Bəzi məsələlər bizim üçün gizlidir. Misal üçün Qədr gecəsi neçə
gecədə gizlidir, insan bu gecələrin hamısında oyaq qalmalıdır. Qəbul
olan itaətlər başqa itaətlərin içərisində gizlidir. Məlum deyildir ki,
itaətlərimizin içərisindən Allah hansını qəbul etmişdir. Ona görə də
insan heç bir itaəti tərk etməməlidir.
Cəza da günahların arasında gizlidir. Məlum deyildir ki, insan hansı
əməllərinə görə cəzalandırlılacaqdır. Bəzən də Allah bəzi günahlarımızı
bağışlayır. "Şübhəsiz, Allah zalım dəstəni hidayət etməz”. ("Maidə” 51).
Hansı əməllər bizi İlahi tofiqdən məhrum edir?
1. Allahı unutmaq.
Allah buyurur: "Allahı unutduqlarına görə, Allahın da onları özlərinə
unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!” ("Həşr”
19).
2. Şübhə içində olmaq.
Şübhə bəsirətsizliyin, imansızlığın nişanəsidir. Bu da İlahi tofiqi
bizdən uzaqlşadırır. "(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və
axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən
kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində
sərgərdandırlar.” ("Tövbə” 45).
3. Günah və itaətsizlik.
"Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz
açıq-aşkar bir azğınlığa düşmüşdür”. ("Əhzab” 36). "Şübhəsiz, Allah hər
hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası
- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya
mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi
tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın
bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan
etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb
olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri
azdırır”. ("Bəqərə” 26).
4. Küfr.
"Allah kafir qövmü hidayət etmir”. ("Bəqərə” 264).
5. Zülm.
"Allah zalım qövmü əsla hidayət etmir”. ("Bəqərə” 258).
6. Nalayiq əməllər.
"Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe
olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir
dəstə idik». ("Muminun” 106).
Əgər İlahi tofiq bizə şamil olmazsa, nə kimi fəsadlar gətirər?
1. Özünü yaddan çıxartmaq.
"Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu
kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!” ("Həşr” 19).
2. Allahdan üz çevirmək.
"Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini
dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq
qövmü doğru yola yönəltməz”. ("Səff” 5).
3. Mənəvi məhrumiyyət.
Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və Həzrətə (ə) deyir: "Bir
müddətdir ki, gecə namazından məhrum olmuşam. Həzrət (ə) buyurur:
Günahların əl və ayaqlarını bağlamışdır”.
4. Kədər.
"Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm
tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə,
iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. ("Ənam” 125).
5. Bəsirətsizlik.
"Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü)
vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük
bir əzab veriləcəkdir”. ("Bəqərə” 7).
6. Günahları hər gün daha da artar.
Həzrət Peyğəmbər (s) buyurur: "Günahların vasitəsilə günahkarlar
tofiqdən məhrum olacaq, o yerə qədər ki, onu daha böyük günahlara
atacaqdır”.
7. Bədbəxtlik.
İmam Sadiq (ə) buyurur: "Pərvərdigara! Əməllərinə görə bədbəxt oldular”.
Nəticədə demək olar ki, bizim hər nəyimiz varsa, Allahdandır.
İxtiyarımız da Onun əlindədir. Ancaq öz istedadlarımızdan necə istifadə
etməyimizi Allah bizim ixtiyarımıza qoymuşdur. Əgər bu verilənlərdən
yaxşı yolda istifadə etsək, özümüzə yaxşılıq etmiş olarıq. Çünki buna
görə Allah bizə savab verər və İlahi tofiqini bizə şamil edər. Ancaq
əgər Onun bəyənmədiyi yolda istifadə edəriksə, yenə də özümüzə pislik
etmiş olarıq. Çünki bu halda cəzalandırılarıq. İlahi tofiqdən məhrum
olarıq. Seçim bizim əlimizdədir.
(Tebyan/ Deyerler.org)