MUXTAR NAMƏ |
 |
|
İpə-sapa düzülməmiş incilər

Həzrət Əli (ə) buyurur: "Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”
Həzrət Əli (ə) buyurur: "Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”
Həzrət Əli (ə) buyurur: "Hər kəsin dəyəri onun biliyi qədərindədir.”
İmam Sadiq (ə) buyurur: "Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”
İmam Sadiq (ə) buyurur: "Qardaşına quyu qazan özü düşər.”
İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”
İmam Sadiq (ə) buyurur: "Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”
İmam Sadiq (ə) buyurur: "Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”
Həzrət Əli (ə) buyurur: "Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”
Həzrət Əli (ə) buyurur: "Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”
Həzrət Əli (ə) buyurur: "Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”
Həzrət Əli (ə) buyurur: "Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”
Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”
Həzrət Əli (ə) buyurur: "Hədsiz zarafat axmaqlıq nişanəsidir.”
Həzrət Əli (ə) buyurur: "Kömək etdiyin kimi kömək görərsən.”
Həzrət Əli (ə) buyurur: "Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”
Həzrət Əli (ə) buyurur: "Çox gülənin qəlbi ölər.”
Həzrət Əli (ə) buyurur: "Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”
Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”
Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”
İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”
İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”
İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”
İmam Həsən (ə) buyurur: "İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”
İmam Həsən (ə) buyurur: "Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”
İmam Həsən (ə) buyurur: "Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”
İmam Həsən (ə) buyurur: "Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”
İmam Həsən (ə) buyurur: "Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”
Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.”
Həzrət Məhəmməd (s) buyurur: "Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”
Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”
Həzrət Məhəmməd (s) buyurur: "İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|
Категория: MƏQALƏLƏR | Добавил: moizeler (23.02.2013)
|
Просмотров: 454
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
Muhərrəmlik 2015 |
 |
CÜMƏ MOİZƏLƏRİ |
 |
SAYĞAC |  |
|