.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » HACI İLQAR

    Kərbəladan çıxan dərslər – mənəvi mərəzlərimizin müalicəsi
    Bismilləhir-Rahmənir-Rahim!

    Yenə Məhərrəm-səfər əyyamı gəldi və yenə coşdu qəlblər. Bu günlərdə dünyanın hər yerində, hər nöqtəsində pak fitrətlər oyanar, insanların daxilində xüsusi bir hərarət, xüsusi bir istilik, xüsusi bir məhəbbət oyanar, hərəkətə gələr. Məhərrəm ayı başlanandan insanların öyrəşdiyi həyat gündəmi dəyişər, həyat tərzi dəyişər. Dünənə qədər öz gündəlik həyatı ilə məşğul olan bir müsəlman, hər bir Hüseyn aşiqi Məhərrəm daxil olandan hər gün bu matəmin, bu əzanın, bu nurani məktəbin şagirdi kimi nəfəsinə, hərəkətinə, davranışına diqqət edər. Aşuraya hazırlaşmaq istəyər. Aşura ilə ruhiyyəsini həmahəng etmək istəyər. Hüseyn (ə) eşqinə məclislər qurular…

    NƏDƏN DƏYİŞƏR İNSANLARIN HALƏTİ

    İnsanların, toplumun içindən gələn bir haldır bu. Ağlagəlməyən, gözlənilməyən qapılarda, evlərdə, müxtəlif məkanlarda İmam Hüseyn (ə) məclisləri qurular. Bizim dəyərli xalqımız, əziz xalqımız bu ruhiyyəni minbir əziyyətlərlə əldə edib və əldən də verməyəcək. Bu, Allahın bu topluma bir lütfüdür, inayətidir. 70 illik Sovet yönətimi də bir il yox, beş il yox, on il yox – yetmiş ilə qədər bu ruhiyyəni sıxışdırdı, amma insanların qəlbindən bu ruhiyyəni yığışdıra bilmədi. Zaman-zaman bəzi nihilist klassiklər meydana çıxdı, xalqın içindən gələn bu nurani Hüseyn (ə) yaşatma məclislərini, əzadarlıqlarını tənqid etmək istədilər, cürbəcür sözlər istədilər qoşsunlar, guya ki, onların oxumuş durumları xalqın içindən gələn bu səmimi eşqi anlaya bilməmişdi. Belələri mahiyyət etibari ilə, əvvəllər Çar imperiyasının, bu gün də bir başqa qalıqların, tör-töküntülərin sifarişlərini yerinə yetirirlər. Belələri Çar imperiyasında "ziyalı” siması ilə xalqın ənənələrini, duyğularını, ruhiyyəsini aşağılayıblar. Bu hal günümüzdə də davam edir. Amma heç bir təsiri yoxdur. Əksinə qürurverici bir hal var: bu toplumun Hüseyn (ə) məclisləri, Hüseyn (ə) əzadarlıqları olan yerlərində cavanlaşma gedir. Yaş həddi daha da aşağı enir. Gənclər, yeniyetmələr Hüseyn məktəbinin şagirdliyinə yazılır. Təşəkkür düşür o ağsaqqalara, o pak ətəkli ağbirçəklərə ki, onların duaları ilə, bərəkəti ilə bu ab-hava, bu ruhiyyə günümüzə də gəlib çıxıb. Bu ruhiyyənin gözəl bir xüsusiyətti var: nə qədər sıxacaqlar, bir o qəfər bu məslislər keyfiyyətcə də, kəmiyyətcə də daha da nuraniləşəcək və şükürlər olsun ki, nuraniləşməkdədir də.

    HƏR KƏSİN BU RUHU YAŞATMA MİSSİYASI VAR

    Hər kəsin bu məktəbdə olan bu nuru yaşatma missiyası var. Bu əyyam təkcə Tasua ilə, Aşura ilə, İmamın 3-ü, 7-si ilə və s. simvolik rəqəmlərlə bitmir. Bu əyyamın hamısını yaşatmaq lazımdır, evlərimizdə, küçərəlimizdə, dostlarımızla, yaxınlarımızla, ailələrimizlə fürsətlər tapıb, yaşatmaq lazımdır. Həmd olsun Allah ki, bu əyyam yaşanır, ildən-ilə daha da çox yaşanar, inşaallah. Bu, hansısa maddi təfəkkürlə hesablamaların, təhlillərin anlaya bilcəyi bir məsələ deyil. Sırf maddi amillər nəzərə alınsaydı, gərək "Lə iləhə illəllah” nidasını gətirən və bu nidaya görə min cür müsibətlərə, əziyyətlərə dözən 124000 peyğəmbərin (ə) bu nidasından, ümumiyyətlə bəşərdə, dünyada bir əsər-əlamət qalmamaydı. Amma əksinə bir hal baş verir. Çünki burada Allahın lütfü var, qeybi köməklikləri var. İnsanların pak fitrətləri var, içlərindən gələn səmimi duyğuları var, ən daşlaşmış qəlblər, qəsavət bağlamış qəlblər Hüseyn (ə) məclisində bir titrəyişə gəlir, tövbə halına gəlir, peşmançılıq əldə edir, özünəqayıdışa nail olur. Bu məktəbin bu nuraniyyəti, bu incəliyi hər kəsə bəllidir.

    AŞURA – MƏRƏZLƏRİN MÜALİCƏSİDİR

    Bu mərasimlərin, bu məclislərin çoxlu faydaları var. Bunlardan ən mühümü budur ki, biz ibrət götürürük. Bu məktəbdən, bu nuraniyyətdən ibrətlər götürürük. Çünki bu məktəbdə çoxlu ibrət götürməli, öyrənilməli nüanslar var. Çoxlu bəhrə aparılmalı məsələlər var. Aşura məktəbi ibrətlərlə doludur. Ən böyük ibrətləridən biri də budur ki, Aşura məktəbi bizə içimizdəki mərəzlərə, xəstəliklərə, naqisliklərə, eybəcərliklərə qarşı ayıq-sayıq olmağı öyrədir. İçimizdəki mikroblara qarşı diqqətli olmağı öyrədir. İnsanın cisminin müəyyən xəstəlikləri, mərəzləri var və bu mərəzlər, mikroblar münasib bir məqam gözləyərlər ki, üzə çıxsınlar. Həmin mərəzlər fürsət axtarırlar, bəzən adam gözləmədən onlar üzə çıxır. Bədəndə olan bu mərəzlər üzə çıxanda bizdən icazə almadığı kimi, istədikləri vaxt hərəkətə keçdikləri kimi, bizim mövcudiyyətimizin əsas hissəsi olan ruhumuzda da bu cür mərəzlər, mikroblar mövcuddur. Həmin mikroblar da münasib vaxt gözləyirlər. Bu mikrobların tarix boyu ümmətə vurduqları zərbələr göz önündədir.

    Necə olur ki, Həzrət Peyğəmbərin (s) dövründəki bir toplum müsəlmandır, iman gətirib, mömindir, amma Kərbəlada belə bir müsibət törədir?! Peyğəmbər (s) zamanından cəmi 50 il keçməsinə rəğmən, həmin toplumun üzvlərinin öz daxilindəki xəstəlikləri, mikrobları müalicə etmədiyinə görə, bir gün şəxsiyyətlərinin bu səviyyəyə qədər deqradasiyası, tənəzzülü baş verə bilir.

    ZAHİRDƏ İMAN GƏTİRƏNLƏR

    Aşura günü bu müsibətləri törədənlər haradansa gəlməmişdilər, onlar zahirdə müsəlmanlar idi, zahirdə namaz qılanlar, oruc tutanlar idi. Onlar zahirdə imanlı qiyafə ilə bu cinayətlərə qol qoyurdular. Deməli, zahirən müsəlman olmalarına, imanlı qiyafəsində olmalarına rəğmən, içlərində mərəzlər var imiş. O mərəzlər Aşura dönəmində hərədə bir cür üzə çıxdı. Birində məqam, vəzifə mərəzi olur və bu mərəz Aşurada hər şeyi üstələyir. Birinin dünyaya məhəbbəti, pula, mala düşkünlük mərəzi var idi. Bunu özü üçün vasitə deyil, hədəf seçmişdi. Bu mərəz Aşura günü baş qaldırır və öz daşıyıcısını büdrədir. Onu İmamı (ə) qətlə yetirməyə qədər bir bəşəri cinayətə getməyə sürükləyir. Bir başqasının qorxaqlıq mərəzi var, onu da orada yaxalayır. Hərəni bir cür yaxalayır. Birinin əqli mərəzi var, dar görüşə malikdir, hər şeyə ağ və qara baxır və bunu müalicə də etməyib. Şübhələri var, dünyanın dərkinə gəlib çatmayıb. Bu mərəz də Aşura günü baş qaldırır və o da gəlib bu cinayətlərə əl qoyur. Kiminsə "mənəm-mənəm”lik xəstəliyi var. Şeytan lənətlik o mərəzi də yaxşıca himayə edir, onu yerbəyer edir. Və bir gün seçim vaxtı "mənəm-mənəm”lik ab-havası onu bədbəxt edir.

    İNSAN ÖZÜNÜ İSLAH ETMƏSƏ, SEÇİM ANINDA AYAĞINI SƏHV QOYACAQ

    Aşura bizə həm də arxayın olmamaq dərsi keçir. Yəni namaz qılırsan, oruc tutursan, ibadət edirsən – lap yaxşı, amma arxayın olma. Çünki bu xüsisiyyətlər zahirdə ola-ola insanlar Kərbəlada Peyğəmbər (s) balasını, cənnət cavanlarının ağasını tikə-tikə doğradılar. İnsanın ruhi naqislikləri, mərəzləri o qədər baş qaldırır ki, zəmanə İmamını (ə), yerlə səmaların bağlantı, ittisal səbəbini qətlə yetirir, tikə-tikə doğramağa qədər cəsarət edir. Buna görə Aşura məktəbi bizə arxayın olamamaq dərsi keçir. Namaz qılırsan, oruc tutursan, ibadət edirsən – nə gözəl, amma arxayın olma. Özünümüalicə ilə məşğul ol. Öz mərəzlərini tanı və onları müalicə et. Çünki mərəzlərini tanımasan, müalicə etməsən, onlar başı-başına qalacaq, bir gün sən hazır olmadığın durumda baş qaldıracaq. Əgər özünü islah ilə məşğul olmasan, seçim vaxtı gələndə haqqın yanında deyil, batilin yanında olarsan.

    Aşuranın bizə öyrətdiyi ən böyük dərslərdən biri budur ki, özümüzün daimi, davamlı şəkildə müalicəmizlə məşğul olaq. Aşura cinayətkarları kimi özümüzü müalicəsiz buraxmayaq, dünyaya olan məhəbbətdə özümüzü müalicəsiz buraxmayaq, yoxsa bunlar kimi tənəzzül edib məhv ola bilərik. Çünki Aşura cinayətini törədən müsəlman toplumunun ən böyük müşkülü – daxili mərəzi olan dünyaya məhəbbəti müalicəsiz qoymaları idi. Əgər bu müalicə ilə məşğul olmasaq, bir gün seçim vaxtı gələndə biz ayağımızı səhv yerə qoyacağıq. İnsanın xəbəri olmaz, bir də ayılar ki, Allah eləməmiş, İmam Hüseynin (ə) qarşısında dayanıb, Zəmanə İmamının (ə.f.) əleyhində dayanıb. Allahdan bu mənada tofiqat istəyirik ki, cəmən bizləri öz müalicəmizdə müvəffəq etsin.

    ƏHLİ-BEYTƏ (ə) SEVGİ İNSANI PAKLAŞDIRIR

    Məsum İmamlarımızdan (ə) da bu səpkidə buyuruşlar var ki, insanın dünyaya məhəbbəti bütün xətaların başıdır. İnsanın nə xətaları var, ora qayıdır. Bizim işlərimizin, əməllərimizin, rəftarlarımızın hədəfi dünya olan yerdə, dünyaya məhəbbət mərəzə rolunda çıxış edir. Hədəfə çevrilsə – nə etsək, xeyri yoxdur, xəta olacaq. Bu məclislərin bir nuraniyyəti də odur ki, Əhli-beytə (ə) sevgi, ona bağlılıq insanı paklaşdırır. Bu məclislərdə müalicə olunmaq potensialımız realizə olunur. "Hüseyn (ə)! Hüseyn (ə)!” dedikcə qəlblərimizdə İmam Hüseynlə (ə), bütün gözəllikləri özündə cəm edən Hüseynlə (ə) bir həmahənglik meydana çıxır. Biz bu əyyama sağalma, müalicə əyyamı kimi baxmalıyıq.

    BURADA QURBAN OLMAQ BİR NİYYƏT OLARAQ QALMIR…

    Bu əyyamda İmam Hüseyn (ə) yad edilir. Necə ki, Həcc ziyarətində qurbangahda Həzrət İbrahimlə (ə) Həzrət İsmayılı (ə) yad edirik, Səfa-Mərvə arasında Hacər xanımı yad edirik, onun təlaşını yad edirik, Həzrət İbrahimin fədakarlığını yad edirik – hansı ki, elə Həccin fəlsəfələrindən biri də budur ki, insanlar Həzrət İbrahimin (ə) fədakarlığını dərk etsinlər – eləcə də biz bu məclislərdə İmam Hüseyni (ə) yad edirik.

    Necə də Kərbala və İmam Hüseyni (ə) yad etməyək, bir halda ki, İbrahim (ə) əziz övladını qurban kəsmək istəyirdi, İsmayıl (ə) da qurban olmağa hazır idi, amma buna ehtiytac olmadı, Allah Təala qurban göndərdi. Kərbalada da İmam Hüseyn (ə), onun balaları, yaxınları Allah yolunda qurban olmaq istəyir. Amma burada bir fərq var: onların bu istəyi həyata keçir. Kərbala qurbangahında Allah dərgahında həmin insanlar nəinki niyyətdə qurban olurlar. Onlar əmələn Allah yolunda qurban olurlar. Biz necə İmam Hüseyni (ə), bu şəhidləri anmayaq?! Bunları Həcc xatırlamalarından da qat-qat çox anmalıyıq. Çünki burada qurban olmaq bir niyyət olaraq qalmır, İmam Hüseyn (ə) və onun yaxınları timsalında həyata keçir. Biz həcdə Səfa ilə Mərvə arasında səy əməlini yerinə yetirməklə susuz bala İsmayılı (ə) yad edirik, amma o susuzluqdan şəhid olmur, susuz halda dünayadan getmir, Allah ona Zəm-Zəm nəsib edir. Amma Kərbalada teşnə, susuz balalar susuz halda dünyadan gedirlər. Əliəsğər (ə) bala atasının qucağında susuz halda, dodaqları qurumuş halda boğazından oxlanır. Burada qolları kəsilən Əbəlfəzl (ə) var, susuz balalara görə dodaqlarına su aparmayan Əbəlfəzl (ə) var. Burada Əliəkbər (ə) var, Əliəsğər (ə) var, burada tikə-tikə doğranmış Hüseyn (ə) var, burada Rüqəyyə (s.ə) var, burada Zeynəb (s.ə) var. Biz necə bunları anmayaq?! Lə həvla, və lə quvvətə illa billah – yoxdur Allahdan başqa güc və qüdrət!

    İMAM HÜSEYNİ (ə) TANIYAQ

    Təbərrük üçün İmam Hüseynin (ə) dediklərini zikr edək ki, o Həzrətin (ə) mübarək şəxsiyyəti ilə tanış olaq. Aşura günündəki kəlamlarının birində İmam Hüseyn (ə) buyurmuşdur: «Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!».

    Hədis nəql edən ravilərdən biri deyir: «And olsun Allaha, övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra: "Lə həvlə və lə qüvvətə illə billəhil-əliyyil-azim” ("Uca və əzəmətli Allahdan başqa güc və qüdrət yoxdur”) deyib öz yerinə qayıdırdı”.

    Həzrət İmam Hüseynin (ə) digər buyuruşlarına da diqqət edək:

    "(Allah rizasına xatir deyil), Allahı qəzəbləndirməklə xalqı razı salanlar nicat tapmaz”.

    "Allah, ilk vacib işlərdən birini yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməyi buyurmuşdur. Çünki Allah bilir ki, bu iki ilahi vacibatın yerinə yetirilməsi digər vacib işlərin (istər çətin, istərsə də asan) görülməsinin asanlaşdırar. Səbəbi də budur ki, yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək bütün insanları islama doğru dəvət edər, haqq sahiblərinin hüquqlarını özlərinə qaytarar və zülm edənlərlə müxalifət edər”.

    "Ey insanlar, Allahın Peyğəmbəri (s) buyurmuşdur ki, hər kim Allahın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, Peyğəmbərinin sünnəsi ilə müxalifətçilik edən, öz rəiyyətləri arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakimi görüb, söz və ya əməllə ona qarşı çıxmasa, Allah Təala onu da zalım hökümdarı düçar etdiyi əzaba düçar edər (Yəni cəhənnəmə aparar)”.

    "İnsanların çoxu dünya quludurlar. Din isə dillərində gəzir. Din sayəsində yaşadıqları müddətdə onu müdafiə edirlər. İmtahan zamanı gəlib çatdıqda isə dindarlar azalır”.

    "Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm”.

    "Ey Allah, Sən bilirsən ki, (fəsada qarşı mübarizə və) qiyamımız səltənət üçün və dünya malı yığmaq üçün deyildir. Bizim qiyamımız – Sənin dininin həqiqi əlamətlərini göstərmək, şəhərlərində islahat aparmaq, məzlum bəndələrini əmin-amanlığa çıxarmaq və vacib, yaxud müstəhəb ehkamlarını yerinə yetirmək üçündür”.

    "Mən azğınlıq, xüdpəsəndlik, fəsad və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Muhəmmədin (s) ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Muhəmmədin (s) və atam Əlinin (ə) yolunu bərpa etmək üçün qiyam etdim”.

    "Ey Əbu Süfyan övladına uyanlar! Dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun!”

    "Bir dəstə insan behiştə görə Allaha ibadət edirlər, bunlar tacirlərdirlər. Bir dəstə də qorxularından (cəhənnəm qorxusundan) Allaha ibadət edirlər, bunlar da quldurlar. Bir qrup isə Allaha Onun verdiyi nemətlərə və Onun əzəmətinə görə və həmçinin Ona pərəstiş, sitayiş və şükür etmək üçün ibadət edirlər – bunlar isə azad insanlardırlar. Belə bir ibadət – ən yaxşı ibadətdir”.

    "Bilin ki, insanların sizə olan ehtiyacları – Allahın sizə verdiyi nemətlərindən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa, sonra o nemətlər sizə müsibət olar”.

    Allahım, bizləri Hüseyni et, nəfəslərmizi Hüseyni et, canımızı Hüseyni et, yaşayışımızı Hüseyni et, varlığımızı Hüseyni et, dillərimizi Hüseyni et! Allahım məmləkətimizi Hüseyni et, bayrağımızı Hüseyni et, Qarabağımızı Hüseyni et! Amin!

    Hacı İlqar İbrahimoğlu

    Категория: HACI İLQAR | Добавил: moizeler (09.12.2011)
    Просмотров: 605 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -