçün, həm də Azərbaycan oxucusu üçün sevindirici hal oldu. Biz bu sərgi əsasında təcrübələrimizi daha da artırmağa nail olduq. Oxucularla bir başa münasibətdə olmaq, onların fikirlərini öyrənmək işin keyfiyyətini daha da artırır. Elə bayaq qeyd etdiyim övlad tərbiyəsi ilə bağlı kitabı bu sərgidən sonra tərcümə etmək qərarına gəldik. Çünki gənc ailələri, xüsusən də, anaları daha çox maraqlandıran mövzu bu sahə ilə bağlıdır.

    Müsahibəyə görə çox sağ olun. Ümidvarıq sizin kimi vətənpərvər gənclərin fəaliyyətinə vətənimizdə hər cür şərait yaradılar.

    Buna mən də ümidvaram. Təşəkkür edirəm.
    islamazeri.az
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (06.06.2012)
    Просмотров: 409 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -