.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » İSLAMİ XƏBƏRLƏR

    Ruhanilər İslamazeri.az-ın 8 yaşını təbrik etdilər

    Artıq 8 ildir ki, fəaliyyət göstərən sayt özünə kifayət qədər auditoriya toplaya bilib.

     

    Zamanın ən çox oxunan internet qəzetlərindən biri olan "islamazeri" internet portalı 2006-cı il noyabr ayının 24-də yeni bir domenlə fəaliyyətə başlayıb. Ölkədə baş qaldıran İslamafobiyanın işıqlandırılması, İslam maarifi və dezinformasiyalara cavab saytın əsas hədəflərdən biridir. Azərbaycan İnternet məkanında ilk dəfə internet radio təsis edən “İslamazeri” portalı sonradan videoxəbərlər yayımına da başlayıb.

     

    Ölkədə islamçıların həbsindən sonra fəaliyyət hədəflərindən birinə çevrilən  İslamazeri.az ölkədə həbs olunan siyasi və vicdan məhbusları, xüsusilə İslamçı məhbuslarla bağlı daima yeni xəbərlər, məhkəmələrdən video və fotoreportajlarla yeni mərhələyə qədəm qoyub. İstər ölkə mətbuatında, istərsə də xarici KİV-də İslamazerinin xəbərlərinə istinadla məlumatlar dərc edildi və yayımlanmağa başlayıb.

    Beləliklə, İslamazeri.az ölkə mediasında öz yerini qorudu və özünəməxsus xəttilə tanınmağa başlayıb.

     

    8 illiyi münasibəti  ilə əlaqədar olaraq, İslamazeri.az-ın redaksiyasına ilahiyyatçılardan da təbrik gəlib. Öncə, saytın mətbuatda fəaliyyətini dəyərləndirən ilahiyyatçılar, daha sonra 8 yaşı tamam olması münasibəti ilə saytı təbrik ediblər.

     

    İlahiyyatçı Hacı Şahin Həsənli  öncə saytın fəaliyyətini dəyərləndirib, daha sonra isə öz təbrikini çatdırıb. Bildirib ki, sayt qısa bir müddətdə oxucuların rəğbətini qazanıb: “İslamazeri.az saytı artıq özünə yer tutmuş bir saytdır. Oxucular tərəfindən maraqla izlənilən internet qəzetlərindən biridir. Ən çox da obyektivliyi qorumağa çalışan bir saytdır. Dini mövzularla yanaşı ictimai-siyası mövzularda da çıxış etməsi saytın obyektivliyinin göstəricisdir. Bütün mövzulara obyektiv baxış sərgiləməyə səy göstərir. Ona görə də, 8 illik dövr müddətində oxucuların rəğbətini qazanıb. Mən də öz növbəmdə, başda baş redaktor olmaqla, saytın bütün kollektivini təbrik edirəm. Gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

     

    İslamazeri.az-ı təbrik edən ilahiyyatçı Hacı Nuhbala Rəhimov eyni zamanda sayt vasitəsi ilə islami bilgiləri əldə etməyin mümkün olduğunu da qeyd edib: “Mən də öz növbəmdə islamazeri.az internet qəzetinin 8 illik fəaliyyəti münasibəti ilə başda redaktor olmaqla bütün kollektivi təbrik edirəm.  Arzum budur ki, bu saytda daima İslamı təbliğ edən, islami dəyərlərə xidmət göstərən xəbərlər, təşkilatlandırmalar və əhli-beytin (ə) təbliğatı yolunda apardılan işlər uğurla davam etdirilsin. Bu saytın fəaliyyətində zəhməti olan hər bir kəsə Allahdan can sağlığı və bütün fəaliyyətlərində uğurlar arzulayıram. Artıq 8 ildir ki, bu saytın vasitəsilə islami dəyərlərə söykənən bilgilər əldə etmək olur”.

     

     

    İlahiyyatçı Seyyid Ağarəşid Talıbov da sayt rəhbərini və saytın kollektivini  təbrik edib. Bildirib ki, hər bir zamanda təbliğat və informasiya vasitələri insan cəmiyyətinin müsbət və mənfi formalaşmasında mühüm rol oynayır: “Bildiyimiz kimi, hər zamanda təbliğat və informasiya vasitələri insan cəmiyyətinin müsbət və mənfi formalaşmasında mühüm rol oynayır. Məsələn, İmam Əlinin (ə) namaz qılmasına şəkk edən şamlılar ona görə bu qənaətə gəlmişdilər ki, Müaviyə rejiminin "zəhərli təbliğatı" gecə-gündüz bu sahədə çalışırdılar. Deməli Məsum bir insanın barəsində mənfi fikir yaradan və yaxud Yezid kimi "qaniçəni", xəlifə kimi təqdim edən də Üməyyə təbliğatıdır. Həmçinin tez bir zamanda İslam dininin bütün Ərəbistan yarımadasına-Hicaza yayılmasında da əziz Peyğəmbərimiz Məhəmməd (s.ə.a.s) və onun mübarək sahabələrinin danılmaz əməyi olmuşdur. Bu iki sadə misaldan bizə aydın olur ki, informasiyanın cəmiyyətin düşüncə tərzinə boyük təsiri vardır. Bu gün ki, zamanımızda bu ağır məsuliyyəti boynuna götürən kütləvi informasiya vasitələrindən biri də İslamazeri.az saytıdır. Dini və ictimai xəbərlərin yayılmasında müstəsna rolu olan bu sayt doğma Azərbaycanımızın vətəndaşları tərəfindən sevilən və izlənilən saytlarındandır. Mən öz növbəmdə bu saytın 8 yaşı olması münasibəti ilə başda saytın rəhbərliyi olmaqla bütün əməyi olan əzizləri təbrik edirəm. Allahdan İslamazeri.az saytının daha da uğur qazanmasını diləyirəm. Allah İmam Hüseynə (ə) xatir , hər vasitə ilə İslam dininin insanlara düzgün çatdırılmasında zəhməti olanları müvəffəq etsin ! Amin”

     

    Sonra İslamazeri.az-ı təbrik edən ilahiyyatçı Seyyid Şəhadət həmçinin saytın haqqın carçılarından biri olduğunu vurğulayıb:

     “İslamazeri saytı bu səkkiz il ərzində çoxlu təzyiqlərə məruz qalmağına baxmayaraq, İslami heqiqetleri layiqincə cəmiyyətə çatdırmış, zülmlə mubarizə aparmış və haqqın carçılarından olmuşdur. Biz öz növbəmizdə sayıtın səkkiz yaşı münasibəti ilə, başda sayta həmişə mənəvi dəstək olan Hacı Abgül Süleymanova, baş redaktor Hacı Ramin Bayramov və digər qardaşlar olmaqla səmimi qəlbdən təbrik edir və uca Tanrıdan müvəffəqiyyətlər arzulayırıq.”

     

     

     

    Daha sonra ilahiyyatçı Vüqar Qarabağlı da öz təbrikini saytın redaksiyasına göndərib. Bildirib ki, bu saytın bu qədər inkişafı maddi-texniki imkanlardan daha çox kollektivin şövqü və Allaha, vətənə, xalqa xidmət etmək istəklərinin böyüklüyü hesabına mümkün olub: “Ölkənin xəbər saytları içərisində doğruçuluğu, ədalətpərəstliyi ilə seçilən və ən qabaqcıllardan olan İslamazəri xəbər portalının 8 yaşı olur. Bu münasibətlə baş redaktor Ramin Bayramov başda olmaqla saytın bütün kollektivini səmimi qəlb ilə təbrik edirəm. İslamazəri 8 ildə çox böyük və şərəfli tarix yarada bilibdir. Tam əminliklə deyə bilərəm ki, bu saytın bu qədər inkişafı maddi-texniki imkanlardan daha çox kollektivin şövqü və Allaha, vətənə, xalqa xidmət etmək istəklərinin böyüklüyü hesabına mümkün oldu. İslamazəri "mümkünsüz bacardı" desək daha doğru olar. Təsis olunduğu gündən hər zaman haqqın carçısı rolunu oynadı. Azərbaycanın KİV dünyasında çox irəliləmişlər arasında İslami simanı çox məharətlə ifadə edə bildi. Məhz buna görə bütün kollektivi təbrik edirəm və sükanı belə saxlayın deyirəm”.

     

    “Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri, ilahiyyatçı Ruhullah Novruzzadə isə deyib: “Bağışlayanın adı ilə. Tarixdə tarix yazanların sayəsindədir ki bu gün Əhlibeytin (ə) məqamı, hədəf və amalları bizə aşılanıb. Səkkizinci ilini başa vuran islamazeri.az saytıda öz növbəsində müasir tərzdə tarix yazıb və ümumən islamın ictimai, siyasi, mədəni işlərini xüsusəndə ölkədə olan müqavimət ruhiyyəsinin qorunmasında və inkişafında böyük rola sahib olub. Bu saytın sayəsindədir ki, ölkənin islam fədailəri olan Abgül Süleymanov, Mövaüm Səmədov, Tale Bağırzadə və Fəraməz Abbasovun  cəmiyyətdə  tanıdılmasında, amallarınınçatdırılmasında əvəssiz rola malik olub.
    Bunun üçün başda saytın baş redaktoru Ramin Bayramov və onun yardımçısı Tural Əli olmaqla gəlmiş, keçmiş bütün kollektivinə dərin minnətdarlığımı bildirirəm. Media savaşının alovlandığı bu zəmanədə bu ağlr yükü öhdələrinə götürdükləri üçün əllərindən öpürəm.”

     

    İlahiyyatçı Bəruz Camal da təbriklərə qoşularaq deyib: “Əvvəla öz növbəmdə islamazəri.az əməkdaşlarını 8 illik faliyyətləri münasibəti ilə təbrik edirəm. Qeyd edim ki, sayt bu səkkiz illik fəaliyyəti müddətində öz səpkisi, üslubu ilə seçilən dini media və KİV-lər arasında kifayət qədər nüfuza malikdir. Əlbəttə zaman-zaman müyyən nöqsanlara yol verilsə də, cəmiyyətimizdə maariflənmə sahəsində az iş görməmişdir. Təbiiki səhvlərimiz üzərində öyrənir və günü-gündən praktikamızı artırırıq. Xüsusən də Şərq dünyasının ictimai-siyasi vəziyyətinin canlandırılmasında və hadisələrin analizi, ictimaiyyətə vaxtında və dəqiq ötürülməsi sahəsində xüsusi uğura malikdir. Bundan sonra da fəaliyyətlərində davamlılıq və yeni uğurlar arzulayıram.”

    Категория: İSLAMİ XƏBƏRLƏR | Добавил: moizeler (24.11.2014)
    Просмотров: 408 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -