Bu il isə ilk dəfə olaraq balacalar arasında
olimpiada təşkil olunub. Olimpiadada iştirak edənlərin azyaşlılar
olduğunu nəzərə alaraq, yarış qabağı uşaqlarla əyləncəli proqram təşkil
olunmuşdu. Uşaqlar biri-birindən maraqlı şeİrlər söylədilər,
bir-birlərinə tapmacalar deyib tapdılar, hədislər söylədilər və s.
Daha
sonra isə gərgin bilik yarışı başladı. Yarışda ibtidai sinif şagirdləri
yarışırdılar. Olimpiadanın təşkilatçıları "Deyerler.org”a
açıqlamalarında bildirdilər ki, uşaqların yarışması böyüklər arasında
keçirilən yarışmadan daha çox emosionaldır. Təşkilatçılar uşaq
olimpiadasının keçirilməsi ideyasının necə ortaya çıxması barədə
deyirlər ki, hər il böyüklər arasında olimpiada keçirilərkən azyaşlılar
da qatılmaq istəyirdilər. Bunu nəzərə alaraq, bu il uşaqlar arasında
Mövlud Olimpiadasının keçirilməsinə qərar verdik.
Olimpiadada 6-9
yaşlı uşaqların iştirak etdiyini nəzərə alaraq, təşkilatçılar
qiymətləndirməni xüsusi üsulla həyata keçiriblər. Belə ki, 6 yaşlı
uşaqlara 3-cü dərəcəli, 7 yaşlı uşaqlara 2-ci dərəcəli, 8 yaşlı uşaqlara
1-ci dərəcəli əmsallar üzrə xüsusi artırmalar tətbiq edildi, 9 yaşlı
uşaqlara isə bu əmsal "0” səviyyəli oldu, yəni baza qiymətləndirmə
saxlanıldı.
Yarışda iştirak edən bütün uşaqlar olimpiadadan sonra
keçirilən bayram konserti zamanı diplomlarla təltif edildilər. Bu
uşaqların əksəriyyəti ömürlərində ilk dəfə idi ki, diplom alırdılar.
Mükafatlandırma
mərasimi zamanı çıxış edən Hacı İlqar İbrahimoğlu keçirilən olimpiada
ilə bağlı fikir söyləyərkən maraqlı bir nöqtəyə toxundu: "Bu uşaqların
hər biri əgər bu olimpiadalarda iştirak edib bir gün dünyada elmdə söz
desələr - bu, ümmətin inkişafı deməkdir”.
I Uşaq Mövlud Olimpiadası çox təntənəli şəraitdə yekunlaşdı.
/Deyerler.Org/