Bəli,
bu ayədən də göründüyü kimi, Allahın həqiqi bəndələrinin gözəl
sifətləri bəyan edilmişdir. Allahın həqiqi bəndələri haqqında
sözlədikləri nişanələrin hamısı Əli ibni Hüseyndə (ə) – İmam Səccadda
(ə) var idi. O, zülmət dolu bir dövrdə insanlıq axtaranlar üçün aydın
bir çıraq idi. O, öz əxlaq və davranışı ilə yaddan çıxmış cəddinin,
atasının risalətini dirçəldirdi. O insanlar ki, nübuvvət əsrindən çox
ayrılmışdılar, İslami tərbiyəni öz gözləri ilə görürdülər. Allaha
pərəstiş, xoşəxlaqlılıq, haqq yolunda nəfsini sındırmaq, yoxsullara əl
tutmaq, bəxşiş verməyi və zahidliyi insanları heyrətə gətirirdi.
Cahiz,
Bəni-Haşim haqqında yazdığı kitabda onun haqqında belə buyurmuşdur:
"Amma Əli ibni Hüseyn (ə) haqqında heç kimi görmədim ki, onun
fəzilətində şəkk etsin, ya da onun birinci olmağı haqqında söz
danışmasın. O, nəinki qohumları, dostları, tanışları ilə gözəl rəftar
edirdi, mehribançılığı o dərəcədə idi ki, vəhşi düşmənlərinə belə
şəfqətlə yanaşardı. Heyvanlara mərhəmət edərdi”.
Məclisi
Seyid ibni Tavusdan, o da İmam Sadiqdən (ə) nəql edir: "Ramazan
ayı gələndə Əli ibni Hüseyn (ə) qulam və kənizlərinin səhvlərini
yazardı. Məsələn, filan qulam və ya filan kəniz filan səhv etmişdir.
Ramazan ayının axırıncı gecəsində onları çağırıb, günahlarını onlara
deyərdi. Məsələn, sən bu cür etmisən, ancaq mən səni tərbiyə etməmişəm.
Onlar da deyərdilər ki, düz deyirsən. Sonra özü onların ortasında
dayanar və sonra bu sözləri demələrini istəyərdi: "Əli ibni Hüseyn (ə)!
Necə ki, sən bizim günahlarımızı yazmısan, sənin Pərvərdigarın da sənin
günahlarını yazmışdır. Onun haqq deyən kitabı vardır. Elə bir kiçik və
ya böyük günahların yoxdur ki, yazılmasın. Necə ki, bizim günahlarımız
sənə aşkardır, sənin etdiyin hər bir günah da Pərvərdigarına aşkardır.
Necə ki, Pərvərdigarından bağışlanmanı ümid edirsən, bizi bağışla və
səhvlərimizi əfv et. Necə ki, istəyirsən ki, Allah səni əfv etsin, bizi
də əfv et ki, Onun rəhmət və əfvini özündə görəsən! Əli ibni Hüseyn (ə)!
Öz xarlığını Allah qarşısında yada sal! O Allahı ki, zülm etmir. Əli
ibni Hüseyn (ə)! Bağışla! Keç günahlarımızdan ki, Allah da səni
bağışlasın. "Məgər Allahın sizi bağışlamasını istəmirsiniz?” ("Nur” 22).
Bu
cür deyər və sonra ağlayardı. Onlar da İmamın (ə) dediklərini təkrar
edərdilər. Sonra deyərdi: "Pərvərdigara! Bizə buyurmusan, bizə zülm
edəni bağışlayaq. Biz belə etmişik və Sən bu işdə bizdən layiqlisən.
Buyurmusan ki, istəyəni (dilənçini) qapımızdan qovmayaq. Biz də Sənin
evinin qapısının dilənçiləri və istəyənləriyik, qapının ağzında
dayanmışıq. Sənin dərgahına girmək istəyirik, ətalarını (bəxşişlərini)
gözləyirik. Bizə minnət qoy və məhrum etmə. Çünki Sən bu işdə bizdən
layiqlisən. Allahım, bizləri o kəslərdən et ki, onlara ənam vermisən”.
Sonra
öz xidmətçilərinə və kənizlərinə deyərdi: "Mən sizi bağışladım. Siz də
mənim sizinlə etdiyim pis rəftarımı bağışlayın? Mən pis rəftar sahibi və
zülmkaram. Mənim Malikim isə bağışlayan və yaxşı əməl sahibidir”. Onlar
deyərdilər: "Ağa, sən bizimlə pis rəftar etməmisən və biz səni
bağışlayırıq”. Buyurardı ki, desinlər: "Allahım, necə ki, Əli ibni
Hüseyn (ə) bizi bağışladı, onu bağışla. Necə ki, bizi azad etdi, Sən də
onu cəhənnəm atəşindən azad et”. Sonra deyərdilər: "Amin! Gedin, mən
sizi bağışlamışam, sizi Allah yolunda azad etmişəm”. Belə ki, o, heç bir
xidmətçini bir ildən çox yanında saxlamazdı. Bəzən də il tamam olmamış
onu azad edərdi”.
Məclisi
öz sənədində nəql edir: "Əli ibni Hüseyn (ə) bir gün bəndələrdən
birinə şallaq vurur. Sonra evə gedib, şallağı gətirir
və xidmətçisinə deyir ki, Əli ibni Hüseyni (ə) vur! Xidmətçi qəbul etmir
və ona əlli dinar bağışlayır.
Bir
gün bir dəstə insan onun məclisində əyləşmişdi. Evin daxilindən fəryad
səsləri gəlir. İmam (ə) evə girib, qayıdır və öz
yerində sakitcə əyləşir. Orada olanlar soruşurlar: "Nə olmuşdur? Müsibət
baş vermişdir?” Buyurur: "Bəli!” Ona başsağlığı verirlər və onun
səbrinə heyran olurlar. Onun övladı dünyasını dəyişmişdi. Ondan
soruşurlar ki, oğlunuzun ölümünə görə niyə nalə etmirsiniz? İmam
buyurur: "Bu elə bir şey idi ki, onu gözləyirdik və çatdığına görə onu
pis qarşılamadıq”.
O
dövrdə Mədinədə çox sayda böyük fəqihlər yaşayırdılar. İbni Şəhab, Əbu
Hazim, Səyid ibni Məsib kimi alimlər Əli ibni Hüseynin (ə) fəzilətini
insanlara çatdırırdılar. Səyid ibni Məsib nəql edir: "Əli ibni Hüseyn
(ə) – Seyyidil-abidindir. Haşimilərdə ondan fəzilətlisini görməmişəm”.
Əbduləziz ibni Xazim də bunu etiraf edir və nəql edir: "Bir gün o zaman
Mədinənin xəlifəsi olan Ömər ibni Əbduləzizin məclisində əyləşmişdi və
ayağa qalxıb gedəndə Ömər oturanlardan soruşur: "Ən şərəfli insan
kimdir?” Oturanlar deyirlər: "Sənsən”. O, deyir: "Xeyr belə deyildir. Ən
şərəfli insan o kəsdir ki, indi ayağa qalxıb getdi və insanların hamısı
onu çox sevirlər və ondan asılı olmaq istəyirlər. Ancaq o, heç kimdən
asılı olmaq istəmir”.
Bu
sözlər o insanın sözləri idi ki, Həzrəti (ə) ancaq zahirdən tanıyırdı.
Onun mənəvi aləmini və vilayətini dərk etməkdən məhrum idi. Yəni o
kəslər ki, Əli ibni Hüseyni (ə) bu qədər tərifləyirdilər, hətta onu İmam
(ə) kimi tanımırdılar.
Əli
ibni Hüseyn (ə) azad etdiyi kəniz ilə evlənir. Mərvanın oğlu Əbdulmulk
bundan xəbər tutur. Bu hərəkəti onun üçün nöqsan hesab edir. Ona məktub
yazır ki, niyə belə etmisən? İmam belə cavab verir: "Allah hər bir
alçağı İslam ilə ucaltmışdır. Hər bir nöqsanı onun ilə kamil etmişdir.
Hər bir alçaqlığı onunla kərim etmişdir. Allahın Rəsulu öz kənizi ilə
evlənmişdir”.
Əbdulmulk
bu məktubu oxuyanda deyir: "O şey ki, başqaları üçün məqamlarının
alçalmasına səbəb olur, Əli ibni Hüseyn (ə) üçün ucalmağa səbəb olur”.
Bir
gün İmam (ə) cüzam xəstələrinin yanından keçirdi, onlar İmama (ə)
deyirlər ki, otursun və onlarla yemək yesin. İmam cavab verir: "Əgər
oruc olmasaydım sizinlə oturardım”. Evə gələndə yemək bişirtdirir və
onlara göndərir, özü də gedir və onlarla yemək yeyir”.
Dilənçiyə sədəqə vermək istəyəndə, əvvəlcə onu öpər və sonra yanında olanları ona verərdi.
Nafə
ibni Cəbir bir gün İmama (ə) deyir: "Sən insanların İmamısan, Zeyd
ibni İslamın yanına niyə gedirsən və onunla oturursan?”. İmam (ə)
buyurur: "Elm harada olursa-olsun, ardınca getməlisən”.
Məclisinin hədis kitabında Mənaqibdən nəql edilir: "Mən o kəsin yanında otururam ki, onunla oturmaq dinim üçün fayda gətirsin”.
O,
insanlarla təvazökarlıqla rəftar edərdi və bu da onu insanların
gözündə ucaldardı. Əgər düşməni olardısa, çalışardı ki, onu
tanımasınlar. Ancaq buna baxmayaraq, şöhrəti o qədər artmışdı ki,
günəşin qarşısını gillə almaq olmadığı kimi, xoş ətri bütün insanlara
çatırdı.
Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/