
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
İbrahimov
Mübariz Ağakərim oğlu (7 fevral 1988, Əliabad, Biləsuvar, Azərbaycan
SSR – 19 iyun 2010, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan) —
Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı,
Azərbaycanda "ilin adamı" (2010).

Həyatı
Mübariz
İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində
anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta
məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini
başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri
xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı
Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində
başa vurub.
 Bir
müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında
yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət
sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət
etməyə başlayıb.
Qəhrəmanlığı
Təsdiq
edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30
radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir
kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox
sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra
isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla
təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif
cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında
qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz
Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının
(ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu
ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün
qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə
verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz
Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə
aşağıdakılar qərara alınmışdır:

Rəsmi
məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının
müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna
xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.
Atası
Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat
5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki.
Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim,
mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu
tapmışdılar..."
Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə
bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq
təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində,
Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan
hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid
olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6
noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç
Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

Bir
gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində
keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali
baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri
xiyabanda dəfn olunub.
2010-cu il noyabrın 11-də Təzəpir
məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli
Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş
baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.
Dövlət tərəfindən aldığı yüksək qiymət
 Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz
Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının
(ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu
ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün
qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə
verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz
Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə
aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə
Mübariz İbrahimovun adının verilməsini təmin etsin. 2. Biləsuvar
Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz
İbrahimovun adının verilməsini təmin etsin.
"Azərbaycanın Milli
Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040
nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar
şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı
Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
"Palmali"
Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz
İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də
Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə
suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını
dünya sularında tanıdır.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu
və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi
şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş
etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun
sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi
ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə,
Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını
bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə
yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı" elan edib.
Son məktubu
 "Canım,
atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür.
Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid
olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın.
Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq
yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm.
Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Hərbiçi dostlarının xatirəsi

"Mən
onunla ilk dəfə tanış olanda 22 yaşı var idi. Həmişə deyirdi ki, əlimə
silah düşsə, erməniləri qırıb-batıracam. Əvvəllər fikirləşirdim ki,
cavandı, beyni dumanlıdı, yəqin ona görə belə danışır.
Lakin bir
gün əmin oldum ki, Mübariz həqiqətən də dediyini edən oğlan imiş. O,
şəhid olan gün mən hərbi hissədə növbətçi idim. Səhər növbəni təhvil
verəndə zabit yoldaşlarım dedi ki, bəs, bizim gizirlərdən biri keçib
ermənilər tərəfə, onları qırıb, məhv edib. Öz-özümə fikirləşdim ki,
görəsən hansı gizir bunu edib. Evə gəldim, televiziyada xəbərləri
izləyəndə Mübariz İbrahimovun şəklini gördüm. Bir anlıq şoka düşdüm.
Demək, erməniləri qırıb-batıran gizir Mübariz imiş. Üç gün özümə gələ
bilmədim. Televiziyada onun şəklini görəndə yadıma düşdü ki, Mübariz bir
vaxtlar bunu edəcəyini demişdi.

Biz
onunla fəxr edirik.Biz Mübarizi heç vaxt unutmayacağıq. Elə ermənilər
də Mübarizi heç vaxt unutmayacaq. Çünki o, düşmənin içinə girib yüzlərlə
erməni hərbçisi ilə təkbaşına 5 saatdan artıq döyüşmüşdü. Qaranlıq
vaxtı ona bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi döyüşüb və yalnız
hava işıqlananda Mübarizi snayperlə vurmuşdular. Ermənilər hətta onun
ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar”.
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|