Deyerler.org:
İslam dünyasının ali məqamlı mərcəi-təqlidlərinin nəzarətində olan
"İstihlal mərkəzi"nin (qəməri ayların hilalının görünməsi ilə bağlı
araşdırmalar aparan mərkəz) mütəxəssisləri, 1432-ci il (cari ilimiz)
mübarək Ramazan ayının hilalının görünməsi ilə bağlı xüsusi açıqlama ilə
çıxış etmişlər. Həmin açıqlamada bildirilir ki, hicri-qəməri tarixilə
1432-ci il Şaban ayının 29-da (31 iyul 2011-ci il) Ramazan ayının
hilalının müşahidəsi baş tutmamışdır. Bunun nəticəsində ali məqamlı müctəhidlərin nəzərində avqustun 1-i üçün Ramazan ayının girməsi sabit olmayıb. Beləliklə, bu gün (avqustun 1-i) - 1432-ci ilin Şaban ayının 30-cu günüdür. Buna
görə də bugünün orucu qəza və yaxud müstəhəb niyyəti ilə tutulmalıdır.
Mübarək Ramazan ayının 1-ci günü avqustun 2-sinə təsadüf edir. /Deyerler.org/
|