MUXTAR NAMƏ |
 |
|
Bəhreynli qadınların fəryadı!
Bəhreyn xalqının etiraz səsini kəsmək üçün Əl Xəlifə rejiminə
dəstək məqsədilə Bəhreyn işğal edən Səud qüvvələrinin məhbus qadınlara
təcavüz etdiyi bildirilir.
Bəhreynli qadınların fəryadı. Səud krallığı əl Xəlifə diktatorluğuna qarşı olan Bəhreyn xalqına insanlıq xarici hücumlarını davam etdirir.
Xeber44.com
saytının Türkiyə mətbuatına istinatlı xəbərinə görə Aralarında 13 yaşlı
qızların da olduğu 100-ə yaxın Bəhreynli qadın həbsxanalarda
qarşılaşdığı insanlıq xarici və utanc verici hücumlara hər keçən gün bir
yenisinin əlavə olunduğu bildirilir. Bilinməyən yerlərdə saxlanılan Bəhreynli qadınların əksəriyyətinin işgəncəyə məruz qalır və təcavüzə uğrayır.
Bəhreynli bir xanım başına gələnləri belə izah edir: "Qapını
qırıb içəri girdilər. Evin altını üstünə çevirdilər. Hamısının başları
maskalı idi. Səud gücləri mənə fiziki güc göstərib təcavüz etdilər. "
Bir başqa Bəhreynli xanım isə fəryad edir: "Qadınlarınızın,
Qızlarınızı təcavüzə uğramasına necə icazə verirsiniz? Yad kişinin
qızlarınıza toxunmasına imkan verməyin! Bu sizin namusunuzdur,
namusunuza qarşı bunun edilməsinə bilərəkdən icazə verəcəksiniz? "
Bir şəhid qızı olan kiçik Fatimə isə göz yaşları içində bunları söyləyir: "Mən şəhid qızı Fatimə. Bir şəhid qızı olmaqdan da qürur duyuram. Bütün dünyaya səslənirəm: Hər kəsə deyirəm ki, QORXMURAM."
Bir başqa qadın isə yaşadıqlarını belə izah edir: "Gecələri gələndə yatmaq istəmirik. Mən və uşaqlarım yata bilmir.Bizə işgəncə varilir.Bu işgəncələr nəyə görədir?
Bir başqa Bahreyni xanım isə bunları deyir: "Çox
pis və ədəbsiz sözlər söylədilər mənə. Əl hərəkətləri etdilər. Necə
hərəkət etdiklərini təsvir edəcək vəziyyətdə deyiləm. Cinsi orqanını
üzümə qoymaq istədi."
Bir başqa Bəhreynli xanım isə Səud qüvvələrinin təcavüzlərini belə dilə gətirdi: "Adamlar çox çirkin hərəkət etdilər mənə. Utanc duyacağınız sözlər söylədilər."
Bir Bəhreynli xanım isə "burada söyləyəməyəcəyim hərəkətlər etdilər mənə" deyir.
|
Категория: İSLAMİ XƏBƏRLƏR | Добавил: moizeler (04.06.2011)
|
Просмотров: 357
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
Muhərrəmlik 2015 |
 |
CÜMƏ MOİZƏLƏRİ |
 |
SAYĞAC |  |
|