Zəhra xanımın yazdığı məktub İmam Mehdiyə (əc) ünvanlanıb.
"Salam zəmanəmizin sahibi İmam Qaim Mehdi!
Ümidvaram halınız yaxşıdır. Ağa Allah sizi qorusun. İmam Mehdi bu
naməm birinci naməm deyil sizə. Bilirəm əlinizə çoxlu namələr çatır.
Amma ümüdvaram bu naməmə bir nəzər edəsiniz. Uşaqkən mənə öyrətmişdilər
ki, hər kəs sizi tanımamış dünyasını dəyişsə, bir cahil, nadan insan
kimi dünyadan getmiş olur. Amma böyüdükcə görürdüm ki, insanlar öz
fikirlərindən sənin haqqında danışırlar. Kimi deyir ki, ağa gələndə
kimlərinsə boynunu vuracaq. Kimi deyir ki, ağa gələndə kisəmiz bir
salavatla dolacaq. Uşaq ikən eşitdiklərimdən çox fərq edir bu
eşitdiklərim. Ağa sənin mövludun yaxınlaşanda şirinliklər paylanılır,
tədbirlər təşkil olunur, hədiyyələr verilir. Hər cümələr cümə namazına
minlərlə insan yığılır. Neçə-neçə möminin qəlbi Sənin yoxluğundan
darıxır.
Cəddivin atası Həzrəti Əli (ə) demişdi: "Qabaqda çətin bir vəzifən var…”
Ağa bu insanlar heç körpələrə belə rəhm etmirlər. Ağa əvvəllər
günahlarımın çoxluğundan Sənin zühurunun tez olmasını istəmirdim.
İstəmirdim ki, günahkar gözlərlə günahsız gözlərə baxım. Amma indi mənim
üçün hər şeydən önəmli sənin zühurundur. Çünki yaşadığım ölkə getdikcə
zalımlaşır. Gözümlə gördüklərim mənə əziyyət edir. Anan Zəhranın (s.ə)
hicabı ayaq altına atılır. Dinənin dili kəsilir. Ağa bilirsən neçə mömin
zindandadır? Ağa bilirsən neçə bala, ata həsrətindədir? Ağa bilirsən
ki, hicabı tələb etdiyinə görə neçə möminə işgəncə edilib? Ağa kim
haqlıdı, haqsız edib həbs etdilər. Doğruya oğru dedilər. Ağa sənin
qəribliyin kimi olmasa da bizdə öz ölkəmizdə qəribik. Neçə-neçə bacılar
hicaba görə təhsilindən qalıbdı. Onlar məktəbə gedənlərin arxasıyca
həsrətlə baxırlar.
Ey risalət və imamət ailəsinin layiqli varisi! Hicranın uzunluğu
səbrimizi tükədib, taqətimizi alıb. Bu ayrılığdan sinəmiz daralıb,
nəfəsimiz təngiyib.
Nə etməliyik? Bir haldakı uşaqdan böyüyə hamının gözü yoldadır. Ağa
bilirəm bu vəziyyət hamıdan çox sənə əziyyət edir, səni qəmgin edir.
Amma sən İmamsan, Vəlisən, Vəsisən. Bizlərə səbrin bizimkindən çoxdur.
Amma ağa…
Yenə halım pərişandır, gözlərim yaşlı giryandır.
Gördüyüm bu halətdən mənim qəlbim alovlandı!
Ədalətsiz bu dövran da, haqq, nahaqqdan daldalandı.
Nahaqqı danışan görüb, həqiqət susdu dayandı.
Hicabını aç deyənlər, ismət-həyanı nə sandı?
Abrın qeyrətin satanlar ismət, həyadan nə qandı ?
Başqa dində pul tapanlar, qeyrət deyib qururlandı.
Dini islamadan qaçanlar gör heç Allahdan utandı?!
Səhfini tez anla insane, olüm gəldi vaxt qalmadı.
Hicablılarla nə işin, çılpaqlardan göz doymadı?
Qoy qadağa çılpaqlara, millətdə həya qoymadı.
İsmətli qadın adna ləkə vurdu, utanmadı?
Dünyadakı bəlalardan naqis kəslər oyanmadı.
Quruların atəşinə, gör nə qədər yaşlar yandı.
"