.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    HACI ŞAHİN
       ƏZADARLIĞIN HİKMƏTİ
     
    Şəhidlik şəhid üçün uğur və müvəffəqiyyətdirsə, şəhidin yaşadığı cəmiyyət üçün faciə və bədbəxtlikdir. Artıq Məhərrəm ayı daxil olub. Bu ayda müsəlmanlar Kərbəla hadisələrinin ildönümünü qeyd edir, əzadarlıq keçirirlər. Son zamanlar məhz əzadarlıq cəmiyyətimizdə bir çox mübahisələrin əsas obyektinə çevirilib. Bu baxımdan İmam Hüseynə (ə) əzadarlığın hikməti barədə söz açmaq istərdik. Kərbəla vaqiəsi ilə bağlı bir çox toxunulmamış məsələlər var və onların dərindən öyrənilməsinə həm Azərbaycan, həm ümumilikdə bütün müsəlman cəmiyyətinin ehtiyacı var. Ölkəmizdə İmam Hüseynə (ə) əzadarlığın mahiyyəti barədə geniş müzakirələrin vüsət tapması fonunda biz də məhz məslə ilə bağlı dinimizin mövqeyini açıqlamağa çalışacağıq. Şübhəsiz, İmam Hüseynin (ə) qiyamı bir inqilabdır və bu hadisə ictimai əhəmiyyətə malikdir. Adətən bir sıra mütəfəkkirlər bu hadisənin məhz ictimai tərəfinin araşdırılmasına xüsusi önəm verirlər. Bunun əksi olaraq bir çox vaizlər Kərbəla hadisəsinin mənəvi tərəflərini qabartmağa çalışırlar. Bir tərəfdən sadə insanlar üçün Kərbəla hadisəsinin ictimai cəhəti barədə mülahizələr darıxdırıcı gəlir. İmam Hüseynin (ə) əzadarlığı keçirildiyi məscidlər hansısa elmi müəssisələr deyil ki, orada məsələnin sırf ictimai-siyasi yönü geniş kütləyə aşılansın. Digər cəhətdən də bu böyük hadisənin ictimai mahiyyətini də azaltmaq olmaz. İnsan da daim cəmiyyətdən təcrid olub fərdi ibadətlə məşğul ola bilməz. Ona görə bu iki aspekt uzlaşdırılmalı, ictimai məsələlər barədə bəhslər fərdlərin mənəvi islahına xidmət etməlidir. Bəs buna necə nail olmaq olar? Kərbəla hadisələrinə bir qədər fərqli prizmadan baxsaq məsələyə aydınlıq gətirmək olar. Bəzi insanlar üçün İmam Hüseynin (ə) faciəsi, ictimai baxımdan bütün əzəmətinə rəğmən, sırf fərdi, şəxsi faciəsinə çevirilib. Bu isə öz növbəsində insanın öz imamı ilə mənəvi rabitəsinə, bağlılığına səbəb olur. İmam Hüseynin (ə) matəminə qərq olmuş şəxs əza məclisinə tarix dərsi almağa gəlmir, öz dərdini və qəmini ifadə etmək üçün gəlir. Əza saxlayan şəxs İmam Hüseynin (ə) vaxtı ilə Kərbəlada yaratdığı abu-havaya daxil olur, bu isə ictimai bir hadisənin həm əqli həm hissi qavranması ilə nəticələnir. İmam Hüseyni (ə) və Kərbəla hadisəsinin qəhrəmanlarını özlərinə doğma və əziz bilən insanlar onların şəhid olduğu günlərdə yas tutarlar, çünki insan ancaq çox istədiyi və qəlbən bağlandığı şəxsə səmimi göz yaşı axıda bilər. Hansısa bir insanın şəhid olması tarixçilər üçün tədqiqat obyektidirsə, həmin şəhidlərin yaxınları üçün bu bir qəmdir. İmam Hüseynə (ə) əzadarlıq da elə bu baxımdan önəmlidir ki, inqilabi bir hadisə bütün ictimai əhəmiyyətini saxlayaraq müsəlmanların qəlbinə, ruhuna yol tapır. Kərbəla şəhidlərinin 14 əsr öncə etdikləri qiyam həm cəmiyyətin, həm fərdlərin mənəvi inqilabına yönəlmişdi deyə, bu hadisə öz təravətini itirmir. İnsan öz yaxınlarını itirərkən çəkdiyi qəm müəyyən zamandan sonra unudulur, Kərbəla şəhidləri üçün axıdılan göz yaşları isə ildən-ilə çoxalır. Məhərrəm əzadarlığı inasnları şəxsi dərdlərini unudub, üzlərini görmədikləri belə şəhidlərin faciəsinə qəmlənməyə vadar edir. Başqasının dərdini çəkmək özlüyündə ictimai cəhətdən mühüm və geniş ürək, böyük mənəviyyat tələb edən bir haldır. Quran Həzrət Peyğəmbərə (s) xitab edir: "Məgər biz sənin qəlbini genişləndirmədikmi?” Peyğəmbərimiz (s) onun ümmətindən olan şəxslərə əzab veriləcəyi barədə ayə nazil olduqdan sonra üç gün evini tərk etməyib ağlayırdı. Bir ümmətin dərdini çəkmək necə də böyük və təmiz ürək tələb edir! İmam Hüseynə (ə) əzanın saxlanılması da buna bənzədilə bilər. Onda sual yaranır ki, məgər biz o qədər kamil insan olmuşuq ki, qəlbimizə İmam Hüseynin (ə) dərdini sala bilmişik? Məsələ bizimmənəvi kamilliyimizdə deyil, Kərbəla hadisəsinin əzəmətindədir. İmam Hüseynin (ə) Kərbəlada canlandırdığı səhnə o qədər böyük mənəvi təsirə malikdir ki, bütün insanların qəlbinə yol tapır, insanların mənəviyyatını islah edir. Bu sözlər əzadarlıqla bağlı bəzi ifrat fikirlərə dəstək üçün söylənilməyib. Bəziləri Məhərrəm ayında bağışlanacaqlarını əsas tutaraq il boyu istədiklərini edir, günahlarına bununla bəraət qazandırırlar. İmam Hüseyn (ə) bizim günahlarımızı yumaq üçün şəhid olmayıb, bizi islah etmək üçün canından keçib. Əzadarlıqda tökülən yaş damcısı daxili inqilaba doğru atılmış ilk addımdır. Hər ilin əvvəlində Məhərrəm ayında İmam Hüseynin (ə) yad olunması, ona təziyənin saxlanılması bütün il boyu insanın daxili Yezidi ilə mübarizəsinə bir stimuldur. Allah insanlara o qədər məhəbbət göstərir ki, onların təmizlənməsi üçün ən dəyərli bəndəsini qurban gətirir, insanların mənəvi dirçəlişi üçün ən üstün bəndələrinin qanının axıdılmasına razı olur. Hər il Hüseynin (ə) faciəsinə görə kədərlənən ürəklər Hüseynə (ə) bənzəməyə çalışırlar. İmam Hüseyn (ə) əzadarı qəlbində söyləyir: "Kaş mən də Kərbəlada olardım və İmamımla birgə şəhid olardım! Kaş mən də İmamın (ə) son namazında canımı oxlara sipər edərdim ki, namaz vaxtı ona atılan oxlar mənim sinəmi sancardılar!” Bu anda ağlayan əzadar maddiyyatı unudur, həqiqi insaniyyəti, fədakarlığı, qəhrəmanlığı dadır. Şəhidlik şəhid üçün uğur və müvəffəqiyyətdirsə, şəhidin yaşadığı cəmiyyət üçün faciə və bədbəxtlikdir. Hər hansı cəmiyyətdə şəhid varsa, bu həmin cəmiyyətdə zülmün mövcudluğundan və toplumun bu zülmə biganəliyindən xəbər verir. Şəhid Haqq uğrunda öldürülür və Haqqın əzildiyi gün Haqq ardıcıllarının sevinməyə haqqı yoxdur. Məhz bu səbəbdən bizə Kərbəla şəhidlərinin xatirəsini matəm mərasimləri vasitəsilə anmaq tövsiyə olunub. Kərbəla şəhidlərinə ağlamaq əzadarların zülmə etiraz etməsinin ifadəsidir. Çünki gülmək razılıq əlamətidirsə, matəm və göz yaşında etiraz və narazılıq gizlənib. İmam Hüseyn (ə) əzadarlığı diqqəti bu hadisənin ictimai tərəfinə yönəldir. Bu, əzəmətli inqilaba həmsəda olmaq deməkdir. (salaminfo)
     
    Hacı Şahin Həsənli
     
    salaminfo.az
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (05.01.2010)
    Просмотров: 1683 | Рейтинг: 3.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -