Elm! Nədənsə bu söz deyiləndə yadıma müsəlmanlar düşür.
Siz məni qınaya bilərsiniz ki, niyə məhz müsəlmanlar? Məgər
onlardan əvvəl və sonra və ya müasir dövrümüzdə elm əhli elmi kəşflər
edən qeyri müsəlmanlar yoxdur? Onların elmi kəşflərinin müsəlmanlara nə
kimi aidiyyatı var? İradlara cavab
İradlara
cavab olaraq demək istəyirəm ki və mənim dəyişməz iddiam budur ki, yer
üzündə olan bütün elmlərin (hətta müasir elmi kəşflər də bura daxildir)
əsası müsəlmanlara qayıdır. Əgər biz keçmiş tarixi insafla araşdırsaq
görərik ki,müasir dövrümüzdə olan bir çox elmlərin əsasını müsəlmanlar
qoymuşdur. Mən bir neçə nümunə göstərməklə fikrimi subut etməyə
çalışaram.
Riyaziyyat
Riyaziyyatda
müsəlmanların xidmətləri o qədər çoxdur ki,onların bu sahədəki
xidmətləri bugünkü Avropada böyük bir heyranlıq doğurmuşdur.Paris İslam
İnstitunun keçmiş professorlarından olan Jak(Jacques) Risler
deyir:"İntibah dövrümüzün müəllimləri müsəlmanlardır.” Gauter isə
:"Yalnız cəbri deyil,digər riyaziyyat elmlərini də Avropa müsəlmanlardan
almış olduğu kimi,bugünkü qərb riyaziyyatı,həqiqətən də İslam
riyaziyyatından başqa bir şey deyildir”deyərək tarixi həqiqəti etiraf
etmişdir.Hər şeydən əvvəl,rəqəmləri Avropalılara öyrədən müsəlmanlar
olmuşdur.Təəssüf ki,işlədilməsi çətin olan Roma rəqəmlərini buraxıb Hind
rəqəmləri deyilən bu rəqəmləri Avropa,müsəlmanlardan bir neçə əsr
sonra əldə etdi.İlk dəfə Cənubi Afrikada müsəlman müəllimlərindən dərs
alan səyyah Pizalı Leonardo Fibonnacci,1202-ci ildə yazdığı əsərində
islam rəqəmindən istifadə etmişdir.Sıfırdan ilk dəfə istifadə edən
Xarəzmi,cəbrin təməlini qoymuş, "Əl-Cəbr vəl-Muqabələ”adı altında ilk
cəbr kitabını yazmışdır.Həmin kitabın adı olan Əl-cəbr,qərb aləminə
algebra deyə cüzi bir tələffüz dəyişikliyi ilə keçmişdir.Xarəzminin
yenilikləri əsasən bundan ibarət idi:O,ilk dəfə olaraq,riyazi tənlikləri
sadələşdirmək üçün tənliyin bir tərəfindəki kəmiyyətləri əks işarə ilə
tənliyin o biri tərəfinə keçirməyi təklif etmişdi.Yəni "bərabər”
işarəsindən sağda yerləşən bütün "müsbət” riyazi kəmiyyətlər
"mənfi”işarə ilə sol tərəfə keçə bilər və əksinə.Xarəzmi bu üsulu "cəbr”
adlandırmışdır.Həmçinin,o,subut etmişdir ki,tənliyin hər iki
tərəfindəki bərabər kəmiyyətlərini ixtisar etsək,tənlik yalnız sadələşər
və cavabı dəyişməz.Bunu isə Xarəzmi "muqabələ”adlandırmışdır.Miladi XII
əsrdə kitab ərəbcədən latın dilinə tərcümə edildikdən sonra,avropalılar
da bu riyazi əməliyyatlar barədə təsəvvür əldə etdilər.O zamandan
etibarən,cəbr elmi avropalaşdırılaraq, "algebra” adlandı.Xarəzmi bir və
iki dərəcəli tənliklərin həllini vermiş,kvadrat tənliklərin iki kökü
olduğunu göstərmişdir.O,həndəsədə çox işlədilən və çevrə uzunluğunun
diametrə nisbətini bildirən "Pi” ədədi üçün 3,1416 ədədini müəyyən
etmişdir ki,bu da müasir hesabatların nəticələrinə xeyli
yaxındır.Maraqlıdır ki,riyaziyyatın əsas terminlərindən sayılan
"alqoritm” sözü "əl-Xarəzmi” adının latınlaşdırılmış variantıdır. Bu
riyaziyyatçılardan biri də Sabit ibni Qürrədir.Sabit mürəkkəb nisbətlər
nəzəriyəsinin əsaslandırılması problemi ilə məşğul olan ilk şərq
riyaziyyatçısı sayılır.Sabit ibni Qürrə ilk dəfə olaraq,həndəsi
kəmiyyətlər üçün də "vurma” və "bölmə”, "hasil” və "qismət” terminlərini
işlətmişdir.Onun ən diqqətə layiq çalışmaları düz və maili
silindirin,ellipsin və ellips seqmentinin hesabatlarına aiddir.O
silindirin ən böyük və ən kiçik kəsiklərini araşdırmış,silindir səthinin
iki müstəvi kəsiyi arasında qalan hissəsinin sahəsinə aid teoremləri
isbat etmiş,parabolik seqmentin ikiqat və fırlanma paraboloidinin üçqat
böyüdülməsi məsələsini həll etmişdir.(İslam Tarixi 3-cü hissə səhifə
410. Natiq Rəhimov 2006) Riyaziyyat sahəsində
Avropaya müəllimlik edən müsəlman alimlərindən biri də Bəttanidir.Jak
Rislerə görə triqonometriyanın həqiqi icadçısı Bəttanidir.Sinusu da kəşf
edənlər müsəlmanlardır.Keçmiş müsəlmanlar sinusa ceyb
deyirdilər.Avropalılar isə bunu tərcümə edərkən sinus
adlandırmışlar.Müsəlmanlara görə,hesabın mövzusu ümumi olaraq
rəqəmlər,onların təbiəti,növləri,kombinə edilməsi,dörd
əməl(toplama,çıxma,vurma,bölmə)üsullarıdır.
Fizika
Fizika elmində də müsəlmanların üstün
xidmətləri olmuşdur.Əhməd ibn Musa,”Ə la Nizamlar” adlı əsərində 100-ə
qədər avtomatik nəzarət sistemli alətin təsvirini vermişdir.Digər
müsəlman alimi,Əbdül İzz İsmail əl-Cəzəri isə,Kitabul-hiyəl adlı
möhtəşəm əsəri ilə kibernetikanın qurucusu olmuşdur.Fərabi səsin fiziki
izahını vermişdir.İbn Qərarə ilk torna dəzgahını quraşdırdı.İlk uçuş
təcrübəsini İsmail Cövhəri həyata keçirtsə də,özünün ölümü ilə
nəticələndi.Hazərfən Əhməd Çələbi isə qəzasız bəlasız uçmağa nail
oldu.Təyyarənin ilk təcrübələrini 880-ci ildə İbn Firnas adında bir
islam alimi etdi.Quş tükü və parçalardan istifadə edərək düzəltdiyi
təyyarə ilə uzun vaxt səmada qaldı və süzərək yerə endi.Qərb aləmində
isə yalnız,Rayt qardaşların 1903-cü ildə təyyarə ilə uça bildiklərinə
şahid oluruq.
Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini
bu gün hamı deyir.Halbuki,Razidən Biruniyə,hətta Xazəniyə qədər,İslam
alimlərinin,yerin cazibə qüvvəsi ilə əlaqədar çalışmalar etdikləri göz
qabağındadır.("Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c
1,səh 8-9) Professor i.Həqqi,öz əsərində (İslam
mütəfəkkirləri ilə qərb mütəfəkkirləri arasında müqayisə səh 17) yerin
cazibə qüvvəsinin isbatının Nyutondan çox-çox əvvəl Razi tərəfindən kəşf
edildiyini ifadə edir.
Kimya
Kimya
dedikdə də Cabir ibni Həyyan yada düşür.Onun kimyada açdığı
cığır,Priestley və Lavoisierdən heç də aşağı deyildir,hətta daha da
mühum sayılır.Kordano onu dünyanın 12 dahisindən biri sayır.Cabir,bir
neçə əsr əvvəl təsis etdiyi xüsusi laboratoriyasında apardığı çalışmalar
nəticəsində bir çox sulfat turşusu kəşf etmiş və ixtiraları ilə məşhur
olmuşdur.Həkim olduğu qədər də böyük bir kimyaçı olan Razi də sulfid
turşusu,saf spirt əldə etmişdir.Bəşir Brantdan əvvəl fosfuru kəşf
etmişdir.Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişdir.Havan
topu,Sultan Fatehin(1432-1481) kəşfidir.İlk raketi də düzəldənlər də
müsəlmanlardır.("Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c
1,səh 9)Qədim Misir,yəhudi,Babil,Çin,hind və yunan alimləri qızıl əldə
etmək vasitələrini öyrənmək üçün uzun əsrlər boyunca baş
sındırmışdılar.Cabir ibni Həyyan öz əsərlərində kimyanı danmasa da,hər
halda,primitiv usullarla qızıl almağın əleyhinə çıxırdı.O,hər hansı
maddəni yalnız özünəməxsus xususiyyətlərdən məhrum edib öldürəndən
sonra,onu digər maddəyə çevirməyin mümkünlüyünə inanırdı.Cabir ibni
Həyyanın əsas çalışmaları paktiki kimya sahəsindədir.O,xurafatdan
uzaq,real təcrübələrə əsaslanan yeni kimya elminin banislərindən
sayılır.Avropanın cəhalət girdabında boğulduğu bir əsrdə Cabirin elmi
fəaliyyəti ümumdünya əhəmiyyətə malik idi.Sonralar qərb alimləri onun
kitablarını oxuyaraq tədqiq etmiş və bir çox elmi kəşflərə nail
olmuşdular.Cabir öz yaradıcılığı ilə qərbin elmi intibahına yol
açmışdır.Elə buna gorədə bəzi müsəlman alimlərinin dediyi kimi,orta
əsrlərdə Cabiri xristianlar müsəlmanlardan daha yaxşı
tanıyırdılar.(Qərbdə o "heber,”əsərləri isə "heber traktatları,”kimi
məşhur idi.) Cabir ibni Həyyanın elmi məhsuldarlığı barədə fantastik
rəqəmlərə rast gəlmək olar.Bəzi tədqiqatçlar onun yalnız kimya sahəsində
500 kitab müəllifi olduğunu yazırlar. Qısa olaraq
Viardotun ifadəsi ilə desək;"Müsəlmanların kimyaya
xidmətləri,riyaziyyatdakı təsirlərindən heç də az deyildir.”
Bəli,müsəlman alimlərin kəşf və çalışmaları müasir kimyanın bünövrəsini
təşkil etdi.
Astronomiya
Araşdırdıqda
görürük ki,Astronomiya müsəlman alimlərin ən çox məşğul olduqları bir
sahə olmuşdur.İslam ölkələrinin demək olar ki,böyük şəhərlərinin hər
birində rəsədxanalar var idi.Müsəlmanlar yüksək təcrübə və incələmələr
nəticəsində əldə etdikləri nailiyyətlərlə elm dünyasına əsrlərcə
gediləcək yol göstərdilər.Müsəlman alimləri Tixo Braqe,Kopernik,Qaliley
kimi bir çox qərb alimlərinə də ilham mənbəyi olmuşdular. Jak Risler
müsəlmanların intibah dövrünə necə təsir etdiklərindən bəhs edərkən belə
deyir: "Müsəlman astronomlar,riyaziyyat elmləri səviyyəsində intibah
dövrümüzə müsbət təsir etdilər.” Müsəlmanlar bu
elmin inkişafına böyük əhəmiyyət vermişlər.Digər tərəfdən bu elmi sadəcə
bir nəzəriyyə olmaqdan çıxarıb,rəsədxanalar təsis edərək öz bilik və
təcrübələrini tətbiq
etmişlər.Bağdad,Qahirə,Kordova,Marağa,Səmərqənd,Buxara və digər İslam
mərkəzlərində təsis edilən rəsədxanalar bu elmi daha da inkişaf
etdirmişdir. Müsəlman alimləri,tul(başlanğıc
meriadından uzaqlıq)dairələrini hesablamışlar,yeri ölçmüşlər,yerin kürə
şəklində olduğunu kəşf etmişlər.Bir çox zayiçələr(ulduzların müəyyən
vaxtlardakı yerlərini və hallarını göstərən cədvəl.Buna zeyc və zic də
deyirlər.)hesab cədvəlləri düzəltmiş,üstürlab(Əvvəllər ulduzların
hərəkətlərini və uzaqlığını hesablamaqda işlədilən bir alət
növü)alətindən istifadə etmişdilər.Ayın hərəkətində bəzi librasiya
növünü ilk aşkar edən musəlman alimi Buzcanidir. Bəttani
günəş ilinin uzunluğunu hesablamış,ulduzların bir çoxunun yerini təsbit
etmişdir.Günəş ləkələrindən ilk bəhs edən yenə
müsəlmanlardır.Müsəlmanlar ,sabit ulduzlara dair cədvəllər tərtib
etmişdilər.Əbdurrəhman Əs-Sufinin bu barədə bir əsəri vardır.Həmin alim
çəkdiyi şəkilli xəritələrində mindən çox ulduz göstərmişdir.(min
deyiləndə məqsəd min ədədinin özü deyil.Çoxluğa işarədir.Bu ərəblərə xas
olan xususiyyətdir,lakin tərcümə zamanı min olduğu kimi yəni ədəd
kimi,qeyd olunub.) ("Bilime yön verən İslam
alimləri”(giriş)İstanbul-1996.c 1,səh 7)Bəttani illik
presessiyasının(yer kürəsinin həm öz oxu,həm də günəş ətrafında
fırlanmasından yaranan mürəkkəb hərəkəti)qiymətini Ptolemeye nisbətən
(36”)daha dəqiqliklə (54,5”)hesablamışdır (müasir hesabatlar nəticəsində
50,3” olduğu müəyyən edilmişdir)Bəttani ilin 365 gün 5 saat 46 dəqiqə
24 saniyə olduğunu dəqiqliklə müəyyən etmişdir.O,sinus,tanges və
kotankens anlayışlarını riyaziyyata daxil etmiş ilk alim
sayılır.Bətttani keçmiş alimlərin astronomik hesabatları üzərində
düzəlişlər də aparmışdır.
Biologiya
Müxtəlif
fikir və elm adamların təbiətin,xüsusilə canlı varlıqların yaranması və
inkişafının öyrənilməsinə çalışmışlar.Həmin elm adamlarından ilk
dövrlərəd(VIII əsr)diqqəti cəlb edəb alim Ən-Nəzzamdır.Daha sonra onun
tələbələrindən Əl-Cahiz ümumi biologiya və zoologiya mövzusunda
diqqətəlayiq fikirlər söyləmişdilər. "Kitabul-Həyəvan”adlı əsəri,həm
zoologiya həm biologiya baxımından mühum yer tutur.Sonralar X əsrdə
başda Əl-Biruni,İbn Sina və İxvani Səfa olmaqla bir çox alimlər
biologiya sahəsində mühum fikirlər irəli sürmüşlər.Xüsusən Əl-Biruninin
"Kitabul Malil-Hind” və "Kitab əl-Asar əl-Baqiyə”adlı əsərlərində ümumi
biologiya ilə əlaqədar məlumatlara çox rast gəlinir.Daha sonra IX və X
əsrlərdə yetişən digər alimlərdən əd-Dinavərinin "Kitabun-Nəbat,”İbn
Küteybənin "Uyunul-əxbar,” və İbn Vəhşiyyənin "Kitabul-Filaha” adlı
əsərlərində ümumi bologya ilə bağlı çox dəyərli məlumatlar vardır.Şərq
İslam dünyasında biologiya ilə məşğul olan alimlərdən bəhs edərkən
Ən-Nəzzamın nəzəriyyəsini deməmək haqsızlıq olardı.Ən-Nəzzamın bu günkü
təkamül nəzəriyyəsinə oxşar bir nəzəriyyənin ilk təməlini qoymuşdur.Bu
onun Kumun(gizlilik),Zuhur(aşkarlıq) və Tədaxul nəzəriyyəsidir.Nəzzama
görə,varlıq və onun əmələ gəlməsi,təkamül nəticəsində olmuşdur.Belə bir
nəzəriyyə elm tarixində ilk dəfə ortaya atan da o olmuşdur.Bəziləri hər
nə qədər təkamül nəzəriyyəsinin kökünü qədim yunan fəlsəfəsinə,xüsusilə
İyonlulara və Aristotelə aparıb çıxarsalar da,bu doğru
deyildir.Çünki,"İdeal of Nature”nin müəllifi Vudsidenin də dediyi
kimi,Yunan fəlsəfəsində haqqında danışılan şey,varlığın bir haldan başqa
bir hala bir dəfə dəyişməsidir,təkamülləşməsi
deyildir.Məsələn,Aristotel də bir varlıq qüvvə halından fel halına,yəni
statik vəziyyətdən dinamik,yoxluqdan sadəcə varlığa keçir,fəqət bir
varlığın vaxt ərzində fasiləsiz dəyişməsi yoxdur.(daha geniş məlumat
üçün "Cosmological Evolutionism İn İslamic Thought " adlı əsərə muraciət
edin)Təkamül nəzəriyyəsinin ilk dəfə yaradılması Nəzzamın adı ilə
bağlıdır.Nəzzamın fikirləri,onun məşhur tələbəsi əl-Cahiz tərəfindən bir
daha elmi şəkildə əsaslandırılmışdır.Nəzzamın daha çox fəlsəfi
mahiyyətli fikirləri,əl-Cahiz ilə birlikdə bioloji sistem təşkil
edir.Əl-Cahiz "Kitabul-Həyəvan” adlı əsərində heyvanların yaşayışı və
təkamüllərdən bəhs edir.Onların psixologiya və sosiologiyasını
incələyir.Adı çəkilən əsərində əl-Cahiz,Lamarck və Darəin kimi müasir
təkamülçülərdən tam on əsr əvvəl,onların təkamül nəzəriyyələrindən daha
bir mükəmməl və ideal bir fikir irəli sürmüş,ətraf mühitin təkamüldə
böyük rol oynadığını,təbiətdə təbii bir seleksiya olduğunu daha gözəl
bir şəkildə ifadə etmişdir. Darvinin materialist və mexaniki təkamül
fikrinə qarşı,əl-Cahiz toxunduğumuz kimi,ideal bir fikir ortaya
atmışdır.Beləki,təkamülün səbəbi biləvasitə Allahdır və təbiətə belə bir
qanunu o qoymuşdur. O,nəzəri olaraq biləvasitə Allahın,istərsə
meymunu insan,insanı da meymun edə biləcəyini açıqca ifadə etmişdir.
(Prof.Mehmet Bayraqtar "İslamda Bilim və Texnologiya Tarixi” səh
172-174).
Botanika
Botanika
ilə əlaqədar ilk çalışmalar və əsərlər,VIII əsrdən etibarən ortaya
çıxmağa başlamışdır.Cabir ibni Həyyan,Əbu Nadir ibn Şumeyl və Əbu Zeyd
Əl-Ənsari Bəsrədə,İbnul-Siqlit də Kufədə botanika ilə məşğul olan mühüm
alimlər olmuşlar.Eyni əsrdə Əbu Səid əl-Əsmainin "Kitabul-Nəbat
vəş-Şəcər”adlı əsəri çox məşhur botanika kitablarındandır.Məşhur
botanikaçılardan (IX əsr)Zəkəriyyə əl-Razini,İbn Cülcülü,Əli ibn Abbas
əl-Məcusini və Əli ibn Rəbban ət-Təbərini də misal göstərmək olar.Böyük
müsəlman alimi Biruni çalışmalar və sınaqlar etmiş,xüsusilə bəzək bitki
və çiçəkləri üzərində çalışmışdır. Həmçinin İslam mütəfəkkəri İbn Sina
öz "Şəfa” kitabında bitgilərə xüsusui yer ayırır.Əndəluslu alimlərdən
xüsusilə İbn Baccə "Kitabul Təcribətəyn”adlı əsərində bitkilərin tibbi
faydalarına toxunmuş, "Kitab fil-Nəbat”adlı əsərində isə,bitkilərin
fizologiyası ilə məşğul olmuşdur.Daha sonra XII əsrin sonlarında İbn
Baytar əl-Qafiki bitki anatomiyası ilə maraqlanan alimlər arasında
xüsusi yer tutur.Orta əsrin ən böyük botaniki və əczaçısı ibn Baytarın
1400-ə qədər bitki və dərman anladan kitabları XVI əsrə qədər bütün
dünya alimlərinə bələdçi rolunu oynamışdır.İbn Əvvam əkinçilik kitabı
ilə orta əsr boyunca elm dünyasına özünü tanıtmışdır.Botanika mövzusunda
Biruni bitki çiçəkləri üzərində xüsusi çalışmaları ilə diqqəti
çəkir.Biruni,çiçəklərin taç yarpaq sayının 3,4,5,6 və 18 olduğunu,7 və 9
taç yarpaqlı heç bir çiçəyin normal şəraitdə olmadığını təcrübədən
keçirtmişdir.Bitki çiçəklərinin yarpaq sayının ədədi aritmatik
silsiləyə yox,həndəsi silsiləyə uyğun olduğunu söyləmişdir. Bitkilər və
ağaclar arasında sevgi və nifrət vardır.Bəzi bitkilər və ağaclar
bir-birlərini sevir,bəziləri də yox.Məsələn,İbn Vəhşiyyə, "Nəbatların
Əkinçiliyi”adlı kitabında belə yazır: "Surətləri arasında oxşarlıq olan
tərəvəz bitkiləri bir-birinə kömək edərlər,simpatiya hiss edərlər və
yaxşı inkişaf edərlər.Halbuki bir-birləri arasında oxşarlıq
olmayanlar,əksinə bir-brinə antipatiya hiss edərlər,bir-birlərini
zəiflədir və inkişafına mane olurlar.(ibn –Əvvam,
"kitabul-Filaha”(tərc.)J.J. Clement-Mullet,Paris-c 1,səh 518) Eyni
fikirlər,yüz illər sonra,bəzi İtalyan Piza universitetinin
botanikaçıları tərəfindən bu günlərdə yeni bir nəzəriyyə imiş kimi
ortaya çıxarılmışdır.İtalyanların, müsəlmanların fikirlərinin təsirində
qaldıqlarını söyləmək heç də çətin deyil.Apardığım araşdığım zamanı
maraqlı bir faktla da rastlaşdım.Beləki, İbnul-Əvvamın "Kitabul-Filha”
adlı əsəri 1802-ci ildə Banqueri tərəfindən İspaniya dilinə və 1864-cü
ildə Klement-Mullet tərəfindən Fransız dilinə tərcümə olunub və böyük
rəğbətlə qarşılanıb.
Zoologiya və baytarlıq
Müsəlman alimləri (VIII
əsr)zoologiyada da öz sözlərini demişdir.Mən burada Əbi Nadir İbn
Şumeylin,əl-Əsmainin,Əbu Xatim əs-Sicistaninin adını çəkə bilərəm.Elmi
zoologiya isə ən-Nəzzam və əl-Cahiz ilə başlayır.Əl-Cahizin
"Kitabul-Həyəvan”əsəri zoologiya sahəsində çox məşhur bir əsərdir.Bu
Zoologiya elmi üçün və Zoologiya haqqında yazılan bir çox (bəlkə də
hamısı)kitablara müqəddimə rolunu oynadı.Yalnız heyvanların fiziki və
bioliji quruluşu deyil bu əsər,eyni zamanda heyvan sosiologiyası və
psixologiyasına da toxunan ilk əsərdir.Bu baxımdan da həmin əsər
digərlərindən fərqlənir və böyük əhəmiyyət kəsb edir.Daha sonra Kindi
zoologiya ilə maraqlanmış və bu barədə bəzi əlyazmaları olsa da bu bizə
gəlib çatmayıb.İbn Qüteybə "Uyunul-Əxbar”kitabında zoologiya xüsusi yer
tutur.İbn Sina "Şəfa”kitabında,Biruni,İbn Baccə və İbn Rüşd müxtəlif
əsərlərində heyvanlardan bəhs ediblər.Miladi XIV əsrdə zoologiya
mövzusunda ensiklopedik əsərlər yazılmağa başlanır.Bunların ən başında
Əli ər-Rəsul adlı yəmənli bir alimin "Kitabul-Əqval”adlı əsəri durur
ki,o,zoologiya və baytarlıqla əlaqədar çox gözəl elmi məlumatları əhatə
edir.Heyvanlarla bağlı Dəmirinin("Həyatu-Həyəvan”) kitabında da zəngin
məlumatlar var.Dəmiri 1069 heyvan üzərində sınaq və təcrübə apararaq
bunun nəticələrini öz kitabında qeyd etmişdir.Dariminin müasirlərindən
olan əd-Diməşqi və ən-Nüveyri mühüm zooloqlardandır.Əl-Cildakinin Durat
əl-Qəvvas kitabı Əhməd ibn Yəhya əl-Ömərinin
"Məsalikul-Əbsar”kitabı,əl-Kalkaşandinin "Sübh Aşa” kitabı zoologiya ilə
əlaqədar müxtəlif fəsilləri əhatə edir.Digər tərəfdən yuxarıda təsvir
edilən əsərlərin çoxu heyvan xəstəlikləri və çarələriylə əlaqədar
olsalar da,Baytarlıq sahəsində dərin çalışmalar aparan alimlər İbn
Baytar və İbnul-Munzirindir,digər mühüm baytarlar isə Əli ibn Rəbban
ət-Təbəri,İsa ibn Əli və ibn Bəhtişudur.
Əkinçilk və heyvandarlıq
Şübhəsiz ki əkinçilik, insanlıq tarixi
qədər qədim tarixə malikdir. Linkun araşdırmalara görə, torpağı ilk
işləyən Hz Adəmin oğlu Cabirdir. Hindistanda əkinçiliyin, Brahmanın əl
işi olduğuna inanılır. Qədim Misirdə ilk əkinçilk dərsi deyənin adının
İsis oldugu nəql edilir.H əmçinin qədim yunanlara əkinçiliyi öyrədənin
Diana olduğu bildirilir. İslam inancında
isə,əkinçiliyin Hz Adəm ilə başladığı deyilir.Hədis rəvayətçisi
Məsudi,Adəmin yer üzünə endiyində,özü ilə otuz növ ağac fidanı
gətirdiyini qeyd edir.Digər tərəfdənMustafa əl-Qəzvini də,buğdanın
insana Mikayıl(ə) tərəfindən gətirilərək qidasını həmin toxumdan təmin
edəcəyini və torpağa əkiləcəyini öyrətdiyini söyləyir. Əkinçilik
və heyvandarlıq elmi,zoologiya,botanika və geologiya elmlərinin tətbiqi
və texnikası qəbul edilə bilər.Bir çox müsəlman alimi təbiət elmlərini
nəzəri cəhətdən tədqiqi,bir qismi də həmin nəzəriyyələrin praktikası ilə
məşğul olmuşdular.Bitkilərin əkilməsi,torpağın əkinçiliyə
hazırlanması,biçin zamanlarının təsbiti,tarlaların sulanma
növləri,heyvanların bəslənməsi və işlədilmələri ilə əlaqədər mövzularda
bir çox əsərlər yazılmış və təcrübələr edilmişdir.Əkinçilik və
heyvandarlıq elmi ilə məşğul olan alimlərin çoxu Əndəluslu
müsəlmanlardır.Əkinçilik haqqında olan əsərlərdən biri Əbu
Həsənil-Qurtubi tərəfindən yazılmışdır.O,Kitabul-Ənvasında,müxtəlif
əkinçilik prosesləri haqqında təqvim hesabına aid məlumatlar verir.Başqa
bir əkinçilik alimi Əbu Ömər ibn Həccacil-İşbilidir.Bu müsəlman alim də
bir çox əsərlər yazmışdır;onların ən məşhuru "Kitabul-Muğnidir”.
Mən
bu siyahını uzadaraq digər elmlər barəsində də yazmaq istərdim
lakin,nəzərə alsaq ki bu yazılanlardan bir kitab əmələ gələr onda məsələ
aydın olar.Bu araşdırma zamanı digər bir maraqlı faktla da
rastlaşdım.Sən demə Amerikanın kəşfi də müsəlmanlara aid imiş.Bəlkə də
siz bunu mənim təəssüfkeşliyimdən qaynaqlandığını fikirləşərsiz
lakin,hər halda bu haqda tapdığım məlumatı sizlə bölüşəcəyəm. Biruni
əsrlərcə əvvəl Amerikanın varlığından bəhs etmişdir.Piri Rəis belə
"Kitabı-Bəhriyyə”sində,Amerikanın varlığından,çox əvvəl bəhs
etmişdir.”Vasco da Qama”ya (1450-1524),dünya səyahətində (XV əsr) bir
müsəlman dənizçi yol göstərmişdir.
İdrisi(1100-1166),hələ
800 il əvvəl,zəmanəmizin dünya xəritələtinə bənzər xəritələr çəkə
bilmişdir.Piri Rəisin Amerika xəritəsi də möhtəşəmdir.Hələ Mursiyəli
İbrahimin,Piri Rəisdən 52 il əvvəl çəkdiyi Aralıq dənizi
xəritəsi,bugünkü ölçülərlə tamamən uyğunlaşır. ("Bilime yön verən İslam
alimləri”(önsöz) c 1,səhifə 9.) Xristofor Kolumb
Amerikanın varlığını müsəlmanlardan ,xüsusilə İbn Rüşdün kitablarından
öyrəndiyini qeyd edir.(İslam mədəniyyəti Bakı 2003-Hacı Arif Heydəroğlu
səhifə 220)
...Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meriadını Qrinvinç meriadınından 34-35 qərbədir... Qrinvinç
meriadınından 34-35 dərəcə uzaqda olan meridian Cənubi Amerikanın şərq
sahilində olan San-Rokç burnundan keçir.Bu nə deməkdir? Məlumdur
ki,Amerikanın kəşfi 1492-ci ilin 12 oktyabrından başlamışdır.Marağa
rəsədxanasında isə bu cədvəl 1270-ci illərdə tərtib edilmişdir.Bu necə
ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir
yalnışlıq var,ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin
torpaqlar haqqında onun məlumatı olmuşdur.
...Ameriknı
kəşf edən Xristofor Kolumb özü Nəsirəddin Tusi(1201-1274)tərəfindən
götürülmüş başlanğıc meridianın ondan qabaq qəbul olunduğunu çox
qətiyyətlə göstərir...(H.Məmmədbəyli, "Nəsirəddin Tusi”
Bakı,gənclik,1968,səh.200-202) Bu sözlərdən sonra
sizdə belə bir sual yaranar ki,yaxşı əgər bu elmlərin ilk qurucuları
müsəlmanlardırsa bəs onda kitablardan oxuduğumuz Pifaqor
teoremi,Geylüssak təcrübəsi,Nyuton qanunları,Arximed qanunları və
avropalı alimin adını daşıyan bir neçə teorem və təcrübə vardır.Bəs nəyə
görə müsəlman adı daşıyan bir tək qanuna vəya teoremə rast gəlmirik?Nə
üçün?
Son
dərəcə məntiqli və haqlı bir sualı bu şəkildə cavablaya
bilərik.Doğrudur Pifaqor teoremini Pifaqor,Geylüssak təcrübəsini
Geylüssak,Arximed qanunlarını Arximed tapmışdı.Lakin görəsən bu elmlərin
əsli əsası hardan gəlir?Görəsən bizim
işlətdiyimiz,toplama,vurma,çıxma,bölmə,iki məchullu üçməchullu
bərabərlikləri,cəbri,triqonometriyanı,sıfır anlayışını,Pi(П-3,14)sayını
və xüsusən də bu istifadə etdiyimiz rəqəmləri(1-2-3-4...)kim
tapmışdır.Bilməliyik ki,bütün bunları müsəlman alimləri tapmışdır. Qahirədə
Əbdüləzizin tikdirdiyi Fatimi kitabxanası dünya kitabxanalarının ən
gözəli,ən mükəmməli idi.Bu kitabxana 6500-ü riyaziyyat,1800-ü fəlsəfi
mövzulara aid əsərlərlə birlikdə 1.600.000 cildlik kitabdan ibarət
idi.Vaxtilə İslam mədəniyyətinin paytaxtı sayılan
Əndəlus(İspaniya)kitabxanalarına nəzər salaq.Orda vəziyyət necə idi? Bu
sualın cavabını dahi Fransız fiziki Pyer Küridən dinləyək o,deyirdi:
"İspaniyadan bizə 30 kitab qaldı,onlarla atomu parçaladıq.Əgər
yandırılan 1.000.000 kitabın yarısı bizə qalsaydı,çoxdan kosmosda
ulduzlar arasında səyahət edərdik.” Fransad Eyfel
qülləsi tikilmiş,yanına isə Eyfelin böyük bir heykəli qoyulmuşdur.Sanki
"bu qülləni mən tikdim” deyə öyünür.Amma memar Sinan 100 ədəd Eyfel ilə
müqayisə olunmayacaq dərəcədə əzəmətli,möcüzəvi Süleymaniyyə,Səlimiyyə
məscidlərini inşa etmişdir.Ancaq bu əsərlərin heç bir yerinə "Sinan”
kəliməsi belə yazılmamışdır.Elə əsil ucalıq,əsil böyüklük də elə
bundadır.
Bu
vaxta qədər biz müsəlmanlara bildirilməyən,heç bir kitablarda adarı
belə keçməyən,dünya şöhrətli alimlərdən Ekvatorun uzunluğunu hesablayan
Sabit ibni Kurra müsəlmandır.Günümüzdə istifadə edilən foto aparatları
ümumiyyətlə kameraların əsas iş prinsiplərini ixtira edən İbnul Heysəm
müsəlmandır.İşığın kürəvi güzgülərdə əks etməsilə əlaqədar öz adı ilə
məşhur olan "Əl-Hazən” məsələsi yenə ibn Heysəmə aiddir(Əl –Hazən:İbn
Heysəmin Avropadakı adı).Onluq kəsir sistemini kəşf edən Qiyasəddin
Cəmşid müsəlmandır.Tarixi məsəl olmaqdan çıxarıb ona fəlsəfi məna
qazandıran ilk elm adamı ibn Xaldun müsəlmandır.İlk dəfə xərçəng
əməliyyatı aparan Əli ibn Abbas müsəlmandır.İlk dəfə göz xəstəlikləri
haqqında əsər yazan tibb alimi Əli ibn İsa müsəlmandır.Gözlə əlaqədar
ilk kitabı yazan və göz həkimlərinə yol göstərən islam alimi Huneyn ibn
İshaq müsəlmandır.İlk dəfə katarakt əməliyyatı keçirən həkim Əmmar
müsəlmandır.Qərb aləminə müalicə metodlarını öyrədən Əli ibn Rizvan
müsəlmandır.Cüzamın səbəbini və onun müalicə yollarını 900 il əvvəl
açıqlayan həkim ibn Cəssar müsəlmandır.Vəbanın yoluxucu bir xəstəlik
olduğunu elmi şəkildə sübut edən İbn Xətib müsəlmandır.Zamanın ən böyük
həkimi olan və tibb sahəsində bir ensiklopediya yazan məşhur
mütəfəkkir ibn Rüşd müsəlmandır.Əsərləri Avropada əsrlərcə oxudulan
həkim İbn Zöhr müsəlmandır.Avropalılardan üç əsr əvvəl kiçik qan
dövranını kəşf edən tibb alimi İbnun Nəfis müsəlmandır.Vərəm mikrobunu
R.Koşdan 150 il əvvəl kəşf edən Kambur Vəsim müsəlmandır.Cərrahlığı
müstəqil elm halına gətirən böyük operator Zəhravi müsəlmandır.
Heç
şübhə yoxdur ki məqalədə adı keçməyən digər elm sahələrində də
müsəlmanların rolu əvəzsizdir.Lakin, onların hamısını qeyd etmək imkan
xaricindədir. Və sonda bunu da untumayaq ki,peyğəmbərimizin (s) dediyi
kimi; "Hər bir şeyin bir yolu vardır,cənnətin yolu da elmdir.”
Mahir Şəkərov Bakı İslam Universitetinin Lənkəran şöbəsinin məzunu
islamazeri.az
|