Xəbər
verdiyimiz kimi, bu gün Əhli-beyt (ə) davamçılarının 6-cı imamı İmam
Sadiqin (ə) şəhadət günüdür. Bunu nəzərə alaraq, əziz İmamdan (ə)
müxtəlif mövzularda nəql olunan bir neçə hədisi "Deyerler.org”-un
dəyərli oxucularının diqqətinə çatdırırıq.
İmam Sadiq (ə) buyurur: "Bütün abadlıqda yaşayan cəmiyyətlər üç
dəstəyə ehtiyaclıdırlar ki, dünya və axirət işlərində onlara pənah
aparsınlar: bilikli və pəhrizkar fəqih (müctəhid), yaxşı və ədəbli hakim
və agah və etimad olunası həkim”.
İmam Sadiq (ə): "Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz”. (Bütün günahları bağışlanar).
İmam Sadiq (ə): "Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
İmam Sadiq (ə): "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər”.�
İmam Sadiq (ə): "Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç
kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan”.
İmam Sadiq (ə): "Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar”.
İmam Sadiq (ə): "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin”.
İmam Sadiq (ə): "Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir”.
İmam Sadiq (ə): «Kim ağılsız şəxsin (özünə qarşı rəftarının) əvəzini
ağılsızlıqla çıxsa, ona qarşı (ağılsız tərəfindən) edilən rəftara
razılığını vermişdir. Çünki ondan nümunə götürmüşdür
İmam Sadiq (ə) buyurmuşdur: ""Sübhanallah” demək insanın əməl
tərəzisinin yarısını, "Əlhəmdulillah” onu bütünlüklə, "Allahu-əkbər” isə
yerlə göyün arasını doldurar”.