Bakıda açıq havada dini tamaşa olacaq
Fatimeyi
Zəhra(s.a.)nın şəhadəti münasibətilə Nardaran qəsəbəsində "Muminun” və
"Nur” İlahilər qruplarının iştirakı ilə "Ravilərin görüşü” adlı şəbeh
tamaşaya qoyulacaq.
Bu haqda İslam-Azeri.az İnternet Qəzetinə tədbirin təşkilatçıları olan
Nardaran gəncləri məlumat verib. Təşkilatçıların bildirdiyinə əsasən,
tamaşa açıq havada Xanım Rəhimə(s.ə.) ziyarətgahı önündə
səhnələşdiriləcək.
Tədbirin başlama vaxtı May ayının 6-sı, şam namazından sonraya planlaşdırılıb.
Abbas
islam-azeri.az
|