Hacətlər yerinə yetər.
İmam Həsən Əsgəri (ə) buyurur: "Allah Həzrət Musa (ə) ilə danışır və Həzrət Musa (ə) deyir: "Allahım, o kəslər ki, namazını əvvəl vaxtda qılırlar, hansı mükafatı alacaqlar?”. Allah buyurur: "Hacətini və istəyini ona əta edərəm. Behişti ona mübah edərəm”. (Tebyan)
Hüccətil-İslam vəl-Muslimin Haşimi Nejad buyurur: "Ramazan ayında qoca bir kişi həmişə Laləzar məscidinə gələrdi və çox müvəffəq bir insan idi. Həmişə azandan əvvəl məscidə gələrdi. Ona dedim: "Hacı, siz çox müvəffəq bir insansınız. Mən hər gün məscidə gələn zaman görürəm ki, siz məndən əvvəl gəlmisiniz”. O, dedi: "Yox, ağa, mənim nəyim varsa, namazı əvvəl vaxtda qılmağıma görədir. Mən cavan olan zaman Məşhədə getmişdim və mərhum Hacı Şeyx Həsənəli Noxudəkini tapmışdım. Ona demişdim: "Mənim üç mühüm hacətim vardır. İstəyirəm ki, Allah hər üçünü cavan olan zaman mənə versin. Mənə bir şey öyrədin”. O, buyurdu: "Nə istəyirsən?”. Dedim: "Ürəyim istəyir ki, həccə gedəm. Çünki cavan olan zaman həccin başqa ləzzəti vardır”. Buyurdu: "Namazı əvvəl vaxtda camaatla qıl”. Dedim: "İkinci hacətim budur ki, istəyirəm Allah mənə yaxşı həyat yoldaşı əta etsin”. Buyurdu: "Namazı əvvəli vaxtda camaatla qıl”. Dedim: "Üçüncü hacətim budur ki, Allah abırlı bir gəliri mənə inayət etsin”. Alim dedi: "Namazı əvvəl vaxtda camatla qıl”. Mən də bu işi gördüm və üç il sonra haccə getdim. Allah mənə möminə bir xanım nəsib etdi. Mənə abırlı bir gəlir əta etdi”.
Çətinliklər aradan gedər.
Həzrət Peyğəmbər (s) buyurur: "O bəndə ki, namazının vaxtına və günəşin yerinə diqqət edər, mən onun üçün üç şeyi zəmanət edərəm:
- çətinliklərinin və narahatlıqlarının aradan getməsi,
- ölən zaman rahat və xoş olması,
- atəşdən nicat”.
Behiştə daxil olar və cəhənnəmdən uzaq olar.
İmam Baqir (ə) buyurur: "Hər kim vacib namazını onun haqqına arif halda vaxtında qılarsa, başqa hər şeyi ondan üstün bilməzsə, Allah ona cəhənnəmdən bəraət yazar ki, ona əzab verməsinlər. Hər kim qeyri vaxtında yerinə yetirər və başqa şeyləri ondan üstün tutar, Allah onu bağışlaya da bilər, əzab da verə bilər”.
Səma bəlalarından amanda olar.
Həzrət Peyğəmbər (s) buyurub: "O zaman ki, Allah səmadan bəla göndərər, üç dəstə ondan amanda olar: Quranı həml edənlər, günəşə riayət edənlər, yəni o kəslər ki, namazın vaxtına riayət edərlər, o kəslər ki, məscidi abad edərlər”.
Allahın razılığı.
İmam Sadiq (ə) buyurur: "Əvvəl vaxt Allahı razı edər. Axırı Allahın əfvidir”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Namazı dəstəmazla kamil və sevincli halda vaxtında yerinə yetir ki, heç bir səbəb olmadan namazı təxirə salmaq Allahın qəzəbinə bais olar”.
Əməllər göyə qalxar.
Hədisdə oxuyuruq ki, zöhr olan zaman səmanın qapıları açılar. Behişt qapıları da açılar və dualar yerinə yetər. Xoş olsun o kəsin halına ki, o zaman yaxşı əməlləri yuxarı qalxar. İmam Sadiq (ə) buyurur: "Gecə və gündüzün ən yaxşı saatı - namaz vaxtlarıdır. Zöhr olan zaman səmanın qapıları açılar. Küləklər əsər və Allah xəlqinə nəzər salar. Mən çox sevirəm ki, yaxşı əməllərim o zaman yuxarı qalxsın. Namazdan sonra dua edin, çünki qəbul olar”.
İblis (lən) insandan uzaq olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Şeytan o zamana qədər ki, mömin beş namazının vaxtına riayət edər, ondan qorxar. Onu zay edən zaman isə cürət əldə edib, onu daha böyük günaha salar”.
İmam Sadiq (ə) buyurur: "Ölüm mələyi, ölən zaman namazı hifz edəndən şeytanı uzaq edər. O böyük zamanda Allahın yeganəliyinə və Peyğəmbərin (s) nübuvvətinə şəhadəti ona təlqin edər”.
Namazı əvvəl vaxtda qılmağın başqa faydaları bunlardır:
- ömrü uzadar və malı çoxaldar;
- dünyada saleh övlad əta edər;
- ölən zaman ölümün qorxusundan amanda olar;
- qəbirdə Nəkirlə Məkirin sorgu-sualı asan olar;
- qəbri geniş olar;
- siması nurani olar;
- əməl dəftəri sağ əlinə verilər;
- Qiyamət günü hesabı asan olar;
- Allahın razılığını qazanar;
- Siratdan keçən zaman Allah ona salam verər və rəhmətlə nəzər salar.
/Deyerler.org/