Deyerler.Org:
Artıq Əyyami-Fatimiyyə günlərini yaşayırıq. Bu günlər dünyada İslam
Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı və 11 imam (ə)
anası Xanım Fatiməyi-Zəhranın (s.ə.) şəhadət günləri kimi qeyd edilir.
Bu günlərdə dünya müsəlmanları matəmə qərq olaraq Xanım Fatimənin (s.ə.)
müsibətli şəhadətini ürək yanğısı ilə yad edərlər.