Suriya paytaxtında çoxmilyonluq mitinq keçirilir (Video)
Bu gün Dəməşq küçələrində "iynə atsan yerə düşməz"
İslamazeri.az İnternet Qəzetinin SANA-ya istinadən verdiyi xəbərə
görə, bu gün Suriyanın paytaxtı Dəməşqdə(Şam) milyonlarla insanın
iştirakı ilə mitinq keçirilir. Səhər saatlarında başlayan mitinq hələ də
davam etməkdədir. Mitinqdə iştirak edənlərin sayı milyonlarladır.
İştirakçılar
arasında suriyalılardan başqa fələstinlilər və livanlılar da var.
Onlar Suriya hakimiyyətinin uzun illərdir İsrail rejiminin işğalına
məruz qalmış insanlara hərtərəfli yardınlarına cavab olaraq bu aksiyada
iştirak etməyi özlərinə borc bildiklərini deyirlər.
Mitinqə
qatılan hökumət rəsmiləri isə bu tədbiri bir neçə təşkilatın təşkil
etdiyini, hökumətin isə Fələstinin Dəməşqdəki icmasının tərkibində
onlara qatıldığını bildiriblər. Suriya dövlət televiziyası mitinqi canlı efirdə yayımlayır. Mitinq
günorta saatlarında fələstinlilərin də qatılması ilə daha da canlanıb
və mərkəzi meydanlarda əsasən Fələstin Müqavimətilə həmrəylik və
fələstinliləri tək qoymayan Bəşər Əsəd hakimiyyətinə dəstək xarakterli
davam etməkdədir.