İslamın böyük rəhbəri müsəlmanları səy etmək və çalışmaq üçün təşviq
edər və tənbəllikdən uzaq olmağa dəvət edərdi. Zəhmətkeş insanlara
həmişə hörmət edər və ehtiram qoyardı. Əksinə, tənbəl insanlara qarşı
soyuq davranar və özünün narazı olduğunu biruzi verərdi.
Ənəs ibni Malik nəql edir: "O zaman ki, Peyğəmbər (s) Təbuk
döyüşündən qayıdırdı, Səid Ənsari onu qarşılayır. Həzrət (s) onunla
salamlaşır və onun əlini çox kobud görür. Həzrət (s) buyurur: "Əlinə
dəyən bu zədə nədir?” Dedi: "Ya Rəsulallah! Mən kəndir və bel ilə
işləyirəm. Gəllirim ilə ailəmin ehtiyacını ödəyirəm”. Həzrət (s) onun
əllərini öpür və buyurur: "Bu, o əllərdir ki, atəş ona toxunmaz”.
Əbi Əmru Şeybani deyir: "İmam Sadiqi (ə) gördüm ki, əlində beli və
əynində kobud bir paltar var idi. İşləyir və tər tökürdü. Ona dedim:
"Beli mənə verin ki, sizin işinizi mən görüm”. Həzrət (ə) buyurdu: "Çox
sevirəm ki, bir kişi qazanc əldə etmək üçün günəşin istilinin əziyyətini
çəksin və ona dözsün””.
Qurani-Kərimdə oxuyuruq: "Və insan üçün etdiyi səy və təlaşdan başqa
bir şey yoxdur”. ("Nəcm” 39). "Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari
xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır.
Həmçinin qadınların qazandıqlarından payları vardır”. ("Nisa” 32).
İnsan qazanc dalınca gedən zaman bəzi məsələlərə riayət etməlidir.
1. Halal ruzi dalınca gedin. Haram və şübhəli qazanclardan çəkinin.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, hansı yoldan qazanc əldə
etdiyinə əhəmiyyət verməz, Sübhan Allah da onu hansı yolla cəhənnəmə
aparmaqlarına əhəmiyyət verməz.”
2. Bacardığı qədər gününə qənaət etməlidir. Məsələn bütün bir günü
bir dinar qazanıbsa, ancaq gündəlik xərci bu dinarın üçdə biri
qədərdirsə, üçdə bir qədər iş görsün və qalan vaxtını isə ibadətə sərf
etsin. Ya da bir gün işləyib, iki gün ibadətlə məşğul ola bilər. Bir
illik gəlir yığmaq da olar. Ondan artığı isə təhlükəlidir. Şeyx Səduq
Həzrət Peyğəmbərdən (s) nəlq edir ki, buyurub: "O kəsin ki, bədəni
sağlamdır, bir gecə-gündüzünün xərcinə malik olarsa, sanki bütün dünyaya
malik olmuşdur. Ey Cəşəmin oğlu! Sənə lazım olan şey birinci o yeməkdir
ki, aclığını aradan aparsın. İkinci paltardır ki, bədənini örtsün. Əgər
evin olsa, daha yaxşı olar. Əgər minik vasitəsi də bunlara əlavə
olarsa, çox ali olar. Ancaq əgər bunlar hazır olmasa, çörəklə suyun olsa
kifayətdir. Çünki bundan qeyrisinin ya əzabı vardır, ya da hesabı”.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, ruzisinə görə qəmgin olar, onun
üçün günah yazılmış olar”. Kəlib Seydavi İmam Sadiqə (ə) deyir:
"Allahdan mənim üçün ruzi istəyin. Həyatım bir-birinə qarışmışdır”. İmam
(ə) cavab verir: "Yox. Evindən çıx və çalış”.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, ailəsini dolandırmaq üçün
çalışar, halal yolla onların ehtiyacını aradan aparar, Allah yoluda
cihad edənlərin savabına malik olar”.
Beləliklə, deyə bilərik ki, İslam dini həmişə müsəlmanları zəhmətə və
halal yolla ruzi qazanmağa təşviq etmiş və bu yolla onların ehtiyacsız
olacağını vəd etmişdir. Hər kim zəhmət çəkərsə, Allah ona ruzi verər.
Tənbəl insan durduğu yerdən ruzi qazanacağını güman etməsin. Bu, həm bir
müsəlmanın izzətinə yaraşmayan bir əməldir, həm də başqalarına möhtac
olmaq dinimizin bəyənmədiyi bir işdir.
(Tebyan/ Deyerler.org)