
HaqqYolu - Bu sözləri Üləmalar Məclisinin rəhbəri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni deyib.
Üləmalar Məclisi rəyasət heyətinin iclasında çıxış edən qurumun
rəhbəri ayətullah Məhəmmədrza Məhdəvi Kəni dini rəhbəri Əli Xameneyinin
İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin ölümündən –
1989-cu ildən ölkəni uğurla idarə etdiyini vurğulayıb.
Məhdəvi Kəni qeyd edib ki, Ayətullah Seyyid Əli Xamenei ölkəni
layiqincə idarə edir: "Bu Allahın istəyi idi ki, o, rəhbərliyə gəlsin.
Bütün bu 22 ildə ölkədə ağır hadisələr baş versə də, dini rəhbər bu
sınaqlardan çıxaraq ölkəni idarə edib. Allah onu təsdiqləyib. Arzu
edirik ki, uzun illər yaşasın. Hətta düşmənlər də onun bacarığını etiraf
edir, heç kəsin onu əvəz edə biləcəyinə inanmır”.