.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » HACI İLQAR

    Qeyrət və himmətin qaynaqlandığı çeşmə - Cümə söhbətləri
    Bismilləhir-Rahmənir-Rahim!

    Deyerler.org: İslamın gücü, İslamın mənqiti, fəlsəfəsi, təfəkkürü o qədər dərin və o qədər qüvvətlidir ki, dünyada bu dinə qarşı nə qədər əks-təbliğat olunsa da, yenə də bu din bütün dünyada parlayacaq. Dahi şair Hafizin İslamla, inancla bağlı çox dəyərli beyti var. Deyir: "Mənim gözəlim bazara çıxanda, bütün dükançılar dükanlarını bağlayıb gedirlər”. Yəni, demək istəyir ki, əgər insan Allahı dərk edər, əgər insan tovhidi həqiqətən dərk edərsə, Əhli-beyt (ə) tanıyarsa - İslamın nə qədər böyük gözəlliyə malik olduğunu dərk edər və digər əqidələrin bu dinlə müqayisədə yerini başa döşmüş olar. Hər hansı bir kamiliyyin qədrini tək olan halda bilmək mümkün deyil. Əgər o kamilin yanında naqislər də olarsa, insan bunlardan hansının daha kamil olduğunu dərk edə bilər. İslamın kamilliyi elə bir səviyyədədir ki, heç bir başqa əqidə onun qarşısında dayana bilmir. Amma bununla yanaşı, dinin qeyrətini çəkmək və onun inkişafı üçün çalışmaq yenə də olduqca mühümdür. İslamın məntiqində insanın dəyəri həmin çalışmaqladır. İslam məntiqinə görə, insanın iffəti onun qeyrəti ilə müəyyən olunur.

     

    İNSANI DİGƏR YARADILMIŞLARDAN FƏRQLƏNDİRƏN İKİ MEYAR

     

    Həzrət Əliyə (ə) istinadən nəql edirlər ki, İmam buyurur: "Bir kişinin qiyməti - onun himmətinin səviyyəsi miqdarındadır. Onun iffəti - onun qeyrətinin miqdarındadır”. Bu sadə bir cümlədə Əli (ə) insanlığa iki həqiqəti çatdırır. Mübarək hədisdə Əmirəlmöminin (ə) insan üçün iki meyar təyin edir. Bu meyarlar insanı digər yaradılmışlardan fərqləndirərək, onu insan edir. Bu meyarlardan birincisi himmət, yəni çalışmaqdır. İkinci meyar isə qeyrətdir. Çox maraqlı cəhətdir ki, insanın qiyməti, dəyəri, üstünlük cəhəti onun çalışması ilə bağlıdır. Buradan aydın olur ki, insan nə qədər tənbəlliyə meyillidirsə, bir o qədər onun səviyyəsi aşağı dərəcədədir. Əksinə, insan nə qədər çalışqandırsa, nə qədər fədakarlıq göstərirsə, o qədər həmin insanın yüksəkliyi var. O cümlədən, insanın paklığı, saflığı, mənəviyyatının düzgünlüyü onun qeyrətindən asılıdır. İnsan nə qədər qeyrət məsələsində üstün olarsa, onun iffəti də yüksək olar.

     

    ƏN ÜSTÜN QEYRƏT

     

    Bəzən insanlar qeyrəti yalnız ailə çərçivəsi ilə məhdudlaşdırır. Əslində isə bu, yalnızca qeyrətin bir formasıdır. Qeyrət – fərdi qeyrətdən başlanır və bunların ən üstünü iman qeyrətidir. Gərək insan öz dininin, öz əqidəsinin qeyrətini çəksin. Əgər insan öz əqidəsinə qarşı qeyrətli olarsa, bu halda o, təbii olaraq ailə həyatında da, fərdi həyatında da qeyrətli olar. Həmin şəxs hər zaman öz qeyrət məsələsində diqqətli olacaq. Öz əqidəsinə, dininə qeyrətlə yanaşan şəxsdə vətən və millət qeyrəti də inkişaf edəcək. Bu baxımdan insanın bütün iffəti qeyrətinə bağlıdır. Fərdin bütün problemləri bu məsələdə laqeyd olmaqdan başlayır. İnsan öz əqidəsinin qeyrəti ilə bağlı laqeyd olduqda, yavaş-yavaş digər qeyrətləri – öncə vətən qeyrətini, millət qeyrətini, qohum-əqraba qeyrətini və s. qeyrətləri əldən verir. Beləliklə, həmin şəxs ölü milsində olur. Qeyrətsiz insan elə ölü kimidir. Ona nə deyirsən, nə edirsən, heç bir reaksiyası olmur.

     

    AZ ÇALIŞMANIN NƏTİCƏLƏRİ

     

    İnsan nə qədər çalışırsa, onun dəyəri bir o qədər yuxarıdır. Bunu anlamaq üçün həyatına nəzər salınması çox mühüm olan İslam şəxsiyyətlərindən biri – Həzrət Həmzədir. Şəvval ayının 8-də Hicri ilə 3-cü ildə Mədinə şəhərinin şimalında yerləşən Ühud dağının ətəyində gedən döyüşdə İslam ümməti qeyrət təcəssümü olan Həzrət Həmzəni itirir. İslam ümməti çalışmaqda ideal sayılan bir insanı itirir. İtirmənin səbəbi nədir? İtirməyinin səbəbi o idi ki, həmin döyüşdə müsəlmanlar bir miqdar az çalışdılar. Müsəlmanlar həmin döyüşdə tam lazım olan səviyyədə himmət göstərmədilər. Əziz İslam Peyğəmbəri (s) buyurur: "İnsanların ən üstünü o kəsdir ki, özünün bütün gücünü sərf edər”. İnsanın üstünlüyü - onun gücünün, malik olduğu bacarığının tam sərf edilməsilədir. Nə qədər həmin enerjisindən sərf edərsə, bir o qədər fəzilətlidir. İnsan bacarıqlarından nə qədər əsirgəyirsə, səviyyəsi bir o qədər aşağı enir.

    Rəsulallah (s) mübarək bir hədisdə buyurur: "Hər bir kəs ki, bir şeyi axtarır, ona doğru can atır, ona çatmaq üçün çalışırsa - onu tapır”. İnsan yalnız çalışaraq, axtararaq, araşdıraraq nəyəsə çata bilər. Dəyərli insanı dəyərsiz insandan ayıran onun çalışmasıdır.

     

    TÖVHİDİ TANIDAN MÜBARƏK MƏTN

     

    İslamı tanımaq, onun qeyrətini çəkmək, əqidə yolunda çalışmaq üçün ilk növbədə bu dini tanımaq lazımdır. Dini tanımaq üçün isə, olduqca mübarək İslami mətnlərə nəzər salmaq lazımdır. Belə bir dəyərli mətnlərdən biri – müqəddəs Qurani-Kərimdə yer alan "Ayətul-kursi” adı ilə tanınan ayələrdir. Əslində bu ayələr Allahı tanımaq üçün gözəl tövhid dərsidir. Ayətul-kursi – Təkallahlıq dərsidir. Zahiri bütləri də, batini bütləri də sındıran ən mühüm ayələr Ayətul-kursidə toplanıb. Bu ayələlərin Ayətul-kursi adlandırılmalarının səbəbi – həmin ayələrdə "kursi” sözünün getməsidir. Bu ad ilk dəfə həmin ayələrə əziz İslam Peyğəmbəri (s) tərəfindən verilib və sonradan da müsəlmanlar tərəfindən qorunub saxlanılıb.

    "Ayətul-kursi”də Allah Təala özünü insanlara tanıdır. Allahı özündən başqa lazım olan səviyyədə heç kəs tanıda bilməz. Heç kimin gücü çatmaz ki, Rəbbimizi lazım olan həddə tanıtdıra bilsin. Bu mübarək ayələrdə görürük ki, birbaşa və ya dolayısı ilə on altı dəfə Allahın mübarək adı zikr olunur. Bu baxımdan Ayətul-kursi bütün digər Quran ayələrlə fərqlənir və bu da həmin ayələrin özünəməxsus dərəcəsini göstərir. Bu üç ayədə Allah Təala qısa tövhid dərsi keçir və şirkdən xilas olmanın yolunu göstərir. Şirk yalnız müəyyən bütlərə tapınan deyil. Müasir dövrün müşriki pula, vəzifəyə, dünyasının xoş keçməsi üçün digər dəyərsizliklərə tapınandır.

     

    ƏHLİ-BEYTİN (ə) NƏZƏRİNDƏ AYƏTUL-KURSİ

     

    Ayətul-kursinin özünü də tam şəkildə tanımaq, dərk etmək üçün Əhli-beyt (ə) məktəbinə nəzər salmaq lazımdır. Ayətul-kursinin mənəvi dəyəri və ruhani yüksəkliyini Rəsulallah (s) belə tanıtdırır: "Qurani Kərimin ən uca ayəsi – Ayətul-kursidir”. Bunu əziz Peyğəmbərimiz (s) digər heç bir ayələr üçün söyləmir. Bu da Ayətul-kursinin bir daha yüksək yerindən xəbər verir. İmam Əli (ə) isə mübarək bir hədisdə buyurur: "Əgər o şərif ayələrin mənəvi təsirlərindən xəbəriniz olsaydı, heç vaxt onu tərk etməzdiniz. Peyğəmbər (s) də bu haqda söyləyib: "Ayətul-kursi ərşin altında yerləşən xüsusi xəzinədən əta olunub. Belə bir şey məndən qabaq heç bir Peyğəmbərə əta olunmamışdı””.

    Digər bir hədisdə görürük ki, Həzrət Əli (ə) buyurur: "Eşitdim Rəsulallah buyurur: "Ya Əli (ə)! Kəlam arasında ən ucası Qurandır. Quranın ağası Bəqərədir. Bəqərə surəsinin də seyyidi Ayətul-kursidir. Ya Əli (ə)! Onun içində əlli kəlmə və hər kəlmə də əlli bərəkət, əlli xeyir var”. Bu mübarək buyuruş Ayətul-kursinin böyük əzəmətindən xəbər verir.

    Bir başqa hədisdə isə İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin zirvəsi var. Quranın zirvəsi Ayətul-kursidir”. Əhli-beyt (ə) belə mübarək sözləri Ayətul-kursidən başqa Quranda yer almış digər heç bir ayələr haqqında söyləməyib.

     

    AYƏTUL-KURSİ NEÇƏ AYƏDƏN İBARƏTDİR?

     

    Ayətul-kursinin hissələri ilə bağlı olduqca dəyərli bir bəhs var. Əhli-beyt (ə) alimləri bildirirlər ki, Ayətul-kursinin "Allahu lə İlahə İlla huvə...” ilə başlamasında şəkk yoxdur. Lakin, onun nə ilə yekunlaşması ilə bağlı müəyyən ziddiyətli fikirlər mövcuddur. Bəzi alimlər söyləyirlər ki, Ayətul-kursi bir ayədir. Bəzi alimlər isə əksinə, onun "...hum fiha xalidun” ilə yekunlaşması fikrindədir. Həmin alimlər bəyan edirlər ki, Ayətul-kursi üç ayədən ibarətdir. Buna görə də, Ayətul-kursi ilə qılınması lazım olan namazlarda Ayətul-kursini məhz üç ayədən ibarət olan şəkildə oxumaq tövsiyyə olunur. Hər iki nəzərləri də əsaslandırmaq üçün alimlər müəyyən fikirlər, mülahizələr irəli sürüblər.

     

    MÜBARƏK QURAN AYƏLƏRİ İLƏ TÖVHİDDƏ MÖHKƏMLƏNƏNLƏR

     

    "Ayətul-kursi”nin hədəfi nədir? "Ayətul-kursi”nin məqsədi, hədəfi - insanı tövhidində möhkəmlətməkdir. İnsan bu ayələrlə bütlərdən uzaqlaşdırılır. On altı dəfə insana bir ayədə Allah xatırladılır və insanın düşüncəsi, təfəkkürü tək olan Allaha tərəf yönəldilir. Həmin ayələrin insanı Allaha necə cəlb etməsini İslam tarixi çox gözəl şəkildə təsvir edir. Hicrətin doqquzuncu ilində müsəlmanlar Təbuk müharibəsindən qələbə ilə geri qayıdırdılar. Həmin vaxtdan İslam dini yayılmağa başlayırdı. Səqif qəbilələrinin başçılarından biri olan Ürvət ibni Məsud Səqəfi Taif deyilən bir yerdə yaşayırdı. O, Həzrət Peyğəmbərin (s) yanına gəlir. Artıq onun qəlbində iman nuru yer tapmışdı. O, Rəsulun (s) yanına gəlmək, Rəsul (s) ilə söhbət etmək və qəlbində olanları onunla bölüşmək intizarında idi. Ürvə Mədinəyə Rəsulun (s) hüzuruna gəlir. Artıq Peyğəmbər (s) də Təbukdan Mədinəyə qayıtmışdı. Ürvə Həzrət Peyğəmbərin (s) hüzuruna gələrək, İslamın həqqaniyyətinə şəhadət verir. Müsəlman olmasına şəhadət verdikdən sonra Taifə qayıtmaq üçün izn verməsini və onu Səqif qəbiləsi üçün mübəlliğ (təbliğatçı) təyin etməsini xahiş edir. Rəsuli-Əkrəm (s) deyir: "Qorxum budur ki, sən canını bu yolda vermiş olasan”. Ürvə deyir: "Yox, mən qəbiləmi tanıyıram, onlar məni gözlərindən də çox istəyir. Mən istəyirəm ki, onları olduqları vəziyyətdən çıxardım”.

    Ürvə öz qəbiləsinə tərəf dönür. Lakin, qəbiləsi hələ cahiliyyə dövrünün dəyərləri ilə yaşayırdı. O dövrə məxsus təkəbbür və təəssüb onlara gözlərinin bəbəklərindən də çox sevdikləri Ürvəni belə qəbul etməyə imkan vermir. Qəbiləsi Ürvəni şəhid edir. Lakin, o şəhid qanı həmin qəbilənin insanlarının arasında cahiliyyə xofunun aradan getməsinə və nəticə etibarilə Taif camaatı arasında bir nümayəndə heyətinin Mədinəyə gələrək Peyğəmbərə (s) beyət etməsinə səbəb olur. Lakin, onlar bir ay müddətinə Peyğəmbərdən (s) möhlət istəyirlər ki, böyük bütxanalarına toxunulmasın, onlar qorunub saxlanılsın. Onlar əsasən Lat adlı bütlərinin dağıdılmasını istəmirdilər. Lakin, onlara bunun bir ay deyil, hətta bir anlıq da mümkün olmadığı bildirilir. Belə olan təqdirdə, onlar bütləri özlərinin deyil, başqa şəxslərin sındırmasını istəyirlər. Bu zaman həmin bütün dağıtmaq üçün Əbu Sufyan (lən) göndərilir. Burada tarixi hikmət də ondan ibarət idi ki, bir vaxtlar özləri bütlərin inşa edən şəxslər özləri bütləri sındırmalı olurlar. İslamın əzəməti onları artıq təslim etmişdi. Eyni zamanda, bu hikmətli mətndən İslam nuraniyyətinin, Quranın mübarək ayələrinin insanları özünə necə valeh etməsi aydın şəkildə görünür.

    Allahım, bizləri, İslam nuraniyyətindən ayrı salma. Allahım bizləri İslamın qeyrətini çəkənlərdən, İslam yolunda himmətli olanlardan qərar ver. Amin!

    Hacı İlqar İbrahimoğlu,

    ilahiyyatçı-filosof

    İçərişəhər «Cümə» məscidinin imam-camaatı

    /Deyerler.org/

    Категория: HACI İLQAR | Добавил: moizeler (06.01.2012)
    Просмотров: 516 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -