.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » HACI İLQAR

    “Təəssüflər olsun ki, nəzərən tövhidpərəstlik, ancaq praktiki materialistlik hökm sürür” - Cümə namazından reportaj – 16.12.11
    Deyerler.org: 16 dekabr 2011-ci il tarixində İçərişəhər "Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı  ilə möminlər və möminələr növbəti cümə namazını qıldılar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər.

        Cümə  xütbələrinin ilkində cümə xətibi, ilk olaraq özünə  və sonra cümə namazı iştirakçılarına İlahi təqvaya riayət etməyi tövsiyə etdi.  Bu işdə Allahdan tofiqat diləyən xətib, yaşadığımız məhərrəm-səfər əyyamının özünəməxsus ab-havasına, təqva yüklü bir yaşama sövq edən fenomen olmasına diqqət çəkdi.

        Sonra Hacı İlqar əziz İslam Peyğəmbərindən (s) bir hədisi  nəql etdi. "Xoşluqları viran qoyanı çox yada salın”. Soruşurlar: "Ey Allahın Peyğəmbəri! Xoşluqları viran qoyan nədir?” Həzrət (s) buyurur: "Ölüm. Möminlərin ən zirəki - ölümü daha çox yada salan və ona hazırlaşandır”.

        Hədisin şərhində Hacı İlqar mübarək kəlamda deyilən nöqtələri izah etdi: "Bu dünyada mövcud olan hər bir maddi şey, o cümlədən insan vücudu sonda məhvə məhkumdur. Bu, yeni kəşf edilmiş şey deyil. Əksinə, həddən artıq təbiidir. Bizdən qabaqkılar da ölüb, biz də öləcəyik, bizdən sonrakılar da. Əlbəttə, hamı bunu dərk edir. Anlayır. Və hətta kimə bu barədə geniş fikirlərə sahibdir. Ancaq öz yaşayışında praktiki bunu göstərmir. Ölümü xatırlamır. Dünyanın şirinliyi onu özünə çəkib.

        Ümumiyyətlə, insan çox vaxt iddia etdiyi nəzəriyyənin daşıyıcısı olmur. Onu praktiki həyatında yaşatmır. Məsələn namaz canlı ölümü xatırlamadır.Gündə 5 namazımızda azı on dəfə "Məliki yəumid-din” – "Qiyamət gününün Sahibi” deyə Allahı xatırlayırıq. Yəni Qiyamətin olacağını, dirilmənin, sorğu-sualın haqq olmasını iqrar edirik. Amma bunu bəzən mexaniki yaşayırıq. Dilimiz deyir. Amma qəlbən ölümü xatırlamırıq. Bu xatırlamadan narahat olmuruq.

        Necə  ki,  "İyyəkə nəbudu və İyyəkə nəstəin” – "Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” deyirik, amma həqiqətdə  Allahdan başqa çox şeydən – puldan, var-dövlətdən, qohumdan, dostdan və s. istəyirik, Allahdan istəmirik. Halbuki, Allahdan istəsək (özümüzdən asılı olan hər şeyi etməklə) - hər şey həllini tapar. Dildə deməyimizə baxmayaraq Allahdan istəmirik.

        Namazda "Məliki yəumid-din” deməklə ölümü xatırlamaq arasında bağlantı da bunun kimidir. Təəssüflər olsun ki, çoxlarımız dildə tövhidpərəstik, ancaq praktiki olaraq materialsitik.

        Nə  qədər qəbul etməsək də, bizim həyatımızda Allah Təala azdır. Və biz bir mifoloji olaraq Allahı qəbul edirik. Halbuki, O, bizə şah damarımızdan da yaxındır. Onu hiss edə bilsək, günümüzü Allahla yaşaya bilsək - bütün çatışmazlıqlar həllini tapar.

        Bizi Allahdan, hədəfdən yayındıran nə  varsa, əl çəkməliyik. Hər kəsin qapısını  bir gün ölüm döyəcək. Onu xatırlamaq bizim halımız düzəldər, bizi dirildər. Ona görə də əziz İslam Peyğəmbəri (s) buyurur ki, möminlərin ən zirəki - ölümü daha çox yada salan və ona hazırlaşandır. Zirək olmaq lazımdır. İnsanın bu günü ilə bağlı problemi 3 gün sonra olmayacaq. Bunu başa düşmək lazımdır, ali hədəfləri günün problemlərinə qurban vermək olmaz.

        Yaşadığımız dünyada fəsad əlçatanlılıq baxımından xeyli inkişaf edib. Televizorlar, internet, radio bəzən ən böyük fəsadyayıcısı olur. Belə şəraitdə özünü düzəltmə və  öz üzərində işləmə daha da aktuallaşır.

        Məhərrəm-səfər  əyyamıdır. Və bunun özü  bir fürsətdir ki, özümüzü  düzəldək. Mübarək aylar Allahın insana bir fürsətidir ki, insan özü haqqında fikiləşsin və  öz xəstəliklərini düzəltsin. Ətrafın xəstəliklərindən qorunsun. Allahdan istəyək ki, bizə bu aylardan faydalanmaq tofiqatını nəsib etsin”.

        İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Xətib israrla vurğuladı ki, əgər İlahi təqva olmasa, insanın həyatı tamamən mənadan məhrum olan bir nəsnəyə çevrilər.

        Daha sonra xətib imkanatın özünün bir tofiqat olduğunu qeyd etdi: "İnsanın imkanın olması - özü bir tofiqatdir. Əgər namz qıla bilirsənsə, ruzi qazana bilirsənsə, hərəkət edə  bilirsənsə, hətta ən primitiv hesab etdiyin işləri görə bilirsənsə, dükana gedə bilirsənsə, nəqliyyatdan istifadə edirsənsə, görürsənsə, eşidirsənsə, hiss edirsənsə - tofiqat dənizindəsən. Bir gün gələr, bunları bir anın içində itirə bilərsən. Nemətlər elə şeydir ki, qədrini bilməsən, bir gün səndən üz döndərəcək”.

        Xütbənin davamında dünyada və ölkədə  baş verən hadisələrə  toxunan Hacı İlqar problemlərin keçəri bir şey olduğunu dedi: "Problemlər olub və həmişə olacaq. Narahat ediləsi məsələ varsa, bu, insanın bu problemlər vaxtı harada və necə yer tutmasıdır. Əsas sual  budur: "Biz bu hadisələr vaxtı nə etdik?”.

        Xüsusən də bu fitnəli zamanda işlərimizə diqqət etməliyik. Əyyamı hər mənada yaşatmalıyıq, o cümlədən, ailələrimizdə, qonsularımızda, şəxsi həyatımızda yaşamalıyıq”.

        Daha sonra xətib hicabla bağlı durumdan danışdı: "Bütün bu baş vermiş hadisələrin bir adı var. Biriləri israrla hcablı xanımları ictimai fəaliyyətdən uzqlaşdırmaq istəyirlər. İndi bəziləri gəlib "Hanı müsəlman Nobel mükafatçısı?” dedikləri kimi, 10 ildən sonra da gəlib deyəcəklər ki, "Hanı təhsilli hicablı xanımlar?” Axı illərdir, müsəlmanlara imkan verilmir. Torpaqlar zəbt olunur, işğalçılıq edilir və s. Necə Nobel mükafatçısı çıxsın?! İndi də hicablıları təhsilsiz qoymaq istəyirlər”.

        Xətib qeyd etdi ki, bu dövrü bir dəfə Türkiyə yaşayıb: "Orada anlama gəldilər ki, bu, çox səhv bir yoldur. İndi də itmişləri qaytarmaq istəyirlər. İllər itkisi olduğunu qəbul edirlər. Sanki ölkəmizdə biriləri Türkiyənin səhv etdiyi həmin dövrə doğru aparmaq istəyir ölkəni.

        Hicab qadağası bir neçə hədəf güdür:

        - Hicablıları təhsildən kənarda qoymaq;

          - Hicaba yeni gəlmək istəyənləri bu fikirdən daşındırmaq;

          - Hicabofobiya ab-havasını yaşatmaq. 

        Amma, bu qadağanın müəllifləri, əvvəla, onu başa düşmürlər ki, bu kimi addımlar yalnız keyfiyət artımına, əqidə möhkəmliyinə xidmət edir. Dəb xatirinə hicaba keçənlər azala bilər, amma əqidəsinə görə hicab geyənlər bir tərtib də artacaq. Bütün dünya praktikası bunu dəfələrlə isbata yetirib, burada velosiped icad etməyə, eksperiment qoymağa ehtiyac yoxdur.

        Bir də ki, kim marağındadır ki, balaları savadsız analar böyütsün? Kİm marağındadır ki, əhalinin bütöv bir kateqoriyası marginallaşdırılmış duruma gətirilsin? Təbii ki, normal dövlətçilik düşüncəsi olan heç bir şəxs bunun altında imza qoymaz.

        Aydındır ki, bu, ümumilikdə ölkənin ziyanadır. Çünki, təhsilsiz olan bu ölkənin vətəndaşıdır”.

        Hacı  İlqar bildirdi ki, belə durum hicablı xanımların elmə, təhsilə daha da ciddi yanaşmasını zəruri edir: "Diplomu evdə yatan hicablı xanımların məsuliyyətləri daha da böyükdür. Hicabı ictimai həyatdan silmək istəyən varsa, hicablı xanımlar ictimai həyata can atmada aktivləşməlidirlər”.

        Sonda xətib dini ədəbiyyatla bağlı  senzuradan danışdı: "Ölkədə dini kitabların satışı, gətirilməsi çətinləşir və qadağalar qoyulur. Bu, keyfiyyəti daha da artıracaq. Bu, bəlli bir qaydadır ki, qadağan olunmuş kitablar daha çox oxunur. İnternet dövründə belə qadağaların praktiki tətbiqi də mümkün deyil. 

        Xaricdə  təhsil alan ruhanilərə qarşı da qadağalar var. Bunlar tamamilə əsasszıdır, diskriminasion xarakterlidir. Maraqlısı budur ki, bu qadağalar təhsil keyfiyyətini daha da artıracaq. Tələbələr məsuliyyətlərini daha dərindən anlayacaqlar”.

        Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı  ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda "Fərəc” duasını oxumuşlar. 

     

    /Deyerler.org/

     

    Категория: HACI İLQAR | Добавил: moizeler (18.12.2011)
    Просмотров: 443 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -