.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    HACI İLQAR
                Aşuranın fəlsəfəsi

     

    "Allah yolunda öldürülənləri ölü sanma, onlar diridirlər və Rəbblərinin yanında onlara ruzi verirlər.”(Qurani-Kərim, «Ali – İmran», 169 )
    Hər dəfə məhərrəm-səfər əyyamı yaxınlaşdıqca, insanların leksikonunda müəyyən ifadələr digər dönəmlərə nisbətən daha çox işlənir. Bunların arasında xüsusi yeri mübarək «şəhid» ifadəsi tutur. 20 yanvar və Qarabağ yaraları sızlayan xalqımıza müqəddəs «şəhid» sözünü xüsusi açıqlamağa bəlkə də ehtiyac olmazdı. Amma ara-sıra bu mübarək kəlmənin ətrafında yer alan müəyyən spekulyasiyaların mövcudluğunu və bu prosesin məhz məhərrəmlik dönəmində intensivləşməsini nəzərə alaraq, bu anlayışın mahiyyətinə varmaq zərurəti meydana gəlir. Bu spekulyasiyaların ana xətti, şəhidə matəm saxlamağın zərurətini inkar etməkdən və şəhidi yad etməyin ən düzgün formasının şadyanalıq edib, şənlik keçirməkdən ibarət olmasını iddia etməkdən ibarətdir. Belə düşüncə sahibləri öz mövqelərini əsaslandırmaq üçün fikirlərini adətən belə təqdim edirlər: «İmam Hüseyn (ə) və silahdaşları zülm və küfrlə mübarizədə ən qiymətli olan həyatlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışlar. Uca Tanrı da şəhidlərin yerini behiştin ən yüksək mərtəbəsində qərarlaşdırmışdır. Deməli, Kərbəla qəhrəmanları insanı gözləyə biləcək ən xoş aqibətlə rastlaşmışlar. Belə olan halda isə, onlara yas saxlamaq nə qədər düzgündür? Daha düzgün deyilmi şəhid olmuş insanın aqibətinin xoş olmasının nəzəri ilə onu bayram əhvali-ruhiyyəsində yad etmək?! İmam Hüseyn (ə) ki, şəhidlərin sərvəridir, bəşəriyyətin xilaskarıdır, deməli onun şəhadəti xüsusi əzm və təmtəraqla qeyd edilməlidir!». Heyhat! Səthi yanaşmada necə də məntiqi və ardıcıl görünə bilən, amma əslində Kərbəla vaqeəsinin mahiyyətinə zərbə endirmək, Aşura məktəbinin düz ürəyinə sancılmış zəhərli oxları atmaq niyyətindən qaynaqlanan bir mövqe! Və əgər bir sıra insanlar belə mövqeni az məlumatlılıq və təhlilin zəifliyi üzündən səsləndirirlərsə, bu ideyanın əsl generatorlarının niyyəti İmam Hüseyn (ə) və digər Kərbəla qəhrəmanlarının irsini aradan aparmaq istəyindən qaynaqlanır. Əlamətdar məqam odur ki, şəhidi «şadlıqla yad etməyin tərəfdarları» öz mövqelərini əsaslandıraraq, aşkar indoktrinasiyadan da çəkinmirlər: «Ağlayan toplum aciz olar, şadlanan toplum isə qüdrətli. Məhz ağlamaq insanı müqavimətdən, döyüş əhval-ruhiyyəsindən çəkindirər və s.». Yenə də zahirən doğruyabənzər səslənən fikir. Və məlumatsız insana çox cazibədar və məntiqli görünə bilər. Odur ki, məsələnin kökünə varmadan, bu qərəzli və bilərəkdən çaşdırmağa yönəli ideyaları aradan aparmaq qəliz və mürəkkəb bir iş olardı. Əvvəla, ən düzgünü o olardı ki, «şəhid» fenomeninin qnoseologiyasına varıb, onun meydana gəlmə amillərini təhlil edərək, həqiqi mahiyyətini aşkar etmək və o cümlədən, bu məfhumla bağlı atributların hansı müstəvidə qərarlaşdığını müəyyən etmək. Məlumdur ki, mübarək «şəhid» ifadəsi əziz dinimizdən qaynaqlanan nurani bir fenomendir. Bunu nəzərə alaraq, məntiqi və elmi yanaşma onu tələb edir ki, məhz İslam dininin bu məfhumla bağlı tərif və tövsiyələri rəhbər tutulsun. Mübarək İslam məntiqində şəhid o insandır ki, İlahi dəyərlərin yaşanması və şər qüvvələrin aradan getməsi üçün əlindən gələni edir və bu yolda malik olduğu ən qiymətlisini – öz həyatını qurban verir. Məhz bu kateqoriyalara cavab verən insan müqəddəs şəhidlik zirvəsinə yüksəlir. Mübarək dinimiz Vətən uğrunda, həqiqət uğrunda, insanları xilas etmək uğrunda, bir körpəni xilas etmək yolunda, hətta ailəsinə halal ruzi qazanaraq həlak olmuş insanı da bu mənəvi mərtəbəyədək yüksəldir. İndi keçək şəhidlərin anılması ədəblərinə. Burada əziz İslam Peyğəmbərinin (s) bu məsələyə münasibətinin öyrənilməsi ən mühüm şərtdir. Heç bir normal adam inkar etməz ki, məhz şəhidlik məfhumunu meydana gətirən bir təlimin çatdıranı olan bir mübarək şəxs, bu fenomenlə davranmağın ən düzgün yolunu göstərər. Məlumdur ki, İslam tarixinin məşhur və tanınmış şəhidləri «Ühüd» döyüşündə olmuşlar. Bu ağır və qeyri-bərabər döyüşdə İslamın böyük simaları sonadək vuruşmuş və müşrik ordusunun İslam cameəsinin ilk cücərtilərini məhv etməsinə imkan verməmişlər. Ühüddə şəhid olanların arasında əziz Peyğəmbərimizin əmisi, İslamın böyük sərkərdəsi Həzrət Həmzə (ə) də var idi. Döyüşdən sonra şəhid ailələri öz əzizlərinə matəm saxlayırdı. Həzrət Həmzənin (ə) isə övladları olmadığından, Həzrət Peyğəmbər (s) müsəlmanlara müraciət edərək, bu şəhidin də evinə gedib, onun üçün matəm saxlamağı, göz yaşı axıtmağı tövsiyə etmişdi. Gördüyümüz kimi, Peyğəmbərimiz (s) nəinki şəhid verən ailələrdə qurulan yas mərasimlərini pisləməmiş, hətta yas saxlayanı olmayan şəhid üçün də toplaşıb matəm saxlamağı tövsiyə etmişdi. Məlumdur ki, mübarək dinimizin bütün buyuruşları insanı kamilliyə yönəltmək vəzifəsinə köklənib. Dinimiz bir müsəlmanın dünyadan getdiyi zaman, onun yaxınlarının ifrat vay-şivən etməsini bəyənmir və hətta, üz-gözü cırmaqlamaq kimi əməlləri qadağan da edir, haram buyurur. Amma təbii ki, dünyadan köçmüş əzizləri üçün yas saxlamağı dinimiz nəinki qadağan etmir, onun xatirəsinə gözəl işlər görməyi, ehtiyaclı insanlara yardım, ehsan, sədəqə vermək kimi əməlləri çox bəyənir. Bir çox digər məsələlərdə olduğu kimi, mübarək dinimiz burada da təbii davranışa yol açır. İtkinin ağırlığı müqabilində insan hansı əqlani və məntiqi davranışı üstün tutmalıdır? Təbii ki, mərhumu yad etmək, onun ruhunu şad edə bilən gözəl işlər görmək və s. İndi təsəvvür edək ki, kiminsə sevimli övladı dünyasını dəyişib və bu insan şad-xürrəm bir durumda ziyafət təşkil edir. Yəqin ki, belə olan halda onun yaxınları bu şəxsin səhhəti barədə ciddi narahatlıq keçirər, onun davranışını stressin ağırlığından irəli gələn bir hərəkət kimi qiymətləndirər və «xəstəni» duyuq salmamaq şərtilə həkimə müraciət etmək barədə ciddi düşünərlər. Amma nədənsə şəhidlər sərvəri İmam Hüseynə (ə) gəldikdə kiminsə belə qəribə davranış tərzini seçməsi barədə ciddi-ciddi danışmağa rəva bilinir. Əziz insanın itkisindən insanın təbii davranışı matəm əhval-ruhiyyəsi olduğu halda, bəşəriyyətin xilaskarının itkisinə, özü də belə ağrılı, belə faciəvi şəhadətinə necə sevinmək olar? Sözsüz ki, heç kəs səmimi və əqlani durumda belə şeyləri dilinə gətirməz… Amma bu məsələnin fərdi tərəfidir. Belə ki, Peyğəmbərimiz (s) də daxil olmaqla, Əhli-beyt (ə) təmsilçilərinin şəhadəti, görkəmli insanların itkisi əsas etibarilə bir gün – şəhadət və ya vəfat tarixində qeyd edildiyi halda, İmam Hüseynin (ə) və Kərbəlanın digər qəhrəmanlarının təziyəsini 2 ay – məhərrəm və səfəri aylarını saxlamaq tövsiyə olunur. Burada məsələnin ictimai tərəfi irəli çıxır. Məsum İmamlarımız (ə) və onların irsini davam etdirən alimlər bu təziyəni məhz bu dönəmdə və müvafiq formada keçirməyi düzgün hesab etmişlər. Belə ki, məhərrəmlik dönəmi Rəsuli-Əkrəm (s) və Əhli-beytinə (ə) ümumi bir təziyə saxlamaq ideyasını yaşatmaqla yanaşı, insanın ruhiyyəsinə təsir baxımında özəl məqsədlər həyata keçirir. İnsan gündəlik qaçhaqaçın dairəsindən qurtulmalı, ilin bir hissəsini özünə qayıdışın güclü konsentrasiyasını keçirməli, matəm və təziyə əhvalından vücudi bəhrələr əldə etməlidir. Şəhidin matəmini saxlamaq, başqa sözlə, onu xatırlamaq – mütləq onun hansı ideallar uğrunda şəhid olmasını yada salmaqla müşayiət olunur. Məhərrəmliyin də ana xətti budur – İmam Hüseyn (ə) nə üçün yaşadı, necə yaşadı, nə üçün şəhid oldu və necə şəhid oldu kimi suallara cavab axtarmaq və tapılan cavabları həyat yoluna inikas etdirmək… İmam Hüseyn (ə), Əblfəzl Abbas, Həzrət Əliəkbər, Hürr, Həzrət Əliəsğər, Həbib ibni Məzahir və Kərbəlanın başqa qəhrəmanları üçün tökülən göz yaşları – qəlbi təmizləyən və eyni zamanda, həyatilik zəmisini suvaran bir yaşlardır. Bu göz yaşları insanı rəşadətə, əzmə, dönməzlyə, şücaətə, hər vəziyyətdə azad kişi kimi yaşamağa səsləyir. Bu göz yaşları insanı vücudi cəngavərlik durumuna gətirir. Bu göz yaşları insanı rəhmə, şəfqətə, mərhəmətə, özgə ağrısına qarşı həssaslığa dəvət edir. Bu göz yaşları insanı əyilməzliyə, zülmü qəbul etməməyə, prinsipiallığa çağırır. Məhz belə təbiətli göz yaşları pərakəndə insan qruplarını ümmət halına gətirir… Şəhidin şəhadət şəraitini yada salmaq məqsədi də məhərrəmlik mərasimlərinin tərkib hissəsidir. Axı məhz toplumun passivliyi, laqeydliyi imkan verir ki, zalım və sitəmkarlar azadxah insanları hamının gözü önündə şəhid etsin! Və bu mövzunu diqqətində saxlayan insanın, Aşura dərslərini yaşatması zəruridir. O, həyatın bütün mərhələlərində laqeydliyin və vecsizliyin ruhuna vurduğu pası və çürüməni dərk etdiyi kimi, bunun topluma da vurduğu sarsıdıcı zərəri anlayacaqdır. Aşuranın dərslərini daha yaxşı qavramaq üçün, fikrən o günlərə qayıtmaq lazımdır. İmam Hüseynin (ə) bir neçə ay ərzində davam edən müqavimət hərəkatını tək Aşura gününə aid etmək düzgün deyildir. Aşura – bu hərəkatın zirvəsi, kulminasiya nöqtəsi idi. Aşura günündə, məhərrəm ayının 10-da bütün şərlə bütün xeyir qarşı-qarşıya durmuşdu. Bu qeyri-bərabər savaşda Şər məğlub oldu, Xeyir isə İlahi idealları yaşadaraq, Rəbbinə qovuşdu… Amma bundan bir neçə ay əvvəl başlanan müqavimət hərəkatı, lənətlik Yezidin İslamı aşkar məhv etməyə yönəli hərəkətlərinin nəticəsində meydana çıxmışdır. İmam Hüseyndən (ə) beyət, yəni hakimiyyətini tanımağı tələb edən lənətlik Yezid, imtina edəcəyi təqdirdə İmamı (ə) ölümlə hədələyirdi. Amma İmam (ə) bu təklifi rədd etdi və ölümdən qorxmadığını bəyan etdi… Və Mədinədən başlayaraq Məkkəyə, oradan da Kufəyə doğru gedən bu qəhrəmanlıq eposunun kökündə məhz axıradək İlahi idealları tapdaq altına verməmək istəyi dururdu. Nə üçün İmam Hüseynin (ə) cəmi 100-ə yaxın (müxtəlif mənbələrdə 72-dən 100-dək rəqəm göstərilir) məsləkdaşı vardı Aşura günündə? Nə üçün yol boyu ona qoşulmaq isətəyən minlərlə insana «mən hakimiyyət üçün getmirəm, fəqət insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirməkdir səfərimin məqsədi. Bu yol – şəhadət yoludur» deyərək, onları qəbul etmədi İmam Hüseyn (ə)? Nə üçün 18 min imza toplamış və İmama (ə) sədaqətə qol qoymuş kufəlilərin səmimi olmadığını bilən İmam (ə), elçisi Müslüm ibn Aqilin Kufədə şəhadətə yetdiyini bilən İmam (ə), bütün bunlara baxmayaraq yolundan dönmədi və Kufəyə doğru yolunu davam etdirdi? Nə üçün o, həccini ümrə ilə əvəz edib Məkkədən çıxdı? Nə üçün ilk olaraq düşmənin üzərinə sevimli oğlu Əliəkbər ağanı, gözünün işığı olan cəngavər balasını göndərdi, təkbaşına yüzlərlə qaniçənin qarşısına yolladı? Nə üçün 6-aylıq körpəsi Əliəsğərin (ə) itkisi qarşısında, körpə qızlarının əsir düşməsi qarşısında yenə də geri çəkilmədi və beyət təklifini qəbul etmədi? Nə üçün yaralanmış cismindən qan axa-axa namaza durdu və namaz əsnasında Şümür lənətliyin xəncəri onun mübarək boğazına dayandıqda da, aman istəmədi? Bu sualların bir cavabı var – Allaha bəndəlik. Hər bir hərəkəti, hər bir sözü ilə İmam Hüseyn (ə) bəşəriyyətə bir ölməz qəhrəmanlıq irsi qoydu. Hər bir vəziyyətdə, hər bir halda bəndə zirvəsinə ucalmaq, İlahi təklifini, vəzifəsini yerinə yetirmək irsini. Heç bir zaman nəyisə nəfsinə görə etməmək, yalnız əqli və İlahi məhəbbəti rəhbər tutmaq irsini… İmamın (ə) şəhadətindən sonra məhz tövbə edib yas tutan Kufə əhli qiyam etdi və Yezid istibdadını tarixin zibilliyinə göndərdi. İmama (ə) matəm saxlayan insanlar idi bütün irin və pasları öz ruhiyyələrindən xaric edib, İNSAN olmaq istəyən, Azad Kişi olamaq istəyən… Şəhidə ağlamaq… Şəhidə ağlamaq – özünün vücudi problemlərlə dolu durumunu tərk etmək və şəhidlə ruhən bir olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəhidə ağlamaq – şəhidi qətlə yetirən Allah düşməninin cinayətlərinə yol verməmək əzmində olmaq deməkdir… Şəhidi xatırladıqca insanın, ictimanın fikri şəhidin duyğuları ilə uyğunlaşır. Axı şəhid qəhrəmanlıq edib və şəhidə ağlamaq da onun qəhrəmanlığında iştirak edib, onun ruhu ilə uyğunlaşıb, sevincində şərik olub, onun dalğasında hərəkət etmək deməkdir. Millətimizin ŞƏHİDİN duyğuları ilə yaşaması – ŞƏHİDİN qoyub getdiyi qəhrəmanlıq və mübarizlik məktəbindən dərs alaraq, itirilmiş torpaqlarımızın, yurd-yuvasından qovulmuş bir milyondan artıq vətəndaşımızın, hələ də əsirlikdə qalan qardaş-bacılarımızın aqibətinə acıyıb düşməndən intiqam almaq istəməsi, müqəddəs torpağı yağı tapdağından təmizləmək istəməsi deməkdir. Və bu duyğuları yaşadan, dostu-düşməni tanıdan – məhz məhərrəmlik əzasıdır, növhə, mərsyə, sinəzarlıq, göz yaşlarıdır… Sonda onu da qeyd etmək gərəkdir ki, Aşura məktəbini unutdurmağa yönəli amillər bir tərəfdən qərəzdən və ya məlumatsızlıqdan irəli gələn fərdiyyəçilərin çaşdırıcı və məntiqsiz fikirləridirsə, digər tərəfdən din adından möhtəkirlik edən və bu matəmi şəxsi mənfəətinə yönəltmək istəyən ünsürlərin hərəkətidir. Bu sırada, Kərbəla qəhrəmanlarını aciz və məzlum kimi göstərmək istəyən, Aşuranın həqiqi dərslərini anlamayıb, mərhuma ənənəvi yanaşma prizmasını Kərbəla vaqeəsinə də tətbiq etmək istəyən cahil kütlə fenomeni də olmamış deyil. Və millətin aydınları, milləti sevən insanlar həmrəy olaraq bizi millət halına gətirən, və inşəallah mütləq vücudi inkişafa təkan olacaq bu gözəl məktəbi yaşatmağa səy etməli, Kərbəlanın dərslərini insanlara olduğu kimi çatdırmağa çalışmalıdır. Və Uca Allah hamıya bu işdə yar olsun! İlahi! Bizlərə Aşura məktəbinin nemət bulağından bəhrələnmək tofiqatını qismət et! AMİN!

     

     Hacı İlqar İbrahimoğlu- ilahiyyatçı- filosof

     Dəyərlər

     
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (05.01.2010)
    Просмотров: 1280 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -