.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    “İnsan gərək dirikən ölməyi bacarsın” -Cümə namazından reportaj
      8 iyul 2011-ci il tarixində İçərişəhər "Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qıldılar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər.
    Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tofiqat diləyən xətib, artıq Şaban ayının bir neçə gününün arxada qaldığını, şəbaniyyə mövludlarının keçdiyini diqqətə çatdırdı.
    Xütbənin davamında xətib mənəvi üçaylıqda əxlaq məsələlərinə xüsusən diqqət etməyin vacibliyini vurğuladı. O, bu dönəmin əxlaqi rəzilətlərdən qurtulmaq üçün uğurlu fürsət olmasına diqqət çəkdi.
    Sonra xətib İmam Əlidən (ə) bir mübarək hədisi xatırlatdı: "And olsun Allaha, dilini qorumayınca təqvasının xeyir verdiyi bir bəndə tanımıram”.
    Hədisin şərhində Hacı İlqar dili qorumağın nələr olduğunu izah etdi: "İnsanın dili, yəni danışdığı söz - çox önəmlidir. İnsan öz düşüncəsini, fikirlərini sözlər və sözləri də dil vasitəsi ilə insanlara çatdırır. Bu baxımından dilimizin neçə olması çox vacibdir. "Dili qorumaq”, əslində danışığını, sözünü, fikrini, düşüncəsini qorumağa işarədir. Ola bilər ki, insan heç danışmasın, öz fikrini yazı ilə, gözü, əl işarəsi ilə çatdırsın. Bunları da qorumaq lazımdır”.
    "Bəs insan dilini nədən qorumalıdır?” sualını qoyan imam-camaat, bunları bildirdi: "İnsanın dili önəmlidir ona görə ki, bəzən bu dil insanın ağlına, bəzən də nəfsinə qulaq asır. Allah bəndələrinə iddia edənlərin hər mənada "dil”ləri nəfslərinə qulaq asmamalıdır. Öz gücünü nəfsdən götürən dilin sahibi təqvadan xeyir götürə bilməz. İmam Əli (ə) buyurur ki, təqvanın dünyaya vurğun qəlbdə yerləşməsi haramdır. Hər kəs özünü bu mənada tərbiyə etməlidir. Biz çox vaxt maddi rahatlıqları özümüzə məqsəd bilirik. Ev üçün çalışırıq, maşın almaqda yarışırıq, enerjimizi, vaxtımızı maddi rahatlıqlara sərf edirik. Dinimiz bunları normal sayır bir halda ki, vasitə biləsən, məqsəd bilməyəsən. Bilmək lazımdır ki, bunlar bizi xeyirli axirətə aparırsa - gözəldir. Aparmırsa - dünyapərəstlikdir. Və dünyapərəstlərin qəlbində təqvaya yer yoxdur. Bu, böyük bir mənəvi xəstəlikdir. Xüsusən də yeniyetmələr və gənc nəsil üçün bu məsələ daha aktual olmalıdır. Çünki, gənc olanda belə xəstəliklər hələ kök atmış olmur. Pis xüsusiyyətlərdən daha tez qurtulmaq mümkündür. Sadəcə özümüzlə məşğul olmağa vaxt ayırmalıyıq””.
    Davamında cümə xətibi bildirdi: "Bəzən belə fikirlər gəzir ki, alimlərimiz və ariflər hər gün mənəvi durumları ilə ona görə çox məşğul olurlar ki, vaxtları var. Xeyr, belə deyil. Yalnış təsəvvürdür. Onlar az işlə məşğul olmurlar. Sadəcə onlar öz durumları ilə vaxtları olanda yox, vaxt ayırıraraq məşğul olurlar. Gərək şəxsi tərbiyə üçün vaxt ayırasan. Heç kimin boş vaxtı yoxdur. Olmayacaq da. Vaxt olmur. Onu məntiqlə və iradə ilə ayırmalısan”.
    Cümə xətibi bunun üçün praktiki mənəvi məsləhətlərə də toxundu: "İnsan qərar verərkən öz mənfəətini düşünürsə, bu, qərarvermədə ona maneə olur. Bundan qurtulmağın yolu – diriykən özünü ölü bilməkdir. İnsan diriykən, gərək özünü ölü bilsin. Ölməyi bacarsın. İnsan diriykən özünü ölü bilsə, artıq nəfsi də olmayacaq. Artıq daha rahat fikirləşə biləcək. Qərar qəbulunda nəfsi ona mane olmayacaq. Ölüdür, axı! Ölü insan kənardan baxıb nəyin neçə getməsini daha yaxşı dəyərləndirə bilir. Və öz mənfəətini güdməz. Ölüdə "mən” olmur. Allahdan qəlblərimizin təqvalı olmasını, dünyapərəst olmamasını diləyirəm”.
    İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Daha sonra vurğuladı ki, əgər ilahi təqva olmasa, insanın həyatı boş və mənasız bir şeyə çevrilər.
    Xütbənin davamında dünyada və ölkədə baş verən hadisələrə toxunan xətib, hicab probleminin həlli üçün "prezidentə 100-minlik imzatoplama kampaniyası”ndan danışdı: "Mən əvvəlcə öz təşəkkürümü bildirmək istəyirəm. O insanlara ki, imzatoplama kampaniyasında zəhmətləri keçir. Əziyyət çəkirlər. Kampaniya davam edir. Çox qısa bir vaxta uzun bir yol qət edilib, əlhəmdulillah. Daha da gözəl edilər, inşəallah. Bu, bizim aqibət məsələnmizdir. "Sən hicab qadağasının götürülməsi üçün nə etdin?” sualına ixlaslı cavablardandır”.
    Xətib eyni zamanda kampaniyaya olan dəstəklərdən də danışdı: "Kampaniyaya böyük dəstək var. Ölkə insanları, inanclısı, qeyri-inanclısı - hər biri dəstək verir. Bölgələrdən dəstəklər gəlir. Hövzələrdə təhsil alan qardaşlarımızdan dəstək gəlib. Haqq Yolu Elm və Mədəniyyət İnstitutundan (HYEMİ), Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsindən (HHQM MK), Mübariz Ruhanilər Cəmiyyətindən (MRC) dəstək gəlib. "Beynəlxalq Əhli-Beyt (ə) Assambleyası”nın baş katibi Höccətülislam vəl-müslimin Əxtəridən kampaniyaya dəstək gəlib. Bu şəxsiyyətin ali məqamlı mərcəiyyətin yanında nə qədər böyük önəm daşıdığı hər bir fəzilət sahibinə gün kimi aydındır. Bunlar bizi çox sevindirdi. Bu dəstəkləri bir ilahi rəhmətin və tofiqatın təzahürü kimi dəyərləndiririk”.
    Daha sonra kampaniyanın ümumi gedişindən danışan xətib vurğuladı ki, əslində bu, Allahın bizə tofiqatıdır: "Biz qəti əminik ki, bu, Allahın bəndələrinə rəhmindən və lütfündən başqa bir şey deyil. Ən böyük lütf ondadır ki, insanlarımızın mütləq əksəriyyəti bizi başa düşür. Nəinki sadəcə dəstəkləyir, əslində bunu bir ilahi vəzifə və təklif kimi dəyərləndirir”.
    Cümə xətibi eyni zamanda fitnələrin də olmasını istisna etmədi: "Hər bir iş vaxtı müəyyən xırda problemlər çıxa bilər. Fitnələr də ola bilər. Bütün inanc əhlindən xahiş edirəm fitnələrə getməsin. Mübahisələrə girməsin. Fitnə yaymaqla bağlı dinimizin harambilmə hökmünə ciddi yanaşsın. Günah bilsin”.
    Sonda Hacı İlqar hicab məhbusları haqqında danışdı: "Hicaba görə tutulan, hal-hazırda həbsdə olan qardaşlarımız bizim doğmalarımızdır. Onların azadlığa çıxması üçün əlimizdən gələn hər bir iş görülür. İnşəallah, vicdan məhbusu kimi rəsmən tanınmalarına nail olmağa çalışılır. Bu istiqamətdə də ciddi irəliləyişlərin olmasına ümidliyik”.
    Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda "Fərəc” duasını oxumuşlar.

    /deyerler.org/
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (08.07.2011)
    Просмотров: 510 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -