Qüds təkcə Fələstinin, yaxud Yaxın Şərqin deyil, bütün dünyanın paytaxtıdır
Hələ qədim dövrlərdən mütəfəkkirlərin "Vəhyin əski paytaxtı”
adlandırdıqları Qüds şəhəri günümüzdə yenə də ziddiyyətlərin mərkəzində
yer alır. Bu ziddiyyətlər mübarizəsində xeyiri, haqq və ədaləti
simvolizə edən, eyni zamanda şərə, batilə və zülmkarlığa qarşı mücadilə
rəmzi olan Qüds artıq mahiyyət etibarilə cahanşümul xarakter daşıyır və
bütün bəşəriyyət üçün əhəmiyyət daşıyır. Bu baxımdan ilahi vəhy ocağı
olan Qüds təkcə Fələstinin, yaxud Yaxın Şərqin deyil, bütün dünyanın
paytaxtıdır.
İilin 365 günü arasında bu Müqəddəs Şəhərin Müqəddəs
adını (əslində "müqəddəs” sözü ilə "qüds” sözü eyni kökdən olub, eyni
mənanı ifadə edir) daşıyan bir gün də var – Qüds Günü. Həmin Gün həm də
Müqəddəs ayın – Ramazan ayının mübarək Cüməsinə təsadüf edir. Vəhy
şəhərinin adını daşıyan bu gün, vəhy ayının son cümə günüdür. Kimlər
üçün həm də son sınaq günü!..Qüdsün ətrafında yaranmış problem son
altmış ildə dünyanın ən ağrılı problemi olaraq qalmaqdadır. Dünya
birliyi bu ağrılı problemin həllini tapmaqda hələ də acizdir. Nə üçün?
Belə ki, bu problemi ərsəyə gətirən sionistlərin əlində acizdir!
Kimiləri bu acizliklə barışır, kimiləri isə sionizm zülmkarlığına qarşı
mübarizə ruhiyyəsilə ayağa qalxır, bu acizliyə son qoyub, sionizm
əsarətindən qurtulmağa, zülm və zülmkara "yox!” deməyə çalışır.
Həm
də göz önündə təkcə Qüds şəhərini deyil, dünyanın bütün nöqtələrində
olan qüdsləri, işğala məruz qalmış bütün əraziləri, təcavüzkarların
tapdağı altında inildəyən bütün torpaqları, üstəlik yalnız torpaqları
deyil, beyinləri, düşüncələri, qəlbləri, ruhları azad etməyi
canlandırır! Axı, Qüds Günü bir rəmzdir! "Qüds” – həmin günün şərti
adıdır.Xatırlatma: 1965-ci il iyunun 5-də ikinci ərəb-İsrail müharibəsi
başladı. İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzində Misir,
İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını,
Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin
torpaqları - Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri
iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni
(İordan çayının qərb sahilini) işğal etdi.
BMT Təhlükəsizlik
Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu
qətnaməyə məhəl qoymadı.Bəs, bu gün nə baş verir? Təcavüzkar İsrailə
yenə də təpinən bir qüvvə tapılmır. Minlərlə günahsız dinc fələstinlini,
o cümlədən uşaq, qadın, qoca və xəstələri öz evlərində amansızlıqla
qətlə yetirən İsrail "sivil dövlət” kimi təqdim olunur, amma işğala
qarşı mübarizəyə qalxan qeyrətli fələstinlilər "terrorçu” olur…
Cinayətkarın
cəzasız qalması yeni-yeni cinayətlərə yol açır. Vaxtı ilə sionistlər
layiqli cəzalarını alsaydılar, bu gün Dağlıq Qarabağda ermənilər at
oynatmazdılar! Amma həyat davam edir. Deməli, sınaq da hələ bitməyib.
Bizlər də bu sınağın içindəyik. Qüds Gününü bütün bu zülmkarlıqlara
qarşı bir Etiraz Günü olaraq qəbul edib, zülmə, haqsızlığa "yox!” demək
üçün bir fürsət yaranır qarşımızda. Bu mübarək Ramazan ayında Allah
qarşısında bir daha haqq və ədalət tərəfdarı olduğumuzu iqrar etmək
üçün. Bu Qüdsi günlərdə Qüdsiliyə nail olmamız üçün!..
"Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzi
islamazeri.az
|